Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Planetdə 400 milyondan artıq insan bu xəstəlikdən əziyyət çəkir

© Sputnik / Irade JELILNovruz
Novruz - Sputnik Azərbaycan
Abunə olmaq
Çin və Böyük Britaniya alimləri şəkərli diabet xəstəliyi ilə bağlı önəmli kəşf ediblər

BAKI, 13 apr – Sputnik. Çin və Böyük Britaniya alimləri təzə meyvələrdən istifadənin diabetin inkişafı riskini aşağı saldığını və xəstəliklə bağlı ağırlaşmanın qarşısını aldığını müəyyən ediblər. 

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə tədqiqatın nəticələri PLOS Medicine saytında yerləşdirilib.

Tibb mütəxəssisləri o qənaətə gəliblər ki, daha çox meyvə qəbul edən şəxslərdə diabet ehtimalı daha azdır. Tədqiqat 7 il ərzində keçirilib və 500 mindən artıq insan tədqiqatın obyekti olub. Alimlər müəyyən ediblər ki, mütəmadi olaraq təzə meyvə yeyən insanlarda diabet əmələ gəlmə riski 12% aşağıdır. Artıq şəkərli diabet olan şəxslər arasında isə meyvə qəbulu ölüm riskini 13-28% azaldır.

Alimlər iddia edirlər ki, bu tədqiqat təzə meyvələrlə diabet arasındakı əlaqənin öyrənilməsinə yönəlik ilk işdir.

Diabet insulin hormonunun çatışmazlığı və ya olmaması ilə xarakterizə olunur. Planetdə 400 milyondan artıq insan bu xəstəlikdən əziyyət çəkir.

Xəbər lenti
0