İbrahim Erkal

Məşhur müğənni-aktyor təcili xəstəxanaya yerləşdirildi

132
(Yenilənib 22:24 12.04.2017)
Xəstəxanaya yerləşdirilən müğənninin vəziyyətinin ağır olduğu açıqlanıb

BAKI, 12 apr – Sputnik. Türkiyənin məşhur ifaçısı, aktyoru İbrahim Erkal yaşadığı binanın qarşısında huşsuz vəziyyətdə tapılıb. Onu yerə uzanıqlı halda görən mühafizəçilər təcili tibbi yardıma zəng vurublar. 

Sputnik Azərbaycan bu barədə Türkiyə NTV-nə istinadən xəbər verir. Xəstəxanaya yerləşdirilən müğənninin vəziyyətinin ağır olduğu açıqlanıb.

Həkimlər İ.Erkalın sağ qulağının altında yırtıq da aşkar ediblər. 


132

Azərbaycanda son sutkada 543 nəfərdə COVID-19 aşkarlanıb

116
(Yenilənib 20:51 14.07.2020)
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8217, ötən müddət ərzində isə ümumilikdə 584466 test aparılıb.

BAKI, 14 iyul - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 543 yeni yoluxma faktı qeydə alınıb, 510 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

View this post on Instagram

A post shared by Sputnik Azərbaycan (@sputnik.az) on

İndiyədək ölkədə ümumilikdə 25 113 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 16150 nəfər müalicə olunaraq sağalıb, 319 nəfər vəfat edib, 8644 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8217, ötən müddət ərzində isə ümumilikdə 584466 test aparılıb.

116
Həkim, arxiv şəkli

“Semaşko”nun koronavirusa yoluxan həkimi tənəffüs cihazına qoşulub

18
(Yenilənib 16:03 14.07.2020)
Həkim iyunun 3-də mərkəzin infeksion xəstəliklər şöbəsinə təngnəfəslik, tənəffüs çatışmazlığı və saturasiyasının aşağı olması göstəriciləri ilə gecə saatlarında qəbul olunub.

BAKI, 14 iyul — Sputnik. Bakı Sağlamlıq Mərkəzi COVID-19 infeksiyasına yoluxan və orada müalicəsi davam edən 1 saylı Kliniki Tibbi Mərkəzin reanimatoloqu Kərəm Yaqubov durumu ilə bağlı məlumat yayıb.

Mərkəzdən Sputnik Azərbaycan-a verilən məlumata görə, həkim iyunun 3-də mərkəzin infeksion xəstəliklər şöbəsinə təngnəfəslik, tənəffüs çatışmazlığı və saturasiyasının aşağı olması göstəriciləri ilə gecə saatlarında qəbul olunub. 

Bildirilib ki, ayın 9-dan etibarən xəstənin təngnəfəslik və boğulmalarının artması səbəbi ilə o, reanimasiya şöbəsinə yerləşdirilib, intubasiya olunub və süni tənəffüs aparatına qoşulub: "Hazırda xəstə süni tənəffüs cihazındadır, müalicəsi davam etdirilir".

18
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər

Şəhid general-mayorla doğulduğu Qəbələdə izdihamlı vida

0
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan qəhrəman hərbçimiz, general-mayor Həşimov Poladın nəşi doğulduğu Qəbələnin Vəndam kəndinə gətirilib.

General-mayor Həşimov Polad İsrayıl oğlu qəhrəmanca şəhid olub. Onun nəşi doğulduğu Qəbələnin Vəndam kəndinə gətirilib. Məmləkətinə onunla vidalaşmaq imkanı yaradılıb.

Qeyd edək ki, şəhidimiz sabah paytaxtdakı İkinci Fəxri Xiyabanda son mənzilə yola salınacaq.

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun  hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu, baş leytenant Mahmudov Rəşad Rəşid oğlu, hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu, bu gün isə döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Həşimov Polad İsrayıl oğlu, polkovnik Mirzəyev İlqar Anzor oğlu, mayor Əhmədov Namiq Hajan oğlu, mayor Novruzov Anar Gülverdi oğlu, gizir Zeynallı İlqar Ayaz oğlu, gizir Babayev Yaşar Vasif oğlu və müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu şəhid olub.

0