Bal, arxiv şəkli

Gündəlik ondan istifadə edən xəstələnməz

1618
Bu məcun insanın bütün hallarında - həm xəstə halında, həm də sağlam halında istifadə oluna bilər

BAKI, 9 apr — Sputnik. Məcunlarla müalicə bizdə geniş yayılmasa da, bu müalicə üsulunu genişləndirmək lazımdır. Çünki tarixən təbiblər bal, bitki qarışımlı məcunlardan istifadə ediblər.

Sputnik Azərbaycan-ın saglamolun.az-a istinadən xəbərinə görə, məcunların bir üstünlüyü də bitkilərin təbii forması dəyişilmədən sadəcə üyüdülərək bal ilə qarışdırılmasıdır ki, bu da vitamin və mineral tərkibinin olduğu kimi saxlanılması deməkdir. Bu məcun insanın bütün hallarında — həm xəstə halında, həm də sağlam halında istifadə oluna bilər.

Davamlı istifadə zamanı çox güclü bir immunitet əmələ gəlir, sinir pozulmalarında, iltihabi xəstəliklərdə, vərəmdə, pnevmoniyada, bronxitdə, böyrək iltihabi xəstəliklərində, tez-tez xəstələnmələrdə, tez-tez boğazgəlmələrdə, görmə zəifliyində, beyin-qan dövranı pozulmalarında, yaddaşsızlıqda, diqqətsizlikdə, skleroz xəstəliyində, revmatizm xəstəliyinin bütün növlərində və bura yazmadığım neçə-neçə xəstəliklərdə istifadə edə bilərsiniz.

Stəkanda süd
© Sputnik / Aleksandr Kryazhev

Tərkibi:

Ud hindi — 80 qram

Qarazirə — 80 qram

Propolis — 40 qram

Bal — 1 kq

Deməli, propolisi 1 gün soyuducunun buzxanasında saxlayıb, sonra sürtkəcdən keçirin. Bitkiləri toz formasına salıb bal ilə yaxşı-yaxşı qarışdırın, şüşə bankaya yığıb ağzını bağlayın. Məcunu adi otaq tempraturunda illərlə saxlaya bilərsiniz, əgər dadı xoşunuza gəlməsə əlavə olaraq bal da qarışdıra bilərsiniz.

Böyüklər gündə 3 dəfə yeməkdən 30 dəq əvvəl 1 çay qaşığı, uşaqlar isə gündə 3 dəfə yarım çay qaşığı istifadə edə bilərlər. Onu da xatırladaq ki, məcun başdan-başa antioksidantdır, xərçəng xəstəliyinin həm müalicəsində, həm də bu xəstəliyə tutulmamaq üçün məcundan istifadə edə bilərsiniz.

1618
Teqlər:
məcun, bal, müalicə, xəstələnmə, vitamin, xəstəlik
Əlaqədar
Beyin üçün ən faydalı ədviyyatı tanıyın
Cinsi əlaqədə olmağın bu faydalarını bilirdinizmi?
Kartof pəhrizinin bilmədiyiniz faydaları
Turp yarpağının inanılmaz faydaları
Yorğanın inanılmaz faydası
 Rusiyada epdimioloji vəziyyət, arxiv şəkli

Rusiyada bir gündə çox sayda adam koronavirusdan öldü

4
(Yenilənib 15:43 20.01.2021)
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 96,1 milyonu keçib, 2,05 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

BAKI, 20 yanvar — Sputnik. Son bir sutka ərzində Rusiyada 21152 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 597 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 3633952-yə çatıb. Rusiyada pandemiya yayılandan 67220 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 3027316-ya çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 96,1 milyonu keçib, 2,05 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

4
Teqlər:
Rusiya, Koronavirus, epidemiya, COVID-19
Koronavirusa qarşı peyvənd, arxiv şəkli

Pulumuza edilən qəsd: Milyon dozalarla peyvənd zibilliyə atılır

26
(Yenilənib 16:08 20.01.2021)
Halbuki Danimarka şüşədə artıq qalan 6-cı doza ilə 250 mindən çox şəxsin peyvənd olunduğu barədə məlumat verib. Niderland isə artıq qalan vaksin preparatı sayəsində 39 mindən çox səhiyyə işçisinin peyvənd olunduğunu açıqlayıb.

BAKI, 20 yanvar — Sputnik. Bəzi Avropa ölkələri “Pfizer/BioNTech” peyvəndinin şüşədəki dozadan daha az miqdarından istifadə edir. Sputnik Azərbaycan bu barədə Türkiyənin NTV kanalına istinadla məlumat yayıb.

Dünyanın bir sıra yoxsul ölkələrinin koronavirus peyvəndindən məhrum olduğu bir vaxtda Fransa, Almaniya və İsveçrədə şüşədə artıq qalan bir doza dərmanın zibilliyə atılması narazılıqla qarşılanıb.

Qeyd edək ki, bir qədər əvvəl türk alimi Uğur Şahinin ortaq qurucusu olduğu "Pfizer" beş dozalıq dərman şüşələrinin içindən bəzən altı dozalıq peyvənd preparatı çıxa biləcəyi barədə xəbərdarlıq etmişdi. Amerikanın Qida və Dərman Vasitələrinə Nəzarət İdarəsi və Avropa Dərman Agentliyi isə bu əlavə dozadan istifadə olunmasını tövsiyə etmişdi.

Artıq Fransa peyvənd şüşələrindən dozadan artıq preparat çıxdığını, bir millilitrlik şprislərin olmaması səbəbindən isə artıq qalan dərmanı zibil qutusuna atmaq məcburiyyətində olduqlarını etiraf edib. Almaniya da əksər tibb müəssisələrində belə şprislərin mövcud olmadığını bildirib. Halbuki Danimarka şüşədə artıq qalan 6-cı doza ilə 250 mindən çox şəxsin peyvənd olunduğu barədə məlumat verib. Niderland isə artıq qalan vaksin preparatı sayəsində 39 mindən çox səhiyyə işçisinin peyvənd olunduğunu açıqlayıb.

Məlumat üçün bildirək ki, Azərbaycan Çinin "Sinovac" şirkətinin hazırladığı "CoronaVac" vaksini alıb. Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə, bu peyvəndləri almağımıza səbəb onun saxlama şərtlərinin ölkəmiz üçün əlçatan olmasıdır. 

Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən koronavirusla (COVID-19) mübarizə işçi qrupunun üzvü Günay Quluzadənin sözlərinə görə, bu peyvəndləri təhlükəsiz və soyuq şəraitdə saxlamaq lazımdır. Hər bir peyvəndin özünün saxlanma şərtləri var. Bəzi COVID-19 peyvəndləri -20, bəziləri -70 dərəcə saxlanma şərtləri tələb edir. Azərbaycanda tətbiq olunan "Sinovac" şirkətinin hazırladığı "CoronaVac" vaksininin saxlama temperaturu isə sadədir. Onu 2-8 dərəcədə üç ilə qədər saxlamaq mümkündür.

"Vaksinin Türkiyədəki kliniki sınaq nəticələrinə əsasən, onun virusla mübarizədə 91,25 faiz effektiv olduğu müəyyən edilib. İnaktiv üsula görə hazırlanan bu peyvənddə yoluxucu xüsusiyyətini itirmiş virus bədənə verilir və bədənin xəstəlikdən immunitet qazanması hədəflənir. "CoronaVac" vaksini ənənəvi, etibarlı və sınanmış inaktiv platformada hazırlanır. Yüksək qoruyuculuq və uğurlu sınaq nəticələri var. Saxlanma şəraiti, çatdırılma və tətbiq şərtləri, "soyuq zəncir" sistemi tələbi əlverişlidir. Ölkəmizdə illər boyu mövcud olan infrastruktur imkan verir ki, bu vaksinləri ölkənin ən ucqar nöqtəsinə çatdırıb, tətbiq edək", - deyə nazirliyin nümayəndəsi bildirib. 

Avropa istehsalı olan peyvəndlərin niyə alınmaması barədə suala isə verilən rəsmi cavab bundan ibarətdir ki, -20, bəzənsə -70 dərəcə saxlanma şərtləri tələb edən bu peyvəndləri saxlamağa Azərbaycanda şərait yoxdur. Anlaşılan budur ki, həmin peyvəndləri almamaqla əslində Azərbaycan pula və itkiyə xeyli qənaət edib. 

Artıq bir sıra ölkələr şüşədə qalan artıq dozanın əlavə problem yaratdığı barədə istehsalçı şirkətlərə məlumat göndəriblər. Əgər atılacaq doza ilə bağlı problem aradan qaldırılsa, Avropa şirkətlərinin peyvəndləri nisbətən kasıb ölkələrin vətəndaşları üçün də əlçatan ola bilər. 

26