Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

"Tibbi xidmətlərdə bahalaşma davam edəcək"

© Sputnik / Murad OrujovПациентка проходит медицинский осмотр в одной из клиник города Баку
Пациентка проходит медицинский осмотр в одной из клиник города Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Tibbi xidmətlərin bahalaşması bu istiqamətdə istifadə olunan texnologiya, dərman preparatları və s. bütün növ məhsul və avadanlıqların idxal mənşəli olması ilə bağlıdır"

BAKI, 9 apr — Sputnik. Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin qiymət indeksinə əsasən, cari ilin fevral ayında tibbi xidmətlər əvvəlki ayla müqayisədə 1,8% bahalaşıb. Bu müddətdə stomatoloji xidmətlərdə 0,8%, xəstəxana xidmətlərində 3,9% artım qeydə alınıb.

Həkimlər, arxiv şəkli - Sputnik Azərbaycan
SƏHİYYƏ
Səhiyyədə yeni qayda: kim qazanacaq, kim itirəcək?

Cari ilin yanvar-fevral ayının əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə tibbi xidmətlərdə 6,7%, stomatoloji xidmətlərdə 9,2%, xəstəxana xidmətlərində 4,3% bahalaşma olub. Qeyd edək ki, əvvəlki ildə isə bu xidmətlərdə müvafiq olaraq illik 1,6%, 5,0% və 0,5% bahalaşma qeydə alınıb.

Məsələni Sputnik Azərbaycan-a şərh edən iqtisadçı-ekspert Rəşad Həsənov bu bahalaşmanın təbii bir proses olduğunu deyib: "Ölkədə həm xidmətlərin, həm də məhsulların qiymətlərində artımlar davam edir. Tibbi xidmətlərin bahalaşması bu istiqamətdə istifadə olunan texnologiya, dərman preparatları və s. bütün növ məhsul və avadanlıqların idxal mənşəli olması ilə bağlıdır. Eyni zamanda, bu məhsul və avadanlıqlara xidmət də adətən xarici mütəxəssislərə həvalə olunur. Çünki hələlik bu istiqamətdə azərbaycanlı mütəxəssislər kifayət qədər deyil. Bu baxımdan da. xərclərin artması son nəticədə xidmətlərin də bahalaşmasına gətirib çıxardır".

Onun sözlərinə görə, əhalinin gəlirləri bu artımlarla uzlaşmır: "Onu da nəzərə almaq lazımdır ki, onsuz da Azərbaycanda səhiyyə xidmətlərinin əlçatanlığı, hətta bundan əvvəlki dövrdə də aşağı səviyyədə idi. Hazırki qiymət bahalaşması, əhalinin gəlirlərində azalma, işsizlik və s. son nəticədə səhiyyə xidmətlərindən istifadə imkanlarını məhdudlaşdırmaqla əhalinin sağlam yaşam tərzinə ciddi mənfi təsir göstərəcək".

İqtisadçı-ekspert Qubad İbadoğlu isə Sputnik Azərbaycan-a açıqlamasında bunun böyük bahalaşma olmadığını söyləyib: "Tibbi xidmətlərdəki bahalaşma tempi ümumi bahalaşma tempi ilə müqayisədə aşağıdır. Çünki yanvar-fevral ayında inflyasiya 12,5 faiz olub. Digər tərəfdən, xidmət inflyasiyası 8,4 faiz təşkil edib. Ona görə də, tibbi xidmətlərdə, eyni zamanda, xəstəxana xidmətlərində bahalaşma ümumi bahalaşma ilə müqayisədə aşağı görünür. Stomatoloji xidmətlərdə isə bahalaşma daha yüksək qeydə alınıb".

Onun fikrincə, yəqin ki, bu bahalaşma davam edəcək: "Amma bu sahədə ciddi bahalaşma imkanları yoxdur. Çünki həmin sahədə xidmətlərə artırıcı təsir edən faktorlar o qədər də fəal deyil. Tibbi xidmətlərin bahalaşması inflyasiya, devalvasiya ilə bağlıdır. Tibbi xidmətlər göstərən poliklinikalar, xəstəxanalar daha çox idxal avadanlıqlarından istifadə edirlər. Bu da son nəticədə qiymət səviyyəsinə artırıcı təsir göstərir".

Göygöl Mərkəzi Xəstəxanası - Sputnik Azərbaycan
SƏHİYYƏ
İcbari tibbi sığortaya, tam olaraq keçiləcəyi tarix açıqlandı

Durumu Sputnik Azərbaycan-a şərh edən tibb eksperti, professor Adil Qeybulla deyib ki, laboratoriyada reaktivlər, əməliyyatlar zamanı saplar, digər sərfiyyat materialların hamısı xaricdən alınır və bunlar manatla alınmır: "Manatın devalvasiyası xidmətlərin bahalaşmasında özünü göstərməlidir. Bu, təbii bir prosesdir. Bahalaşmaya təkcə təbabətdə deyil, ictimai həyatın bütün sahələrində rast gəlinir".

Onun sözlərinə görə, sadəcə olaraq əhalinin gəlirlərinin artmaması, maddi durumunun pisləşməsi vəziyyəti xeyli qəlizləşdirir: "Amma düşünürəm ki, manat devalvasiyaya uğradıqca qiymətlərin də artma tendensiyası təbii prosesdir. Düzdür, bundan sui-istifadə halları var. Bəzi qiymətlərin həddindən çox yüksək olması faktları var. Məsələn, xarici ölkələrlə müqayisədə ölkəmizə gətirilən qeyri-ərzaq məhsullarının qiymətində xeyli fərqlər var. Bunların hamısı iqtisadiyyatın monopoliyada olması ilə bağlıdır. Digər tərəfdən, tibbi xidmətlərin də bahalaşması bununla bağlı bir prosesdir. Yəni, bunun nəqliyyat, gömrük, vergi xərclərinin hamısı tibbi proseduraya yüklənir və son nəticədə qiymət yüksək olur".

Xəbər lenti
0