Allergiya

Bu aralar evdən çıxmamağınız məsləhətdir

954
Evlərin havalandırılmasının da günorta-axşam saatlarında edilməsi daha məqsədəuyğundur

BAKI, 20 mart — Sputnik. Yaz aylarında ağacların çiçək açması, tozlanmanın başlanması və havada uçan toz hissəcikləri ilə əlaqədar allergik xəstəliklər yaranır və ya kəskinləşir. Buna görə də, çox zaman yaza "xəstəliklər fəsli" də deyilir. Allergik rinit, allergik faringit, dəri allergiyaları, allergik bronxit, xorniki mədə-bağırsaq xəstəlikləri yaz fəslində daha da ağırlaşır.

Terapevt-qastroenteroloq Mətanət Cəfərova Sputnik Azərbaycan-a bildirir ki, yazda mövsümü xəstəliklər deyəndə, əsasən allergik xəstəliklər nəzərdə tutulur: "Başqa fəsillərdə biz xəstələrə müqaviməti artırmaq üçün açıq havada çox gəzməyi məsləhət görürük. Amma yazda allergiyası olan insanlara günün birinci yarısı, xüsusən də 10-11 arası açıq havada gəzməyi məsləhət görmürük. Əgər allergiyası olan adam günün bu saatlarında açıq havaya çıxmaq məcburiyyətindədirsə, maskadan istifadə etməlidir. Çünki səhər saatlarında tozlanma daha çox olur".

Evlərin havalandırılmasının da günorta-axşam saatlarında edilməsi daha məqsədəuyğundur. Səhər saat 5-dən 11-ə qədər avtomobillərin pəncərəsini də açmaq məsləhət görülmür.

Həkim deyir ki, yaz fəslində gözləri də qorumaq lazımdır. Çünki yazda allergik konyuktivit meydana çıxa bilər: "Gün eynəklərindən istifadə edin. Evə gəldikdən sonra tez bir zamanda geyiminizi dəyişib duş almaq, saçlarınızı yumaq məsləhətdir. Bu zaman saçlarınızda olan toz hissəcikləri də təmizlənmiş olacaq. Yaz aylarında paltar yuyan zaman çalışın ki, qapalı eyvanlarda qurudasınız. Bu zaman çöldə olan toz paltarlarınıza hopmamış olacaq. Evdə heyvan saxlayanlar bu dövrdə çalışmalıdır ki, heyvanlar yataq otağına girməsinlər".

Yaz aylarında allergiyaya yaxalanmamaq üçün avtomobillərin hava filtrlərini də təmizləmək məsləhət görülür. Mütəxəssisin sözlərinə görə, siqaret çəkənlər siqaretdən imtina etsələr, daha yaxşı olar: "Siqaret çəkməyən insanlar isə çəkənlərdən uzaq olmalıdır. Kəskin qoxular, parfüm qoxusu olan yerlərdə olmaqdan çəkinmək lazımdır. Ümumiyyətlə, insanlar qəlyan çəkməməyə çalışmalıdırlar. Sitrus meyvələrdən uzaq olmalı, digər meyvələrə üstünlük verməlidirlər. Çərəzlərdən uzaq olmaq lazımdır. Çünki allergik xəstəlikləri qıcıqlandırır".

Allergik rinit (xəstə qrip deyil, burnu axır, özünü qrip olmuş kimi hiss edir), allergik konyuktivit (gözlərin yaşarması) allergik farengit (boğazda qıcıqlanma), allergik bronxit, bronxial astma, dəri qızartıları, ekzemalar yaz fəslinin allergik xəstəlikləridir. Cəfərova qeyd edir ki, allergiyası olanlar bol maye qəbul etməklə yanaşı, axşam saatlarında xüsusən dəniz havası qəbul etsələr, daha yaxşı olar: "Bu dövrdə uşaqlar və hamilə xanımlar xüsusi diqqətli olmalıdır. Bəzən heç bir vaxt allergiya görülməyən uşaqda allergik xəstəliklər meydana gələ bilər. Diqqətli olmaq lazımdır ki, xəstəlik xroniki hal almasın. Allergik xəstəliklərə genetik meyilliliyi olan insanlara həkim məsləhəti ilə müəyyən preparatlar verilir".

Yaz fəslində virus infeksiaylarının törətdiyi xəstəlikləri də unutmaq olmaz. Ümumiyyətlə, bütün mövsüm dəyişiklikləri zamanı havanın dəyişməsi, insanların qalın geyimlərdən nazik geyimlərə keçməsi virus infeksiyalarının da artmasına səbəb olur. Qripin və yaxud paraqripin törətdiyi aşağı və yaxud yuxarı tənəffüs yollarının kəskin iltihablı xəstəlikləri yaz fəslində, xüsusən mart ayında rast gəlinir.

Cəfərova belə xəstəliklər zamanı antibiotik qəbul etməyi məsləhət görmür: "Çünki antibiotik qəbulu bədəndə müqaviməti azaldaraq müqavimətsizlik yaradır. Ancaq simptomatik müalicə aparılmalı, hərarət varsa, ona qarşı dərmanlar qəbul edilməli və eyni zamanda bol maye qəbul edilməlidir. Mövsümə uyğun olaraq tərkibi vitamin C ilə zəngin olan meyvələrə üstünlük verilməlidir. Alma, kivi, limon, mandarin, portağal yeyilməsi vacibdir. Yuxu və iş arasında tarazlıq yaradılmalı, insan bədənini çox yormamalıdır".

"Yaz aylarında mədə və 12 barmaq xora xəstəlikləri kəskinləşir. Xora və ya xroniki qastriti olan xəstələr bizə daha çox yaz aylarında xəstəliyin kəskinləşməsi ilə bağlı müraciət edirlər. Yazda belə xəstələr qidalanmaya daha çox diqqət yetirməli, az-az və tez-tez qidalanmalıdırlar. Bilirisiniz ki, mədə turşuluğu hər 3-4 saatdan bir pik nöqtəyə çatır. Mədədə qida yoxdursa, bu zaman xora, qastrit kəskinləşir. Buna görə də xəstələr 3 əsas vaxtda — səhər, günorta, axşam və 2 ara zamanı (səhərlə günorta, günorta ilə axşam yeməyi arasında) yeməklər yeməlidir. Təbii ki, ara yeməklər xörək olmamalıdır. Bu, meyvə, yoqurt, peçenye ola bilər. Mədə çox yüklənməməlidir. Axırıncı qida yuxudan 3 saat öncə olmalıdır. Xəstələr həkim məsləhəti olmadan yüksək dozalı ağrıkəsicilərdən, aspirin, parasetamol, Vitamin C, askorbin turşusu, antidepressantlardan istifadə etməməlidirlər" — ekspert vurğulayır.

Həkim məsləhət görürür ki, xora xəstəliyindən əziyyət çəkənlər zond müayinəsindən keçsinlər: "Çünki yaz fəslində bu xəstələrdə qanamalar müşahidə edilə bilər. Bu dönəmdə çox acılı, yağlı, duzlu, istiotlu, ədviyyatlı qidalardan, turşulardan uzaq olmaq lazımdır. Xüsusuən də yağlı qırzartma qidalar məsləhət görülmür. Quru qızartmalar, kabablar məsləhətdir. Amma yağın içərisində qızardılmış kotlet, ət və s. məsləhət görülmür. Sulu yeməklərə üstünlük verilməlidir. Suplara yağ-soğan, tomat, pomidor qatılmaması məsləhət görülür. Suplar ət-toyuğun bulyonunda bişirilməlidir. Ətin və toyuğun birinci bulyonu atılmalıdır, ikinci bulyonunda bişirilməlidir. Çox kəskin şiakyətlər yoxdursa, zeytun yağından azacıq istifadə edilə bilər".

954
Teqlər:
günorta, allergiya, tozlanma, yaz ayları, səhər, həkim, axşam, ekspert, xəstəlik
Əlaqədar
Xəstəxana bədənində qırma olan şəxsləri müalicəsiz buraxdı
Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən tələbələr barədə mühüm yenilik
Həkim paltarı geyinib xəstələri güllələdilər
Ağır xəstəliyə dözməyərək intihar etdi
Siqaret bu qorxunc xəstəlikdən xilas edirmiş
Xəstəxanada yanğın: FHN hərəkətə keçdi
Azərbaycanda xərçəng xəstələri ilə bağlı qorxulu rəqəmlər
Yaşlı adam, arxiv şəkli

Koronavirusa yoluxma insanı 10 yaş qocaldır, həmçinin...

6
Koronavirusun ağır formaları mətnlərin və sözlərin mənasını dərk etmə qabiliyyətinə təsir edir. Buna baxmayaraq, xəstəliyə yoluxmuş insanlarda emosional sahə, məkan yaddaşı və rəqəmləri əzbərləmək qabiliyyəti dəyişməz qalıb.

BAKI, 25 oktyabr — Sputnik. Böyük Britaniya alimləri apardıqları araşdırma zamanı koronavirus xəstəliyinin insanların İQ səviyyəsini endirdiyini müəyyən edib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu intelektual bacarıqlar və yaddaşla əlaqələndirilib. Mütəxəssislərin sözlərinə görə, koronavirusa yoluxan şəxslər xəstəliyə yoluxmayan yaşıdları ilə müqayisədə məntiq testlərini həll etməkdə çətinlik çəkiblər. Bundan əlavə, şəxslərin İQ səviyyəsi xəstəliyi hansı ağırlıqda keçirmələri ilə də birbaşa əlaqəlidir. Tədqiqat zamanı alimlər 84 könüllünün məntiqi bacarıqlarını və yaddaşlarını araşdırıblar.

Müəyyən edilib ki, koronavirusa yoluxan insanlar sağlam insanlarla müqayisədə 65 faiz geri qalıb. Mütəxəssislərin fikrincə, bu xəstələrin 10 yaş yaşlanmasına bərabərdir.

Koronavirusun ağır formaları mətnlərin və sözlərin mənasını dərk etmə qabiliyyətinə təsir edir. Buna baxmayaraq, xəstəliyə yoluxmuş insanlarda emosional sahə, məkan yaddaşı və rəqəmləri əzbərləmək qabiliyyəti dəyişməz qalıb.

6
İtaliyada epdimioloji vəziyyət

İtaliyada sabahdan yeni qadağalar tətbiq olunacaq

20
İtaliyada bu günə qədər 504 min 509 nəfər koronavirusa yoluxub, 37 min 210 nəfər vəfat edib. 264 min 117 nəfər isə xəstəlikdən sağalıb.

BAKI, 25 oktyabr - Sputnik. İtaliyada epidemioloji vəziyyətin pisləşməsi səbəbindən oktyabrın 26-dan məhdudiyyətlər artırılır.

Sputnik Azərbaycan “Qafqazinfo”ya istinadla məlumat verir ki, bu gün İtaliya Baş Nazirinin Mətbuat xidməti tərəfindən açıqlanan yeni qaydalara uyğun olaraq bütün kinoteatr, teatr, idman zalları və hovuzlar bağlanacaq.

Restoran və barlar işə davam edəcək, lakin vaxt məhdudiyyəti ilə - axşam saat 6-dək.

Qeyd edək ki, İtaliyada bu günə qədər 504 min 509 nəfər koronavirusa yoluxub, 37 min 210 nəfər vəfat edib. 264 min 117 nəfər isə xəstəlikdən sağalıb.

20
Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndləri

Cəbrayıl Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin videogörüntüsü yayıldı

42
(Yenilənib 19:21 25.10.2020)
Müdafiə Nazirliyi Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin videogörüntüsünü yayıb.

BAKI, 25 oktyabr — Sputnik. Müdafiə Nazirliyi Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin videogörüntüsünü yayıb. Sputnik Azərbaycan həmin görüntünü təqdim edir.

Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.
Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib.
Oktyabrın 3-də isə Azərbaycan Silahlı Qüvvələri strateji cəhətdən əhəmiyyətli daha bir yaşayış məntəqəsini - dövlət başçısının həmin gün Sugovuşan tarixi adını qaytardığı Madagiz kəndini azad edib. Həmin gün Tərtər rayonunun Talış kəndinin, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin azad edildiyi məlum oldu.
Oktyabrın 4-də Azərbaycan ordusu Cəbrayıl şəhərini və Cəbrayıl rayonunun doqquz kəndini - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəcəl, Mahmudlu, Cəfərabadı azad edib.
Oktyabrın 5-də Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxalıağalı, Məzrə və Sarıcalı kəndlərini azad edib.
Oktyabrın 9-da Hadrut qəsəbəsi, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Sur kəndləri işğaldan azad edilib.
Oktyabrın 14-də Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib.
Oktyabrın 15-də Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad olunub.
Oktyabrın 16-da Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib.
Oktyabrın 17-də Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğaldan azad olunub.
Oktyabrın 18-də Azərbaycan Silahlı Qüvvələri Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırıblar.
Oktyabrın 19-da Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Hasanlı, Alıkeyxalı, Qumlaq, Hacılı, Göyərçin Veysəlli, Niyazqulular, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilib.
Oktyabrın 20-də Füzuli rayonunun Dörd Çinar, Kürdlər, Yuxarı Əbdülrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Ayıbasanlı, Cəbrayıl rayonunun Səfərşa, Hasanqayda, Fuğanlı, İmambağı, Ağtəpə, Yarəhmədli, Daş Veysəlli, Xocavəndin Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng), Zəngilan rayonunda Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri azad edilib.
Oktyabrın 21-də Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri, Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndləri, Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri işğaldan azad edilib.
Oktyabrın 22-də Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstəlibəyli, Dərzili kəndləri, Zəngilanın Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi işğaldan azad olunub.
Oktyabrın 23-də Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq, Xocavənd rayonunun Dolanlar, Bünyadlı, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndləri işğaldan azad edilib.
42