UZİ

Ana bətnində uşağın cinsini dəyişəcəklər

264
(Yenilənib 17:48 02.03.2017)
Sən demə, gələcək uşağın cinsini o rüşeym halında olarkən dəyişmək olar

BAKI, 2 mart — Sputnik. Amerikalı alimlər gələcək uşağın cinsini dəyişməyə imkan verən “supergen”i tapıblar. Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, bu barədə məlumat Nature Communications elmi nəşrində yayımlanıb.

Erik və Kori Meysonlar
© Photo : Lynn Johnson / National Geographic

Bu qeyri-adi geni dişilərlə erkəklərinin zahirən bir-birindən fərqləndiyi skarabey böcəkləri üzərində öyrənmək mümkün olub. Misal üçün, “centlmen” böcəklərin dişilərin diqqətini çəkmələri üçün buynuzları olur. Dişilərinsə buynuzu yoxdur, amma onların yeri qazmaq və yumurtalarını qoymaq üçün güclü pəncələri var. 

Genetiklər əmindirlər ki, bütün bu zahiri dəyişikliklərin arxasında DSX adlanan gen dayanır. Erkəklərin DNT-sində o,  həlqənin müxtəlif sahələrin 1000-dən artıq işinə görə cavabdehdir, dişilərdə isə bu, 250-dir.

DSX geni özü-özlüyündə erkək əlamətlərinin dişilərdə, dişi əlamətlərinin isə erkəklərdə təsadüfən üzə çıxmasının qarşısını alır. Lakin tədqiqat zamanı məlum olub ki, məhz bu gen dişi və erkək böcəklərin minlərlə digər DNT-lərinin işinə nəzarət edir. Bu genlər böcəklərin inkişafının müxtəlif mərhələlərində işə qoşulur və demək olar ki, ömür boyu onların orqanizmlərində gedən prosesləri idarə edir. 

Tədqiqatlar zamanı alimlər böçəyin DSX genini söndürüblər və nəticədə həm dişi, həm də erkək xüsusiyyətlərini birləşdirən “hermafrodit” alıblar. Bu genin quruluşunu dəyişdirmək və onu qadın genindən kişi geninə, yaxud da əksinə çevirmək mümkündür. Alimlər bildiriblər ki, analoji gen digər həşəratlarda da var. Onların analoqları isə daha mürəkkəb orqanizmlərdə, eyni zamanda məməlilərdə və ola bilsin insanlarda mövcuddur.  

Hazırda alimlər DSX genini öyrənməyi davam etdirmək niyyətindədirlər. Onlar bu genin insanın rüşeyminin inkişafına necə təsir etdiyini öyrənməklə məşğuldurlar. Əgər hər şey yolunda getsə, DSX geninin funksiyasını dəyişməklə rüşeym halında olan insan dölünün cinsini dəyişdirmək mümkün olacaq. 

Alimlər bunu elm aləmində böyük inqilab hesab edirlər. Onların fikrincə, DSX geni doğulacaq uşağın məhz arzu edilən cinsdən olmasına şərait yaradacaq.

264
Əlaqədar
Oğul və ana cinslərini dəyişdilər
Gələcək övladınızın cinsini bəri başdan öyrənə biləcəksiniz
Koronavirusdan ölən şəxsin meyiti, arxiv şəkli

Koronavirusdan ölənlər qəbirdən çıxarılır

32
(Yenilənib 08:18 26.11.2020)
Ekvador Prokurorluğu bu işə Los Seybos xəstəxanası yaxınlığındakı zibil qablarından 237 cəsədin parçalarının tapılmasından sonra başlayıb.

BAKI, 25 noyabr — Sputnik. Ekvador Prokurorluğu yeni tip koronavirus (COVID-19) pandemiyasının ən kritik günlərində həyatını itirənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün fəaliyyətə başlayıb. Sputnik Azərbaycan-ın Türkiyənin NTV kanalına istinadən verdiyi xəbərə görə, artıq bu məqsədlə Quayakil şəhərindəki qəbirlərin bir hissəsi eksqumasiya olunub.

Ekvador Prokurorluğunun sosial media vasitəsilə verdiyi açıqlamada "Hazırda Milli Ekspertiza Sisteminin dəstəyi ilə COVID-19 pandemiyası zamanı həyatını itirən şəxslərin kimliyini müəyyənləşdirmək üçün DNT nümunələri toplayırıq", - deyə bildirilir.

İndiyə kimi Quayakildəki Los Seybos xəstəxanasından aparılaraq basdırılmış 45 cəsəddən 18-i artıq qəbirdən çıxarılıb. Dauel qəsəbəsindəki La Avrora qəbirstanlığında isə eksqumasiya işlərinin bir neçə gün sonra başa çatdırılacağı bildirilib.

Qeyd edək ki, Ekvador Prokurorluğu istintaqa may ayında, Los Seybos xəstəxanası yaxınlığındakı zibil qablarından 237 cəsədin parçalarının tapılmasından sonra başlamışdı. Pandemiyanın geniş yayıldığı mart-aprel ayları ərzində ölkənin səhiyyə sistemi çökmüş, virusdan ölənlərin basdırılamasında isə böyük çətinlik yaranmışdı. Dövlət xəstəxanalarında cəsədlərin qarışıq düşməsi ilə yanaşı, evində ölənlərin meyitləri də toplanaraq günlərlə gözlədikdən sonra şəxsiyyətləri müəyyən olunmadan yandırılmışdı. Yaranan qarışıqlıq zamanı sistemdə ölü kimi qeydə alınan bəzi insanların sonradan əslində sağ olduqları üzə çıxdı. Bundan sonra Ekvador Prokurorluğu bütün məzarların bir-bir eksqumasiya olunması haqqında qərar verdi.

32
Teqlər:
zibil qabı, cəsəd, qəbir, ölənlər, COVID-19, Koronavirus, Ekvador
Süni intellekt, arxiv şəkli

Süni intellekt Parkinson xəstəliyini müəyyən edə biləcək

18
(Yenilənib 19:31 25.11.2020)
Alimlər yaratdıqları diaqnostik metodun kompleks bir avadanlıq tələb etmədiyini və yalnız bir dəqiqə vaxt aldığını qeyd ediblər.

BAKI, 25 noyabr — Sputnik. ABŞ-ın Florida Universitetinin alimləri Parkinson xəstəliyini erkən mərhələdə təyin edə bilən, süni zəka sistemi yaradıblar.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Şimali Amerika Radioloji Cəmiyyətinin konfransının materiallarına görə, müayinələr xəstənin göz dibinin şəkli əsasında aparılacaq.

Qeyd edək ki, Parkinson xəstəliyi beyində dopamin istehsal edən neyronların zədələnməsi və ölümü ilə əlaqələndirilir. Bir qayda olaraq, əzaların titrəməsi, məhdud hərəkət və qeyri-sabit yeriş kimi görünən simptomlar başladıqdan sonra aşkar edilir. Yeni tətqiqatlara görə isə, xəstəliyin varlığı daha əvvəl müəyyən edilə bilər. Alimlərin fikrincə, Parkinson xəstəliyi zamanı xəstənin gözündə retinanın kiçik kapilyarlarında anormallıqlar müşahidə edilir.

Süni intellekt həm sağlam insanların, həm də xəstələrin bir neçə yüz fotoşəklini təhlil edib. Araşdırma zamanı müəyyən edilib ki, sistem patoloji dəyişiklik əlamətləri olan şəkilləri müəyyənləşdirə bilir.

Alimlər yaratdıqları diaqnostik metodun kompleks bir avadanlıq tələb etmədiyini və yalnız bir dəqiqə vaxt aldığını qeyd ediblər.

Parkinson xəstəliyinin erkən aşkarlanması və müalicənin erkən başlanması xəstəliyin inkişafını ləngidəcək.

18
Teqlər:
ABŞ, Xəstəlik, Parkinson, süni intellekt, alimlər
Elvis Presli, arxiv şəkli

Elvis Presliyə məxsus zinət əşyası hərraca çıxarılacaq

0
(Yenilənib 00:51 26.11.2020)
Zinət əşyası Amerika Birləşmiş Ştatlarının GWS hərrac evində nümayiş olunacaq. Mütəxəssislər məşhurun üzüyünün 1 milyon dollara satılacağını ehtimal edirlər.

BAKI, 26 noyabr — Sputnik. Ötən əsrin rok-n-roll kralı Elvis Presliyə məxsus zinət əşyası hərracda nümayiş olunacaq.

Sputnik Azərbaycan xarici KİV-ə istinadən xəbər verir ki, əfsanəvi müğənni Elvis Preslinin brilyant qaşlı üzüyü auksiona çıxarılacaq.

Zinət əşyası Amerika Birləşmiş Ştatlarının GWS hərrac evində nümayiş olunacaq. Mütəxəssislər məşhurun üzüyünün 1 milyon dollara satılacağını ehtimal edirlər.

Zinət əşyası Preslinin sifarişi ilə özü üçün hazırlanıb. Qiymətli üzük 18 əyardır. Hərrac noyabrın 28-də baş tutacaq.

Qeyd edək ki, Elvis Presli sözügedən üzüyü 1975-ci ildə keçirilən konserti zamanı J.D. Summer adlı şəxsə hədiyyə edib.

0
Teqlər:
Elvis Presli, üzük, hərrac