Darçın, arxiv şəkli

Yaddaşı gücləndirən resept

486
1 stəkan qatığa 1/3 çay qaşığı darçın əlavə edin, qarışdırın və gündə 1 dəfə yeməkdən əvvəl için. Bu vasitə daha tez arıqlamağa kömək edəcək.

BAKI, 19 fev — Sputnik. Darçın ən tanınmış və faydalı ədviyyatlardan biridir. Darçının bir çox möhtəşəm xüsusiyyətləri var. Medicinform.net saytı xəbər verir ki, Amerika alimlərinin son araşdırması darçının yaddaşı və öyrənmə qabiliyyətini yaxşılaşdıran xüsusiyyətini aşkar edib.

Bu səbəbdən mütəxəssislər darçını tələbə və şagirdlər üçün xüsusilə faydalı hesab edir və ədviyyatı onlar üçün hazırlanan desertlər və digər qidalara əlavə etməyi tövsiyə edirlər. Bundan əlavə, darçın qanda şəkərin səviyyəsini tənzimləməyə və arıqlamağa kömək edir.

Tövsiyə olunur ki, 1 stəkan qatığa 1/3 çay qaşığı darçın əlavə edin, qarışdırın və gündə 1 dəfə yeməkdən əvvəl için. Bu vasitə daha tez arıqlamağa kömək edəcək.

Alimlər darçını yağlı qidalara əlavə etməyi tövsiyə edir ki, bu da piylərin parçalanmasını sürətləndirir. Alimlər toz şəklində deyil, borucuqlar şəklində olan darçından istifadə etməyi tövsiyə edirlər. İstifadə etdikdən əvvəl borucuğu üyüdün və qidalara, içikilərə və s. əlavə edin.

486
Teqlər:
tövsiyə, ədviyyat, yaddaş, darçın
Əlaqədar
Alimlərdən şok etiraf: İnternet yaddaşı məhv edir
Smartfonlar üçün dünyanın ən böyük yaddaşa malik çipləri istehsal olunub
Zəkanı, yaddaşı və diqqəti məşq etdirməyin 7 üsulu
Yaddaşsızlıq problemini yox edən 7 üsul