Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Səhiyyədə yeni qayda: kim qazanacaq, kim itirəcək?

© Sputnik / Varvara Gertye / Mediabanka keçidHəkimlər, arxiv şəkli
Həkimlər, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Tibb işçiləri arasında keçirilən sorğunun nəticələrinə görə, həkimlər bu qaydaların tətbiqinə müsbət yanaşırlar, amma...

BAKI, 14 fev — Sputnik. Tibbi xidmətin təşkilində yeni qaydaların tətbiq olunması mütəxəssislər tərəfindən müsbət qarşılanır. Yeni qaydalara görə, həkim nə qədər xəstə müalicə edərsə, o qədər də əmək haqqı alacaq. Amma bu, pasientləri çox olan həkimlər üçün yaxşı olsa da, həkimliyə yeni başlayan şəxslər üçün kifayət qədər böyük problemlər yaradacaq.

Həkimlər, arxiv şəkli - Sputnik Azərbaycan
SƏHİYYƏ
Xəstəni narazı salan həkimin maaşı kəsiləcək

Bununla yanaşı, Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşların şikayətlərini də araşdırararaq, həkimi cərimə tətbiq edəcək. Həkim xəstəyə ehtiyacı olmadığı xidmət göstəribsə, yaxud xidmətin keyfiyyətində hansısa qüsur olubsa, həkimin göstərdiyi xidmətə görə xidmət haqqı verilməyəcək.

Sputnik Azərbaycan yeni qaydaların tətbiqi ilə bağlı müxtəlif ixtisaslı həkimlər arasında sorğu keçirib. Nəticələri təqdim edirik:

Hepatoloq Vüsalə Ağayeva: "Özəl klinikalarda həkimlər dövlətdən maaş almadıqları üçün bu qanun bir çox həkimlərə təsir etməyəcək. Biz özəl xəstəxanada çalışırıq. Ümumiyyətlə deyə bilərəm ki, dövlət həkimlərə xarici ölkələrdə olduğu kimi normal maaş versə, neqativ hallar da aradan qalxar. Xəstələr də razı qalar. Ümumuiyyətlə, tibbi sığortanın olması vacibdir".

Pediatr Ayişə Rüstəmova: "Yeni qaydaların tətbiqi savadlı, pasienti çox olan həkimlərə sərf edəcək, pasienti az olan həkimlərin vəziyyəti isə bir az da ağırlaşacaq".

Ginekoloq-cərrah, laparoskopist Nərmin Kamilqızı: "Yeni qaydaların tətbiqinə sadəcə sevinmək olar".

Göygöl Mərkəzi Xəstəxanası - Sputnik Azərbaycan
SƏHİYYƏ
İcbari tibbi sığortaya, tam olaraq keçiləcəyi tarix açıqlandı

Hepatoloq Əfsanə Bayramova: "Mən zatən indi konkret maaş almıram, gəlirim xəstə sayına hesablanır".

Pediatr Vaqif Qarayev: "Yeni qərarı sadəcə alqışlamaq lazımdır. Çünki məntiqlə qabiliyyətli həkim daha çox qazanmalıdır. Bizdə necə olacağını bilmirəm. Məsələn, rayonlarda əhali eyni ixtisasdan olan bir və ya iki həkimi daha çox tanıyır. Deməli, xəstələr daha çox bu həkimlərə müraciət edəcəklər. Bəs yerdə qalan həkimlər necə olacaq? Yəni xəstələrin yönləndirilməsi məsələləri də tənzimlənməlidir. Amma bütövlükdə qərara normal yanaşıram. Çünki dünyanın hər yerində maaş problemi belə həll olunur. Əgər xəstə əsassız incidilirsə, həkim cəzalanmalıdır. Yəni həkim son dərəcə məsuliyyətli olmalıdır ki, cəza almasın. Amma bizdə bu "əsaslı-əsassız" məsələləri necə tənzimlənəcək, məlum deyil! Yəni bu sistem işə düşməlidir ki, görək praktiki olaraq deyilənlərin hamısını həyata keçirmək nə qədər mümkün olacaq. Əvvəlcə çətinliklər qaçılmaz olacaq, amma başlamaq lazımdır. Çətinliklər yeni başlayan ölkələrin hamısında olub və olacaq".

Radioloq Aynurə Muradova: "Bu qanunun tətbiqi pasient əhatəsi olan həkimlər üçün gözəl bir seçimdir, yeni çalışmağa başlayan həkimlər üçün isə yox. Mənim fikrimcə, yaxşı qərardır. Çünki həkim 150-200 manatarası maaş alır, bu isə heç nəyə çatmır. Savadlı həkimlər bu yolla daha çox qazanacaqlar. Çünki onları hər zaman axtaran pasientləri var".

Limonlu çay - Sputnik Azərbaycan
SƏHİYYƏ
Mövsümi xəstəliklərə qarşı yeddi "zireh"

Uroloq Vasif İsmayıl: "Azərbaycana 14 il əvvəl qayıtmışam və o vaxtdan heç vaxt konkret maaş almamışam. Bu yeni qayda 14 ildir ki, mənim üçün həyat tərzidir".

Terapevt Məlahət Abbasova: "Yeni qaydaların tətbiqi arzuolunandır. Yaxşı savadı və müalicəsinə cavabdeh olan həkimin hər zaman xəstəsi olacaq. Ümumiyyətlə, həkim xəstə ilə mehriban davranmalı, onun dərdini başa düşməyə çalışmalıdır. Biz hər zaman belə görmüşük. Bəzən mətbuatda həkimlərin kobud davranışları haqqında qeyd edilir, məəttəl qalıram. Həkimlik elə bir işdir ki, şəxsi həyatında olan problemi belə, xəstəyə hiss etdirməməlisən. Pasienti gülərüz qarşılayıb, müayinə edib, müalicə yazıb yola salandan sonra öz problemini düşünməlisən. Hal-hazırda həkimlərin çoxu xəstəyə xidmətə görə əmək haqqı alır. Odur ki, bu yeniliyin tətbiqi həkimlərin çox hissəsinə təsir etməyəcək".

Sorğunun nəticələrinə görə, həkimlər bu qaydaların tətbiqinə müsbət yanaşırlar. Ancaq onu da qeyd edək ki, özəl sektorda olan həkimlər onsuz da əmək haqqını xəstə sayına görə alırdı. Xəstənin çox olması isə bu həkimlərin davranışı və müalicəsinin yüksək səviyyədə olmasına bağlı idi.

Xəbər lenti
0