Limonlu çay

Mövsümi xəstəliklərə qarşı yeddi "zireh"

306
(Yenilənib 14:15 03.02.2017)
Hər il qış mövsümündə insanlar xəstəliklərdən qorunma yolları axtarırlar

BAKI, 2 fev — Sputnik. Qış mövsümündə, xüsusilə əhalisi çox olan şəhərlərdə mövsümi dəyişikliklərdən əmələ gələn xəstəliklər çoxalır. Hər ilin bu mövsümündə insanlar xəstəliklərdən qorunma yolları axtarır, yaxud yoluxduğu xəstəlikdən daha tez sağalmağa çalışırlar.

Terapevt-qastroenteroloq Mətanət Cəfərovanın Sputnik Azərbaycan-a bildirdiyinə görə, qış aylarında daha çox yuxarı tənəffüs yolları xəstəliklərinə rast gəlinir: "Bura qrip, adonovirus və ya bakterial mənşəli kəskin respirator xəstəlikləri, kəskin rinitlər, kəskin sinusitlər aiddir. Bu xəstəliklər hava-damcı yolu ilə yayılır".

"Bu il Azərbaycanda H3N2 virusu daha çox yayılıb və ağırlaşmalar verib. Ağırlaşmalardan əsasən pnevmaniya və otitlər (orta qulağın iltihabı) daha çox müşahidə edilirdi" — həkim deyib.

Müsahibimizin sözlərinə görə, qış xəstəliklərinin yayılması faizinə görə ikinci yerdə aşağı tənəffüs yollarının xəstəlikləri durur: "Bura bronxit, pnevmaniya, plevriti aid etmək olar. Bununla yanaşı, qış aylarında sidik və sidikçıxarıcı yolların xəstəlikləri — sistit, pielit, pielonefrit yaranır. Yaxud, xroniki böyrək xəstəliyi olanlar, xroniki pielonifritdən əziyyət çəkənlər qış aylarında bu xəstəliklərin kəskinləşməsi ilə qarşılaşır. Uzun zaman soyuq şəraitdə çalışanlarda kəskin sistit və ya kəskin pielonefrit yarana bilər".

Terapevt qış xəstəlikləri arasında üçüncü yeri revmatoloji xəstəliklərin, yəni, oynaq xəstəliklərinin tutduğunu qeyd edib: "Oynaq xəstəliyi olan insanlar özlərini daha çox quru və isti şəraitdə rahat hiss edirlər. Bir az soyuq və rütubətli havada revmatoloji xəstəliklər kəskinləşir. Revmatoidartritlər, revmatik qızdırma, reaktiv artritlər qış aylarında özünü daha çox biruzə edir".

M. Cəfərova bildirir ki, hormonol müalicə alan xəstələr də qış aylarında müəyyən problemlərlə qarşılaşırlar: "Havaların soyuq keçməsi immun çatışmazlığından müalicə alan şəxslərin müxtəlif xəstəliklərə yoluxmasına səbəb olur. Ümumiyyətlə, düzgün qidalanmaq insan orqanizmini güclü edir. Qış fəslində xəstəliklərdən qorunmaq üçün düzgün qidalanmaq əsas şərtdir. Qış fəslinə uyğun meyvə-tərəvəzlər yemək, çoxlu maye qəbul etmək, yatmaq sağlamlığın qorunması üçün əsas şərtdir. Böyüklər 8 saat gecə, uşaqlar isə 8 saat gecə, 2 saat isə gündüz yatmalıdırlar".

Qış aylarında xəstəliklərə yoluxmamaq üçün edilən ən böyük səhvlərdən biri qalın geyinməkdir. Çox zaman valideynlər elə düşünürlər ki, övladını qalın geyindirsə, ona soyuq olmayacaq və uşaq xəstələnməyəcək."Uşaqları qalın geyindirmək, ağzını şərfla möhkəm bağlamaq, üst-üstə geyindirmək olmaz. Uşaq tam nəfəs ala bilməlidir. Uşağa izah etmək lazımdır ki, nəfəsi burnu ilə alıb, ağzı ilə buraxsın. Şərfı ağıza küləkli havalarda bağlamaq olar" — deyə həkim bildirir.

Qış aylarında edilən səhvlərdən biri də evlərin çox isidilməsidir: "Bəzi pasientlər etiraf edirlər ki, evlərini hətta 30 dərəcəyə qədər qızdırırlar. Bu da çöldəki hərarətlə böyük fərq yaradır. Bu zaman insan evdən çölə çıxanda, çöldəki hava —1 dərəcədirsə, bu zaman kəskin temperatur fərqi yaranır. Temperatur fərqi yaşayan insanlar daha çox xəstələnirlər. Qış aylarında otaq temperaturu 19-22 dərəcə olmalıdır. Uşaq otaqlarında isə 23 dərəcə olmalıdır. Temperatur fərqi çox olduğu zaman bədən stressə girir. Xəstəlikdən qorunmaq üçün buna əhəmiyyət vermək lazımdır".

Stress qədər orqanizmi yoran ikinci bir xəstəlik yoxzdur. Qış xəstəliklərindən qorunmaq üçün stressdən də uzaq olmaq lazımdır. Stress orqanizmin müqavimətini zədələyir və immun sistemini zəiflədir. Nəticədə, orqanizmin virus və bakteriyalara yoluxma riski artır.

"Yanınızda antiseptik salfetlər gəzdirin. Salfetlərə bir neçə damcı spirt əlavə edib çantanıza qoyun. İctimai nəqliyyatdan istifadə etdikdən sonra və ya xəstə insanla görüşdükdən sonra əllərinizi mütləq bu salfetlərlə silin. Bu salfetlərdən bağçaya və ya məktəbə gedən uşaqlarınızın çantasına qoymağınız onları mikrob və bakteriyalardan qoruyar. Uşaqlarınıza başa salın ki, qida qəbul etməzdən əvvəl əllərini bu salfetlərlə silsin" — Cəfərova vurğulayır.

O məsləhət görür ki, əgər ətrafımızda xəstə insanlar varsa, tibbi maskalardan istifadə etmək lazımdır: "Hava necə soyuq olsa da, mütləq açıq havada olmağa, günəş vannası qəbul etməyə çalışın. Bu, həm uşaqlar, həm də böyüklər üçün çox önəmlidir".

Və son olaraq, mütəxəssis qış xəstəliklərindən qorunmaq üçün aşağıdakı tövsiyələri verir:

1. Bol maye qəbul etmək

Aynurə Muradova
© Foto : Şəxsi arxiv
Aynurə Muradova

2. Meyvə-tərəvəz yemək
3. 8 saat yatmaq
4. Stressdən uzaq olmaq
5. Xəstə insanlardan uzaq olmaq
6. Gigiyena qaydalarına əməl etmək
7. Təmiz hava qəbul etmək lazımdır.

Həkim Aynurə Muradova da bildirir ki, qış xəstəliklərindən qorunmaq üçün düzgün qidalanma önəmlidir: "Qış xəstəliklərindən qorunmaq üçün ev şəraitində sarımsaqlı qatıq yemək məsləhətdir. Sarımsaq qış xəstəliklərinin qarşısını alır. Alma, limon, nar şirəsi, yumurta, ət, toyuq, pendir, süd, qatıqla qidalanmaq önəmlidir. Bütün bunlarla yanaşı, balıq və balıq yağı da qəbul edilməlidir".

Onun sözlərinə görə, müxtəlif bitki çayı dəmləmələri də qış xəstəliklərindən qoruyur: "Belə ki, çay dəmləyən zaman zəncəfil əlavə etmək qrip və soyuqdəyməni daha tez sağaldır. İtburnu, zəncəfil, şam fıstığı, ada çayı dəmləmələri badamcıq iltihabı, soyuqdəymə, ağciyər xəstəlikləri zamanı çox xeyirlidir".

306
Teqlər:
Aynurə Muradova, qış ayları, Mətanət Cəfərova, qış mövsümü, həkim-terapevt, stress, virus, xəstə, həkim, xəstəlik, hava
Əlaqədar
Xəstəliyə qalib gəlmək üçün bu məsləhətə riayət edin
"Əvvəllər içdiyimiz su xəstəlik mənbəyi idi..."
Azərbaycanda 3 minə yaxın xəstə o günü gözləyir
400-ə yaxın xəstəliyin siqnalı - onu nəzarətsiz buraxmayın
Baş nazir təcili xəstəxanaya yerləşdirildi
21-ci əsrin xəstəliyi: onlar illüziya ilə reallığı ayıra bilmirlər