Üz dərisinə qulluq, arxiv şəkli

Üzün dərisini ölü hüceyrələrdən necə təmizləməli?

3705
(Yenilənib 10:43 31.01.2017)
Mütəxəssis: "Əgər dəridə çoxlu sayda sızanaqlar və iltihab prosesləri varsa, bu zaman təmizləmə etdirmək olmaz"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 31 yan — Sputnik. Gündəlik istifadə etdiyimiz kosmetik vasitələr, ətraf mühit və çirkli hava dəriyə təsir edir. Dəri quruyur, məsamələr yaranır, sızanaqlar əmələ gəlir. Bu da dəridə erkən qocalmaya səbəb olur. Buna görə də dərinin, ən azı 6 aydan bir təmizlənməsinə ehtiyac duyulur. 

Kosmetoloq Nurlana Hüseynova
© Photo : Şəxsi arxiv
Kosmetoloq Nurlana Hüseynova

Mütəxəssislərə görə, 25 yaşına kimi dəri incə və zərif olduğundan, təmizlənməyə ehtiyac duyulmur. 25 yaşından sonra dərinin zərif və incə qalması üçün isə hər 6 aydan bir prosedur önəmlidir.

Kosmetoloq Nurlana Hüseynovanın sözlərinə görə, üzün təmizlənməsi proseduru bütün dərilər, xüsusilə də yağlı və qarışıq dərilər üçün vacibdir. Gündəlik makiyajdan istifadə, tonal kremlər, ekologiyanın çirkli olması dəridə buna ehtiyac yaradır: "Dəridə hər gün hüceyrələrin yenilənməsi prosesi gedir. Tələbata uyğun olaraq təmizləmə proseduru etdirmədikdə, dəridə ölmüş hüceyrələr çoxalır və dərinin rəngi boğulur. Məsamələr tıxanır. Dəri üçün istifadə edilən kremlər, maskalar dəriyə yaxşı hopmur".

Həkimlər, arxiv şəkli
© Sputnik / Murad Orujov

Mütəxəssis bildirir ki, bəzən "yayda təmizlik etmək olmaz" deyilsə də, ilin hər fəslində bu proseduru etdirmək mümkündür: "Əgər dəridə çoxlu sayda sızanaqlar və iltihab prosesləri varsa, bu zaman təmizləmə etdirmək olmaz. Belə dərilərə xüsüsi müalicəvi prosedurlar edilir. Yalnız sızanaqlar quruduqdan, iltihab prosesləri sönəndən sonra üzün təmizlənməsi prosedurunu həyata keçirmək olar".

Dərinin təmizlənməsi üçün əksər hallarda bir seans kifayət edir. Lakin bəzən dəridə həddən çox qara nöqtələr, dərialtı komedonlar olur ki, bu zaman prosedur seans şəklində aparılmalıdır. Çünki bir dəfəyə təmizləməyə cəhd etmək, dərini həddən çox sıxmaq onun şişməsinə, qızarmasına və zədə almasına gətirib çıxara bilər. Ona görə də, prosedur elə olmalıdır ki, xanım gündəlik həyatına davam edə bilsin" — N. Hüseynova qeyd edir.

Onun sözlərinə görə, üzün təmizlənməsi proseduru müxtəlif üsullarla — vakuum, brasaj, ultrasəs, qaşıqla, manual üsullarla həyata keçirilir: "Prosedur zamanı müxtəlif skrablar, təmizləyici və antibakterial gel və maskalardan istifadə edilir. Prosedurun sonunda isə quruducu və məsaməbağlayıcı maska çəkilir və mütləq darsanval edilir. Bu zaman ozon buxarının təsiri altında açılmış məsamələr bağlanır, dəridə yaranan qızartılar çəkilir və dəri sakitləşır. Sonda dəriyə uyğun krem çəkilir. Bu halda pasient gündəlik həyatına davam edə bilər".

Prosedurdan sonra dərinin rəngi açılır, dəri qara nöqtələrdən, komedonlardan, ölü hüceyrələrdən təmizlənir. İstifadə edilən kremlər, maskalar dəriyə yaxşı nüfuz edir. Makiyaj dəridə baha səliqəli görünür.

Kosmetoloq bildirir ki, bəzən xanımlar ev şəritində bəzi maskalarla qara nöqtələrdən qurtulmağa çalışırlar: "Lakin məsamələri bağlamağı düşünmürlər. Bu zaman isə məsamələr açıq qaldığı üçün dəri daha tez çirklənir, səpir, sızanaq yaranır. Ev şəraitində dəriyə qulluq prosedurları, maskalar etmək olar, amma təmizləmə, pilinq kimi prosedurların evdə həyata keçirilməsi məsləhət görülmür…"

3705
Teqlər:
Nurlana Hüseynova, kosmetoloq, kosmetika, üz, dəri, qadın
Əlaqədar
Azərbaycanda bu qədər qadın siqaret çəkir
"Aramızda olan qadın-kişi münasibətləri bitdi..."
Yaşlı qadın özünü asaraq intihar edib
Qubada qadını maşın vurub öldürüb
O, dünyanın ən gözəl qadını seçildi
Koronavirusdan ölən şəxsin meyiti, arxiv şəkli

Koronavirusdan ölənlər qəbirdən çıxarılır

25
(Yenilənib 23:07 25.11.2020)
Ekvador Prokurorluğu bu işə Los Seybos xəstəxanası yaxınlığındakı zibil qablarından 237 cəsədin parçalarının tapılmasından sonra başlayıb.

BAKI, 25 noyabr — Sputnik. Ekvador Prokurorluğu yeni tip koronavirus (COVID-19) pandemiyasının ən kritik günlərində həyatını itirənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün fəaliyyətə başlayıb. Sputnik Azərbaycan-ın Türkiyənin NTV kanalına istinadən verdiyi xəbərə görə, artıq bu məqsədlə Quayakil şəhərindəki qəbirlərin bir hissəsi eksqumasiya olunub.

Ekvador Prokurorluğunun sosial media vasitəsilə verdiyi açıqlamada "Hazırda Milli Ekspertiza Sisteminin dəstəyi ilə COVID-19 pandemiyası zamanı həyatını itirən şəxslərin kimliyini müəyyənləşdirmək üçün DNT nümunələri toplayırıq", - deyə bildirilir.

İndiyə kimi Quayakildəki Los Seybos xəstəxanasından aparılaraq basdırılmış 45 cəsəddən 18-i artıq qəbirdən çıxarılıb. Dauel qəsəbəsindəki La Avrora qəbirstanlığında isə eksqumasiya işlərinin bir neçə gün sonra başa çatdırılacağı bildirilib.

Qeyd edək ki, Ekvador Prokurorluğu istintaqa may ayında, Los Seybos xəstəxanası yaxınlığındakı zibil qablarından 237 cəsədin parçalarının tapılmasından sonra başlamışdı. Pandemiyanın geniş yayıldığı mart-aprel ayları ərzində ölkənin səhiyyə sistemi çökmüş, virusdan ölənlərin basdırılamasında isə böyük çətinlik yaranmışdı. Dövlət xəstəxanalarında cəsədlərin qarışıq düşməsi ilə yanaşı, evində ölənlərin meyitləri də toplanaraq günlərlə gözlədikdən sonra şəxsiyyətləri müəyyən olunmadan yandırılmışdı. Yaranan qarışıqlıq zamanı sistemdə ölü kimi qeydə alınan bəzi insanların sonradan əslində sağ olduqları üzə çıxdı. Bundan sonra Ekvador Prokurorluğu bütün məzarların bir-bir eksqumasiya olunması haqqında qərar verdi.

25
Süni intellekt, arxiv şəkli

Süni intellekt Parkinson xəstəliyini müəyyən edə biləcək

17
(Yenilənib 19:31 25.11.2020)
Alimlər yaratdıqları diaqnostik metodun kompleks bir avadanlıq tələb etmədiyini və yalnız bir dəqiqə vaxt aldığını qeyd ediblər.

BAKI, 25 noyabr — Sputnik. ABŞ-ın Florida Universitetinin alimləri Parkinson xəstəliyini erkən mərhələdə təyin edə bilən, süni zəka sistemi yaradıblar.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Şimali Amerika Radioloji Cəmiyyətinin konfransının materiallarına görə, müayinələr xəstənin göz dibinin şəkli əsasında aparılacaq.

Qeyd edək ki, Parkinson xəstəliyi beyində dopamin istehsal edən neyronların zədələnməsi və ölümü ilə əlaqələndirilir. Bir qayda olaraq, əzaların titrəməsi, məhdud hərəkət və qeyri-sabit yeriş kimi görünən simptomlar başladıqdan sonra aşkar edilir. Yeni tətqiqatlara görə isə, xəstəliyin varlığı daha əvvəl müəyyən edilə bilər. Alimlərin fikrincə, Parkinson xəstəliyi zamanı xəstənin gözündə retinanın kiçik kapilyarlarında anormallıqlar müşahidə edilir.

Süni intellekt həm sağlam insanların, həm də xəstələrin bir neçə yüz fotoşəklini təhlil edib. Araşdırma zamanı müəyyən edilib ki, sistem patoloji dəyişiklik əlamətləri olan şəkilləri müəyyənləşdirə bilir.

Alimlər yaratdıqları diaqnostik metodun kompleks bir avadanlıq tələb etmədiyini və yalnız bir dəqiqə vaxt aldığını qeyd ediblər.

Parkinson xəstəliyinin erkən aşkarlanması və müalicənin erkən başlanması xəstəliyin inkişafını ləngidəcək.

17
Teqlər:
ABŞ, Xəstəlik, Parkinson, süni intellekt, alimlər

Cəbhəyanı ərazilərdə onlarla tank piyada əleyhinə mina, bombacıqlar aşkarlandı

0
Mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

BAKI, 26 noyabr - Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Goranboy, Göygöl, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 38 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 7 müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş 45 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 71 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina, 42 ədəd piyada əleyhinə mina, 4 ədəd bombacıq və 40 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 26 ədəd mina və partlamamış hərbi sursat (PHS), 4 ədəd bombacıq zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

0