Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Alimlərdən həyəcan siqnalı: Dünyanı dəhşətli epidemiya təhdid edir

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidEynək, arxiv şəkli
Eynək, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Korluq təhlükəsi uşaqları böyüklərdən 3 dəfə çox gözləyir

BAKI, 28 yan — Sputnik. İspan alimləri insanların hər yerdə qadjetlərdən (ing. gadget — əldə gəzdirilə bilən orjinal, qeyri-standart texniki qurğu. Qadjet kimi əl fonarı, mobil telefon, flyaş götürülə bilər —red.) istifadəsindən ciddi narahatlıqlarını ifadə ediblər. Onların sözlərinə görə, bu qadjetlər qlobal korluq epidemiyasının yaranmasına səbəb olur. Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, Madridin Complutense Universitetinin elmi əməkdaşları eksperimental yolla sübut ediblər ki, onların qorxuları əsassız deyil. 

Alimlər bununla bağlı iki tədqiqat aparıblar. Birinci tədqiqat zamanı mütəxəssislər 3 ay ərzində siçovullar üzərində təcrübə keçiblər. Alimlər eksperimental gəmiricilərin gözünün retinasına (göz kürəsinin arxa divarını örtən, görmə hüceyrələrindən ibarət ağ təbəqə — torlu qişa) planşetlərdən çıxan işığı xatırladan süni işıq salıblar. Digər qrup gəmiricilərə qarşı isə alimlər xüsusi filtrlərdən istifadə ediblər. 

İlk eksperimentin nəticəsində gəmiricilərin göz hüceyrələrinin 20-%-ə qədəri işığın altında ölüb. Bu isə tədricən görmə qabiliyyətinin itməsinə səbəb olub. İkinci eksperiment zamanı isə alimlərin tədqiqat predmeti gəmiricilər yox, uşaqlar olub. Bununla da elm adamları müəyyən ediblər ki, uşaqlar qadjetlərin təsirindən böyüklərə nisbətən daha çox ziyan görürlər. 

Alimlər araşdırıblar ki, uşaqların gözləri böyüklərə nisbətən qısa dalğaları 3 dəfə çox qəbul edir. Bu isə uşaqların qollarının qısa olması ilə əlaqədardır. Çünki belədə uşaqlar böyüklərə nisbətən ekrana daha yaxın olurlar. Tədqiqatçıların sözlərinə görə, müxtəlif qadjetlərin işığı gözün torlu qişasını və gözün arxasının işığa qarşı həssas olan hissəsini sıradan çıxarır. Bu isə görmə qabiliyyətinin itməsinə səbəb ola bilər. Eyni zamanda qadjetlərdən istifadə gözdə quruluğun yaranmasına səbəb olur ki, nəticədə də adamlar ekrana baxarkən tez-tez gözlərinin qırpıb-açırlar. 

Xəbər lenti
0