Olqa Brovarets - 28 yaşlı ukraynalı alim

28 yaşlı ukraynalı qız dünyanı şoka salıb: xərçənglə bağlı ixtira edib

5451
(Yenilənib 21:07 18.01.2017)
Olqa Brovarets xərçəngin mənşəyini aydınlaşdırmağa nail olub

BAKI, 18 yan-Sputnik. Ukraynada əsl elm dühası peyda olub. Kiyev Molekulyar biologioya və genetika İnstitutunun əməkdaşı, 28 yaşlı elmlər doktoru Olqa Brovarets dünya miqyasında məşhurlaşıb. İndi onun haqqında dünyanın bütün elmi jurnalları yazır, Avropa ölkələri isə onu daimi vətəndaşlığa qəbul etmək üçün hər şeyə hazırdırlar.

Səbəb nədir? Brovaretsin xərçəng xəstəliyindən tam sağalmanı təmin etməyə ümid verən ixtirası!

Məlumdur ki, hər bir insanın orqanizmində 23 cüt xromosom var. Onların hər birində canlı orqanizmdə olan bütün genetik informasiyaların qorunduğu DNT var.

Formasına görə DNT burulmuş spiralı xatırladır. Əgər bu spiralı açsaq, aydın olacaq ki, onun dəqiq həndəsi quruluşu mövcuddur. Mutasiyaya uğramış cüt isə başqa cür görünür. Onu da alimlər "donqar" adlandırırlar. Onlar orqanizmdə dəyişikliklər və xəstəlik yaratmaq üçün DNT-ni necə aldadırlar, spirala necə sığışırlar, bax bu, indiyə qədər elm üçün ağ ləkə olaraq qalır. Olqa bunun baş verdiyi qanunauyğunluğu hesablamağa nail olub.

Bu mutasiya xərçəng və digər genetik təbiətli ağır xəstəliklərin səbəb olur. Buna görə də, 28 yaşlı ukraynalı qızın ixtirası əsl sensasiyadır. Bununla təkcə xərçəngə deyil, mutasiya ilə bağlı olan digər xəstəliklərə də qalib gəlmək mümkündür.

Ukraynanın elmi isteblişmenti və KİV əmindir ki, bu ixtira Nobel mükafatı alacaq.

5451
Teqlər:
Olqa Brovarets, xromosom, mutasiya, xərçəng, Ukrayna, Kiyev
Əlaqədar
İlanlar xərçəng xəstəliyini müalicə edir
Bu içki xərçəng hüceyrələrini qorxuya salır
Göbələkdən alınan maddəni xərçəng xəstələrinə vurdular və görün nə baş verdi
Xərçəng dərmanları barədə dəhşətli həqiqətin üstü açıldı
Bu içki 42 günə xərçəng xəstəliyini məhv edir