Tibb bacısı, arxiv şəkli

Azərbaycanda toksikoloji zəhərlənmə halları azalıb

58
2015-ci ildə şöbəyə 2462 müraciət daxil olmuşdusa, 2016-cı ildə bu göstərici 2234 təşkil edib

BAKI, 17 yan — Sputnik. Azərbaycan səhiyyəsinin digər sahələrində olduğu kimi, ölkədə toksikoloji zəhərlənmə halları ilə də mübarizə aparılır. Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, bu sahədə əhaliyə göstərilən tibbi xidmət sahəsində aparıcı müəssisə kimi Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə mütəmadi olaraq toksiki və qida zəhərlənmələri, ilan və əqrəb sancma kimi şikayətlərlə müraciətlər qeydə alınır.

Məlum olduğu kimi, Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 iyul 1980-ci il tarixli 219 №-li əmrinə əsasən 27 iyul 1982-ci ildən fəaliyyət göstərir. Şöbənin əsas vəzifələri kəskin zəhərlənmiş və onun nəticəsində vəziyyəti ağırlaşmış xəstələrin müalicəsi və reabilitasiyası, aktiv detoksikasiya üsulları tələb edən, endogen intoksikasiyalı xəstələrin müalicəsi, şəhərin və respublikanın müalicə-profilaktika müəssisələrinə mütəxəssis məsləhətlərinin verilməsi və operativ köməklik göstərməsindən ibarətdir.

"Sevindirici haldır ki, 2016-cı ildə ölkədə toksikoloji zəhərlənmə halları azalıb. Əgər 2015-ci ildə şöbəyə 2462 müraciət daxil olmuşdusa, 2016-cı ildə bu göstərici 2234 təşkil edib" — nazirlikdən bildirilir.

Müraciətlərin 32,8% lazımi şəraitdə saxlanılmayan, istifadə təlimatına uyğun olaraq qəbul edilməmiş dərmanlardan zəhərlənlərin (T36-T50), 21% — dəm və başqa qazların toksiki təsiri (T58/T59), 14,1% — yandırıcı məhlullardan zəhərlənmələrin (T54) payına düşür.

58
Teqlər:
hal, toksikoloji, qida, səhiyyə, Səhiyyə Nazirliyi, zəhərlənmə
Əlaqədar
19 yaşlı qız sirkə turşusundan zəhərlənib
Avqustda Azərbaycanda rekord həddə qida zəhərlənməsi baş verib
Göyçayda toyda 30-dan çox qonaq zəhərlənib
Bakıda Ticarət Mərkəzində baş verən yanğın zamanı 10 nəfər tüstüdən zəhərlənib
Azərbaycanda vətəndaşlar zəhərlənməkdə davam edəcək
Saatlıda qidadan zəhərlənən qadın bir həftə sonra xəstəxanada ölüb
İki uşaq anası dərmandan zəhərlənib