Hamilə qadın

Gələcək övladınızın cinsini bəri başdan öyrənə biləcəksiniz

2080
(Yenilənib 16:32 16.01.2017)
Gələcək uşağınızın cinsini özünüz təyin etmək istəyirsinizsə, bu tövsiyyəyə əməl edin

BAKI, 16 yan — Sputnik. Gələcək uşağın cinsi ananın hamiləlikdən əvvəlki qan təzyiqi ilə birbaşa əlaqədardır. Çin mütəxəssisləri hamilə qalmaq barədə düşünən 1411 qadın arasında bu yaxınlarda apardıqları tədqiqatdan sonra belə qənaətə gəliblər.

Sputnik xarici mətbuata istinadən xəbər verir ki, bütün könüllülər tibbi müayinədən keçiblər və onların sağlamlığı doğuşa qədər həkimlərin nəzarətində olub. Bir müddət keçəndən sonra məlum olub ki, eksperimentin iştirakçısı olan qadınlardan 739-u oğlan, 672-si isə qız uşağı dünyaya gətirib.

Doğuşu başa çatdıran qadınlar haqqında toplanmış ilkin məlumatların təhlili zamanı mütəxəssislərə məlum olub ki, oğlan uşağı dünyaya gətirən qadınların hamısının hamiləliyə qədərki orta qan təzyiqi digərləri ilə müqayisədə bir qədər yüksək olub. Məlum olub ki, oğlanların analarında hamiləliyə qədər sistolik qan təzyiqi 106 mm civə sütunu səviyyəsində müşahidə olunub. Eyni zamanda qız analarında bu göstərici 103 mm təşkil edib.

Qeyd edək ki, bu konsepsiya hamiləlik zamanı müşahidə olunmur. Tədqiqatçılar hesab edirlər ki, elə bu səbəbdən də sözügedən halı təsadüf hesab etmək olmaz.

Mütəxəssislər hələlik onlara məlum olan bu fenomenə konkret izahat verməkdə çətinlik çəkirlər. Sadəcə versiyalardan biri kimi qeyd edirlər ki, yüksək qan təzyiqinin olması ilk gün və ilk həftələrdə kişi cinsindən olan dölün formalaşması üçün daha çox enerji və qidanın tələbi ilə bağlıdır. Çünki orqanizm kişi dölünün yaraması və yaşaması üçün daha çox enerji və qida tələb edir.

Bu barədə tədqiqatın tam mətninin dərc olunduğu "American Journal of Hypertension" nəşrinin yazdığına görə, Çin mütəxəssislərinin tədqiqatı cütlüklərə uşağı planlaşdırmaqda yardım edə bilər. Bununla yanaşı, alimlər etiraf edirlər ki, ola bilsin, gələcək uşağın cinsinin formalaşmasında qan təzyiqi heç də başlıca rol oynamır. Bu prosesə təsir göstərən mexanizmlər bundan daha da qeyri-adi ola bilər. Amma o mexanizmlər hələlik müəyyən edilməyib.

2080
Teqlər:
döl, cins, hamilə, oğlan, təzyiq, qız, qadın, uşaq
Əlaqədar
Hamilə qadınlara xəbərdarlıq: ana ölümlərinin səbəbləri açıqlandı
Hamilələrə qarpız yemək olarmı?
Hamilə qadınlar buna qarşı mütləq müayinədən keçəcəklər
Səhiyyə nazirliyi: İyun ayınadək hamilə qalmayın
“Hamilə Qadınların Elektron Reyestri”nin tətbiqinə başlanıb
Azərbaycanda koronavirusa qarşı vaksinasiya

Azərbaycanda COVID-19-a görə peyvənd olunanların sayı açıqlanıb

7
(Yenilənib 14:14 06.03.2021)
Hazırkı dövrədək ölkədə koronavirus infeksiyasına qarşı 390 489 nəfər peyvəndlənmə prosesində iştirak edib.

BAKI, 6 mart — Sputnik. Martın 5-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 27 073 nəfər vaksinasiya olunub. Bu barədə Sputnik Azərbaycan-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Qeyd olunub ki, hazırkı dövrədək ölkədə koronavirus infeksiyasına qarşı 390 489 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Qeyd edək ki, Azərbaycan COVID-19-a yoluxmaya görə dünyada 55-dir. Ölkəmizdə virusa yoluxanların ümumi sayı 236 min 12, ölənlərin sayı isə 3 min 235-dir.

 

7
ABŞ-da epidemioloji vəziyyət

COVID-19 rəqəmlərində yenidən artma olacaq - ÜST açıqladı

19
(Yenilənib 12:32 06.03.2021)
"6 həftə idi ki, virusa yoluxmada rəqəmlərdə azalmalar müşahidə olunur. Artıq bu ümidverici dövr başa çatdı, bir neçə gündür mərkəzi və şərqi Avropa ölkələrində virusa yoluxmada artım var".

BAKI, 6 mart — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı 6 həftə rəqəmlərin aşağı olmasından sonra virusa yoluxmada yenidən artım olduğunu açıqlayıb. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bu barədə ÜST-ün Avropa üzrə direktoru Hans Kluqe məlumat verib. O bildirib ki, son günlərdə mərkəzi və şərqi Avropa ölkələrində virusa yoluxmada rəqəmlərdə artım olub:

"6 həftə idi ki, virusa yoluxmada rəqəmlərdə azalmalar müşahidə olunur. Artıq bu ümidverici dövr başa çatdı, bir neçə gündür mərkəzi və şərqi Avropa ölkələrində virusa yoluxmada artım var".

O bu artımın 9 faizədək olduğunu bildirib.

 

 

19
Ballistik raket buraxılışı, arxiv şəkli

Türkiyə ilə sərhəddə ballistik raketləri kim atıb?

0
Cerablus və Bab rayonları Türkiyə Silahlı Qüvvələrinin antiterror əməliyyatı həyata keçirdiyi “Fərat qalxanı” bölgəsinə daxildir.

BAKI, 6 mart — Sputnik. Suriyanın Türkiyə ilə sərhəddində yerləşən ərazilərinə ballistik raketlər atılıb.

Sputnik Azərbaycan "NTV"yə istinadla xəbər verir ki, dünən gecə Suriyanın Türkiyə ilə sərhəddə yerləşən Cerablus və Bab bölgələrinə ballistik raket hücumları edilib və nəticədə 3 mülki şəxs ölüb, 28 mülki şəxs isə yaralanıb.

Hücumların baş verdiyi bölgələrdə çoxlu sayda tankerin yanması nəticəsində şiddətli partlayışlar baş verib. Həmin ərazilərdə kustar üsulla işləyən neft emalı qurğuları var imiş.

Ballistik raketlərin kim tərəfindən atıldığı hələ müəyyənləşdirilməyib. Yaralılar ətrafdakı xəstəxanalara aparılıb. Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım maşınları göndərilib. Ölənlərin və yaralananların sayının artması istisna edilmir.

Cerablus və Bab rayonları Türkiyə Silahlı Qüvvələrinin antiterror əməliyyatı həyata keçirdiyi “Fırat kalkanı” (“Fərat qalxanı”) bölgəsinə daxildir. 

0