Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Onun tövsiyyələrinə əməl etsəniz, ömrünüz uzanar

© Sputnik / Ramil Sitdikov / Mediabanka keçidMüalivəci zəlilər
Müalivəci zəlilər - Sputnik Azərbaycan
Abunə olmaq
Möcüzələr gerçəkləşdirən azərbaycanlı təbib: "Əsas günahkar xəstə özüdür"

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 16 yan — Sputnik. Müasir tibb formalaşanadək insanlar müxtəlif müalicə üsullarından istifadə ediblər. Qədim Şərqdə şamanlar, təbiblər, kahinlər, Avropada isə Hippokrat, Qalen kimi təcrübəli həkim və filosoflar, müasir kimyəvi maddələr, antibiotiklər icad olunanadək təbii və effektiv üsullarla insan sağlamlığını qoruyublar. İslam dininin meydana gəlməsindən sonra müsəlman dünyasında İbn Sina, Əl-Biruni, Fərabi kimi tibb alimləri yetişdi ki, onların əsərləri yüz illərlə dünya təbabətçilərinin əsas stolüstü kitabı oldu.

Qazax rayonunun Aşağı Salahlı kəndi ərazisindən çıxan müalicəvi isti su - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda möcüzəvi şəfa ocağı: hamı oraya axışır

Azərbaycanda da təbii müalicə üsulları ilə insanlara şəfa verən təbiblər olub. Lakin ötən əsrin 20-ci illərində sovet hakimiyyətinin qurulması ilə bəylər, xanlar və dindarlar kimi, xalq təbabətçiləri də təqiblərə məruz qaldılar. Təqiblərin onların sürgün olunması, tutulması, hətta güllələnməsi ilə nəticələnməsinə baxmayaraq, gizlin də olsa, bu ənənə nəsildən-nəslə ötürülərək yaşadıldı.

Dövrümüzün təbibləri

Hazırda da xalq təbabəti, təbii müalicə üsulları ilə məşğul olan təbiblərimiz var. Onlardan biri də Ağstafa rayonunun Poylu kəndində yaşayan Heydər Əhmədovdur. O, xalq təbabətinin sirrlərini ilk olaraq atasından, atası isə öz növbəsində babasından öyrənib.

Atası — əslən Dağıstandan olan Əhməd Əhmədov dövrünün ziyalı şəxslərindən olub, Türkiyədə ali dini məktəb bitirib. SSRİ dövründə din və təbabətlə məşğul olduğuna görə Sibirə sürgün edilib. Böyük Vətən Müharibəsi illərində sürgündən gətirilərək həkim kimi yaralı əsgərlərin müalicəsilə məşğul olub. Müharibə bitdkdən sonra isə ona Dağıstana getməmək şərtilə azadlıq verilib. Bu səbəblə Əhməd kişi Qazax rayonunun (indiki Ağstafa rayonunun) Poylu kəndinə köçüb və bütün sonrakı taleyini bura ilə bağlayıb.

© Sputnik / Ilham MustafayevHeydər Əhmədov
Heydər Əhmədov - Sputnik Azərbaycan
Heydər Əhmədov

Heydər Əhmədov kiçik yaşlarından atasının çətin durumda olan ağır xəstələri sağaltmasını öz gözləri ilə görüb. Bu sahəyə böyük marağı yaranıb. Sonradan Tbilisi Heykəltəraşlıq Texnikumunu, ardınca Gürcüstan Rəssamlıq Akademiyasını bitirərək, bir müddət bu sahə üzrə fəaliyyət göstərsə də, genindən gələn bir qüvvə onu daim tibb sahəsinə çəkib. İbn Sinanın, Fərabinin çətinliklə əldə etdiyi əsələri, həmçinin Tibet təbabətinə aid kitablar da onun tibbə marağını artırıb.

İlk sınağı öz üzərində keçirib

H. Əhmədov ilk müalicəni özündən başlayıb. El arasında "ala xəstəliyi" deyilən vitiliqo xəstəliyinə düçar olan təbib, apardığı müalicə üsulu ilə sağalması mümükün olmayan bu xəstəliyin qarşısını alıb. Sonradan müalicəyə ehtiyacı olan qohum və dostlarının bir sıra xəstəliklərinin sağalmasına yardımçı olub.

© Sputnik / Ilham MustafayevZəlilərlə müalicə, yaxud hirudterapiya bir çox xəstəliklərin müalicəsində olduqca yaxşı effekt verir.
Zəlilərlə müalicə, yaxud hirudterapiya bir çox xəstəliklərin müalicəsində olduqca yaxşı effekt verir. - Sputnik Azərbaycan
Zəlilərlə müalicə, yaxud hirudterapiya bir çox xəstəliklərin müalicəsində olduqca yaxşı effekt verir.

Aldığı nəticələrdən özünə bir inam yaranan təbibə eyni zamanda təzyiqlər də başlayıb. Sovetlər dönəmində türkəçarə, təbabətlə məşğul olmaq qadağan olduğundan, sıxışdırılmalardan bezərək Moskvaya köçüb. Burada Moskva Fitoterapiya İnstitunu oxuyub. Əlavə olaraq Tibet təbabəti, zəli ilə, təbii otlarla mülicə kurslarını bitirib və lisenziya alaraq işə başlayıb.

Bir müddət Rusiyada yaşadıqdan sonra Vətənə dönüb və sevdiyi işlə Azərbaycanda məşğul olmağa başlayıb. Hazırda həftənin 4 günü Bakıda özəl klinikalardan birində, digər günlər isə doğma rayonu olan Ağstafada müraciət edənlərə köməklik göstərməklə məşğuldur.

"Bilsən ki, qarşındakı xəstənin 10 gün ömrü qalıb…"

Təbib bu sahədə onunçün maddiyətin önəmli olmadığını, insanların şəfa tapmasına yardımçı olmaqdan zövq aldığını deyir. Əhmədovun özünəməxsus müalicə metodları var. İnsanları müxtəlif xüsusiyyətlərinə görə naturalara bölür. İnsanlar eyni olmaqları kimi, xəstəliklərinin də eyni olmadığını deyən təbib, hər şəxsə uyğun ayrıca müalicə üsulu təyin edir. Hazırda yuxarı tənəffüs yollarının xəstəlikləri, astma, bronxit, böyrək xəstəlikləri, vərəm, qara ciyərin böyüməsi, mədə-bağırsaq xəstəlikləri, qastrit, mədə yarası, qan təzyiqinin pozulması və müəyyən dəri xəstəliklərinin müalicəsini aparır.

© Sputnik / Ilham MustafayevTəbib, bitki və çiçəklərin çoxunu Tovuz, Daşkəsən və Gədəbəyin dağlarından toplayır.
Təbib, bitki və çiçəklərin çoxunu Tovuz, Daşkəsən və Gədəbəyin dağlarından toplayır. - Sputnik Azərbaycan
Təbib, bitki və çiçəklərin çoxunu Tovuz, Daşkəsən və Gədəbəyin dağlarından toplayır.

Heydər həkim, təkcə minlərlə insanı bıçaq altına düşməkdən xilas etmir. Həmçinin, istənilən növ böyrək daşlarının əməliyyatsız əridilməsi və xəstənin onun dediklərinə əməl edəcəyi təqdirdə, bir daha daş yaranmamasına zəmanət verir. İnsanın böyrəkdə daşla doğulmadığını deyən təbib, ilk olaraq daşı yaradan səbəbi aradan götürməyin vacibliyini diqqətə çatdırır.

Heydər Əhmədov xərçəng xəstəliyinin müalicəsində də müəyyən uğur əldə edib. Müalicə etdiyi xəstələr arasında 15 ildir yaşayanların olduğunu deyir: "Orqanizm özü özünün həkimidir. İmmunitet gücləndikcə bədən özünü sağaldır. Bizim işimiz ona kömək etməkdir. Bir şeyi bilmək lazımdır ki, ağır xəstəyə ağır dərmanlar qəbul etdirmək olmaz. Bədən onu qəbul edə bilmir. Kimyəvi maddələr, antibiotiklər elə xüsusiyyətə malikdir ki, orqanizmdə olan ziyanlı mikrobları öldürdüyü kimi, xeyirli fermentləri də məhv edir. Bundan əlavə, xəstəni sağaltmaq üçün onu inandırmaq lazımdır. Xəstəni yaşatmaq xətrinə aldatmalısan. Bilirsən ki, bunun ömrünə 5-10 gün qalıb, amma onu inandırmalısan ki, "səndə şiş yoxdur, sağlamsan". Belə hallarda xəstənin ömrünü uzatmaq mümkündür".

Onun əsas ixtisaslaşdığı sahə isə total allopesiya (saç və qaşların tökülməsi) xəstəliyinin müalicəsidir: "Müalicəsi olmayan bu xəstəlik haqda tibbin inkişaf etdiyi ABŞ-da belə bir deyim var: "Bu xəstəliyin bir müalicəsi var — o da parikdir". Mən bu cür xəstələri tam müalicə etmişəm. Müalicə etdiyim xəstələr arasında ailə quran, övladı olan xəstələrim var. Digər müalicəsi və yaranma səbəbi məlum olmayan xəstəlik vitiliqo xəstəliyidir. 50 belə xəstəm var ki, onlardan 70 faiz müsbət nəticə əldə etmişəm".

Xəstəliklər necə yaranır?

H. Əhmədovun müalicə taktikasında maraqlı məqam odur ki, daxilə qəbul edilən heç bir kimyəvi dərmana əl atmır. Əvəzində isə 800-dən artıq bitki növündən istifadə edir. Bitki və çiçəklərin çoxunu Tovuz, Daşkəsən və Gədəbəyin dağlarından toplayır.

Təzyiq ölçən cihaz - Sputnik Azərbaycan
SƏHİYYƏ
Bu tibbi cihazlarla - ölümlə oynamayın!

"Bəzi bitkiləri özüm yetişdirirəm. Ölkəmizdə olmayanları isə xaricdən gətizdirirəm" — deyən həkimə bu işlərdə atasının yolunu davam etdirən oğlu Əhməd yaxından kömək edir.

Sağlam yaşamağın sirrlərindən danışan təbib, bunun üçün 3 əsas amil olduğunu qeyd edir — su, hava və qida: "Ağız dadına üstünlük verərək həddən artıq kalorili qidalar qəbul etdiyimizdən, orqanizmimizdə böyük həcmdə tullantılar (dərialtı piylər, xolestrin, duzlar, qaraciyər piyləri) yaranır. Biz qidamıza fikir verərək, orqanizmimizi vaxtlı-vaxtında bu tullantılardan təmizləyə bilsək, gələcək xəstliklərdən özümüzü sığorta etmiş olarıq".

Əlavə edir ki, xəstəliklərin yaranmasında birinci növbədə xəstənin özü günahkardır: "Heç bir xəstəlik bir gündə yaranmır. Uzun müddət ərzində formalaşır. Və orqanizm zəiflədikdə özünü biruzə verir. Bu, "Yıxılan ağaca baltalı da yüyürər, baltasız da" deyiminə bənzəyir. Özünüzü qoruyun…"

Xəbər lenti
0