Hamilə qadın

30 yaşdan sonra uşaq dünyaya gətirmək təhlükəlidir

17016
(Yenilənib 16:49 06.01.2017)
Süd vəzi xərçəngindən sığortalanmaq istəyən qadınlar bu tövsiyyəni gözardı etməməlidirlər

BAKI, 6 yan — Sputnik. Alimlər tədqiqatlar nəticəsində belə bir qənaətə gəliblər ki, qadınların 30 yaşdan sonra uşaq dünyaya gətirmələri ciddi problemlərə səbəb ola bilər. Sputnik xarici mətbuata istinadən xəbər verir ki, 30 yaşdan sonra uşaq dünyaya gətirmək bir çox qadınlarda süd vəzi xərçənginə səbəb olur.

Söhbət ondadır ki, 20-30 yaş arasında olan qadınların orqanizmi daha güclü olur və doğuşu asan keçirir. Bununla yanaşı, sözügedən dövrdə orqanizm süd vəzi xərçənginin oyanmasına səbəb olan estrogen hormonu da istehsal edir. Bu hormon kifayət qədər böyük həcmdə istehsal olunsa da, hamiləlik dövründə onun konsentrasiyası əhəmiyyətli dərəcədə azalır və orqanizmə təsir göstərmək qüdrətində olmur.

Hamiləlik dövründə bu hormonların istehsalının aşağı düşməsi qadınları süd vəzi şişlərindən qoruyur. Eyni zamanda, uşaqları ana südü ilə bəsləyən qadınların süd vəzlərində estrogen əhəmiyyətli dərəcədə aşağı düşür və şiş yaranma ehtimalı yox olur.

Bununla yanaşı, alimlər əmindirlər ki, süd vəzi xərçənginin yaranması bir sıra digər daxili və xarici faktorlardan da asılıdır. Bu faktorlar isə əsasən erkən menstruasiya, ana südünün tez kəsilməsi, xarici mühit, klimaksın gecikməsi və sairdir.

Məhz bu səbəblərdən də alimlər qadınlara vaxtaşırı mamologiya yoxlamasından keçməyi tövsiyə edirlər. Bu, heç bir qadının sığortalanmadığı süd vəzinin bədxassəli şişləri barədə erkən xəbər tutmağa və onu müalicə etməyə yardım göstərir.

Qeyd edək ki, bir sıra süd vəzi xərçəngləri ilkin dərəcələrdə tamamilə müalicə olunur. Bəzən isə süd vəzisinin bədxassəli şişləri, məhz hamiləliyin köməyi ilə keçib gedir. Ona görə də, süd vəzi xərçənginin ilkin mərhələsində olan qadınlara həkimlər hamilə qalmağı və uşaq dünyaya gətirməyi tövsiyə edirlər.

17016
Teqlər:
30, doğuş, yaş, süd vəzinin xərçəngi, tədqiqat, alim, ana, qadın, uşaq
Əlaqədar
İlanlar xərçəng xəstəliyini müalicə edir
Bu içki xərçəng hüceyrələrini qorxuya salır
Göbələkdən alınan maddəni xərçəng xəstələrinə vurdular və görün nə baş verdi
Alimlər xərçəngi məhv edən maddəni əldə etdilər
Bakı apteklərində xərçəngə qarşı dərmanlar yoxa çıxıb
Xərçəngə qarşı mübarizə kökündən səhv gedirmiş
Rusiya Prezidenti Vladimir Putin

Putin koronavirus peyvəndlərinin effektivliyindən danışdı: "Sovet məktəbi sağdır"

14
(Yenilənib 22:53 29.10.2020)
Putin vurğulayıb ki, ilk növbədə Rusiya vətəndaşları koronavirus əleyhinə vaksinlər ilə təmin olunacaqlar.

BAKI, 29 oktyabr — Sputnik. Rusiyanın koronavirus əleyhinə olan hər iki vaksini təhlükəsiz və effektivdir. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.

"Rusiya vaksinlərinin sınaqları davam edir, ümid edirəm ki, bu ilin sonunda kütləvi vaksinləşməyə başlaya bilərik", - deyə Prezident qeyd edib.

O vurğulayıb ki, ilk növbədə Rusiya vətəndaşları koronavirus əleyhinə vaksinlər ilə təmin olunacaqlar. Lakin Rusiya vaksinlər üzrə intellektual mülkiyyətin satışını həyata keçirməyə və ya xarici tərəfdaşların meydançalarında onların istehsalını təmin etməyə hazırdır.

Putin eyni zamanda qeyd edib ki, Rusiyada koronavirus əleyhinə vaksinin hazırlanması ölkədə elmin inkişaf etdiyini, sovet məktəbi sağdır.

14
 Koronavirus testi üçün burundan götürülən yaxma, arxiv şəkli

Yeni antirekord: Azərbaycanda bir sutkada COVID-ə yoluxanların sayı mini ötdü

105
(Yenilənib 15:42 29.10.2020)
Azərbaycanda indiyədək ümumilikdə 53152 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 42516 nəfər müalicə olunaraq sağalıb, 708 nəfər vəfat edib, aktiv xəstə sayı 10636 nəfərdir

BAKI, 29 oktyabr - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1015 yeni yoluxma faktı qeydə alınıb, 483 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 53152 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 42516 nəfər müalicə olunaraq sağalıb, 708 nəfər vəfat edib, aktiv xəstə sayı 10636 nəfərdir.

Ölkədə son sutka ərzində 11813, hazırkı dövrədək isə 1331287 test aparılıb.

105
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Avropa Liqasının qrup mərhələsinin 2-ci tutu çərçivəsində Qarabağ - Vilyareal matçı

"Qarabağ" azarkeşlərini məyus etdi

0
(Yenilənib 23:52 29.10.2020)
Azərbaycanın "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

BAKI, 29 oktyabr — Sputnik. "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, görüş Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutub.

Komandalar oyunun birinci hissəsini heç-heçə başa vurublar. İkinci hissədə isə "Qarabağ"ın oyunçusu Kvabena Ovusu fərqlənib. O, 78-ci dəqiqədə hesabı açıb. Lakin Ağdam klubunun azarkeşlərinin sevinci uzun çəkməyib. 2 dəqiqə sonra "Vilyarreal" Yeremi Pinonun vurduğu qolla hesabı bərabərləşdirib. Matçın 84-cü dəqiqəsində Pako Alkaser Ağdam klubunu cəzalandırıb. "Vilyarreal" ikinci qolla önə çıxıb. 

Oyuna əlavə edilən dəqiqələrdə "Vilyarreal" 3-cü topu "Qarabağ"ın qapısından keçirib. Üçüncü topu da 90+6-cı dəqiqədə penaltidən Pako Alkaser vurub.

Beləliklə, "Qarabağ"-"Vilyarreal" matçında oyun ispan klubunun qələbəsi ilə başa çatıb.

Bu oyunun nəticəsi olaraq xallarını 6-ya çatdıran "Vilyarreal" qrupda liderliyini möhkəmlədib. "Qarabağ" isə 1 xalla 3-cü pillədə qalıb.

0