Qrip virusu, arxiv şəkli

Azərbaycanda yayılan virusla bağlı müdhiş xəbər

11686
Həkimdən təhlükəli xəbərdarlıq: "Bu, adi qrip virusu deyil"

BAKI, 29 dek — Sputnik. Ölkə ərazisinə yoluxucu xəstəlik yayılıb. Hazırda, az qala hər ailədə bu virusa yoluxmuş insan tapmaq mümkündür. Yüksək hərarət, üşütmə, ürəkbulanma, başgicəllənmə, öskürək və müxtəlif nahiyələrdə ağrılarla müşayiət olunan xəstəlik, xüsusilə paytaxtda əksər insanları ağuşuna alıb.

Zika virusuna qarşı görülən tədbir
© Photo : Getty İmages

Problemlə əlaqədar Sputnik-ə açıqlama verən həkim Rasif Bağırovun sözlərinə görə, hazırda yayılmış virusa ad qoyulmayıb: "Əvvəllər virusların moleykullarını araşdırırdılar və onlara uyğun ad verilirdi. Bu da onun üçün idi ki, qrip virusunun daha da ağırlaşmasının və yayılmasının qarşısı alınsın".

"Qrip virusları insan orqanizmində çox qısa müddətdə qalır. Sadəcə o viruslar öləndən sonra simbioz həyat tərzi sürən infeksiyaları oyadırlar və onlar da sonradan insan orqanizmində bir çox xəstəliklər yarada bilir. Bununla bağlı hazırda kifayət qədər tədbirlər görülür. Qripin və ya infeksiyanın özü yox, onun fəsadları daha böyük təhlükədir", — ekspert bildirib.

R. Bağırov hazırkı virusun sürətlə yayılmasında vətəndaşların da "rolu" olduğunu deyib: "Virusa yoluxuruq və xəstəlik canımızdan çıxmamış, ictimai nəqliyyata minirik, işə gedirik və beləliklə ətrafımızda olanları da bu virusa yoluxdururuq".

"Qrip virusu 10 gündən bir formasını dəyişdiyi üçün, yalnız bəzi dərman preparatları ilə qismən onun qarşısını almaq mümkündür. Qrip bir çox fəsadlar yaradır. Məsələn, yuxarı tənəffüz yollarının infeksiyalarının oyanması ilə bağlı müxtəlif xəstəliklər, mədə bağırsaqlarda, böyrəklərdə və ən qorxulusu isə nevrotoksiki mərkəzi sinir sistemində ağır infeksiyaların yaranmasına səbəb olur. Bu, xəstənin ölümünə də gətirib çıxara bilir" — həkim bildirib.

Səhiyyə mütəxəssisi Adil Qeybulla isə Sputnik-ə açıqlamasında hazırda yayılmış virusun qrip virusu olmadığını deyib: "Hamı bu xəstəliklərə qrip deyir. Qrip əlamətləri ilə keçən bu virus isə qrip yox, yuxarı tənəffüs yollarının iltibahı prosesidir. Yuxarı tənəffüs yollarının iltibahı prosesinda 15-dən artıq virus parazitlik edir. İmmunitet sistemi zəiflədikcə, bu viruslara tutulma riski daha da artır. Halsızlıq, hərarət, öskürək kimi əlamətlərlə göründüyü üçün qrip deyirlər. Əslində qrip — Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən karantin elan olunan 4 infeksiyadan biridir".

"Hazırda cəmiyyətdə yayılan bəla — soyuqdəymə xəstəlikləridir. Belə xəstələr yataq rejimində olmalıdırlar, çox maye qəbul edilməlidir, mövsümə uyğun olaraq düzgün geyim seçilməlidir. Əks halda, belə virusa yoluxma riski çoxalır", — ekspert əlavə edib.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktor müavini Afaq Əliyeva da mövzu ilə bağlı fikirlərini Sputnik-ə açıqlayıb. O, hazırda Azərbaycanda qrip virusunun olmadığını deyib.

"Səhiyyə Nazirliyinin, Respublikada qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi ilə bağlı, 6 oktyabr 2016-cı il, 65 nömrəli əmri var. Həmin əmrə əsasən, 2016-2017-ci illərin payız-qış mövsümünün başlaması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator xəstəliklərə qarşı əhali arasında profilaktik tədbirlərin gücləndirilməsi tapşırılıb", — Əliyeva qeyd edib.

O bildirib ki, əmrə görə, həmin virusların qarşısını almaq üçün məktəblərdə, məktəbəqədər təhsil müəssisələrində, eyni zamanda digər təhsil müəssisələrində daimi nəzarət aparılır və dezinfeksiya işləri görülür və davam etdirilir. Ağır viruslar aşkar edilirsə, laborator müayinə həyata keçirilir".

A. Əliyeva qeyd edib ki, hazırki viruslar kəskin respirator infeksiyalarıdır: "Hal-hazırda xəstəlikdə artım yoxdur, aşağı səviyyədədir. Olan xəstəliklər də mövsümü xarakter daşıyır".

11686
Teqlər:
Afaq Əliyeva, Adil Qeybulla, Rasif Bağırov, həkim, müayinə, müalicə, xəstə, virus, xəstəlik, yoluxucu
Əlaqədar
Baytarlıq Xidmətindən əhaliyə xəbərdarlıq: virus yayılıb
Almaniyada ölümcül virus peyda oldu: əlaqələr kəsilir
İnsanları dəli edən virus aşkarlandı
Həkim: Forma dəyişdiyinə görə qrip virusuna qarşı peyvənd tapılmır
Rusiyadan həyəcan təbili: təhlükəli virus dolaşır
Bu virus iki milyarddan çox insanı məhv edə bilər
DİN əməkdaşları, arxiv şəkli

Saatlı polisi koronavirus xəstəsini küçədə tapdı

17
T.Hüseynovun karantin qaydalarına zidd davranaraq evini tərk etdiyi və qonşuluqda yaşayan sakinlərin evinin həyətinə daxil olaraq xəstəliyin yayılmasına real təhlükə yaratdığı müəyyən edilib.

BAKI, 4 dekabr — Sputnik. Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə tədbirlər mütəmadi olaraq davam etdirilir. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən rayon ərazisində koronavirus testi müsbət çıxan şəxslərin yaşadığı ünvanı tərk edib-etməməsi yoxlanılarkən bir nəfər rayon sakini, T.Hüseynovun karantin qaydalarına zidd davranaraq evini tərk etdiyi və qonşuluqda yaşayan sakinlərin evinin həyətinə daxil olaraq xəstəliyin yayılmasına real təhlükə yaratdığı müəyyən edilib.

Həmin şəxsin qanunazidd hərəkətlərinin qarşısı alınıb və müalicəsini davam etdirmək üçün yenidən yaşadığı ünvana gətirilib.

Saatlı RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.

17
Mağazada qadın, arxiv şəkli

Siyəzəndə mağazada satıcı işləyən COVID-19 xəstəsi müəyyən edilib

11
(Yenilənib 18:26 04.12.2020)
Sədan kənd sakini Rufanə Əliyevanın karantin qaydalarına zidd davranaraq yaşadığı ünvanı tərk etdiyi müəyyən edilib

BAKI, 4 dekabr — Sputnik. Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində koronavirus testi müsbət çıxmış şəxslərin yaşadığı ünvanı tərk edib-etməməsi yoxlanılarkən rayonun Sədan kənd sakini Rufanə Əliyevanın karantin qaydalarına zidd davranaraq yaşadığı ünvanı tərk etdiyi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən R.Əliyeva satıcı kimi işlədiyi mağazada aşkarlanaraq yaşadığı ünvana qaytarılıb. Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Siyəzən RPŞ-də araşdırmalar aparılır.

11
Teqlər:
Daxili İşlər Nazirliyi, Koronavirus, Siyəzən
Biznes  ledi

İllərin sənətçisi yeni biznesə başlayıb

0
(Yenilənib 23:45 04.12.2020)
Sayan istehsalına yenicə başladıqları məhsul haqqında məlumat da verib. Müğənninin bildirdiyinə görə, sözügedən odekolon öd ağacından hazırlanıb

BAKI, 4 dekabr — Sputnik. Türkiyəli müğənni Seda Sayan yeni biznesə başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sənətçi öz adı ilə istehsal olunan ətirli kolonyanı satışa çıxarmağa hazırlaşır.

View this post on Instagram

A post shared by Seda Sayan (@sedasayan)

Artıq Seda məhsullarla çəkdirdiyi fotosunu özünün "Instagram" səhifəsində paylaşıb. O, istehsalına yenicə başladıqları məhsul haqqında məlumat da verib. Müğənninin bildirdiyinə görə, sözügedən odekolon öd ağacından hazırlanıb. Qeyd edək ki, kolonya qutusunun üzərində Seda Sayanın şəkli yer alıb.

0