Stəkanda süd

Qocalma prosesini bu üsulla ləngidin

1456
Ərzaqların beyninə təsirini öyrənməklə məşğul olan mütəxəssislər, pensiya yaşına çatmış 60 könüllünün iştirakı ilə eksperiment aparıblar

BAKI, 4 dek — Sputnik. Amerikalı alimlər südün insanın baş beyninin inkişafı üçün çox xeyirli olduğunu sübut edən dəlillər tapıblar. Sputnik xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "The American Journal of Clinical Nutrition" nəşri yazıb.

Ərzaqların beyninə təsirini öyrənməklə məşğul olan mütəxəssislər, pensiya yaşına çatmış 60 könüllünün iştirakı ilə eksperiment aparıblar. Eksperiment iştirakçılarına hər gün süd içmək təklif olunub. Bu tövsiyəyə əməl edən şəxslərin hamısının beyni süd içməyənlərlə müqayisədə daha fəal işləməyə başlayıb.

Mütəxəssislər müəyyən ediblər ki, südün tərkibində insan beyninə müsbət təsir edən maddələr var. Südün qəbulu zamanı qlutation yaranır. Bu maddə yaşlı vaxtda baş beyin xəstəliklərinin inkişafını tormozlayan turşuluğu yaradır.

Tədqiqat müəlliflərinin fikrincə, orqanizmdə nə qədər çox qlutation olsa, qocalma prosesi daha yavaş gedir. Ona görə də, elm adamları insanlara məsləhət görür ki, əgər əks göstəriş yoxdursa, hər gün öz qida rasionlarına südü əlavə etsinlər.

1456
Teqlər:
fayda, qocalma, alim, beyin, süd, insan
Əlaqədar
Azərbaycanda ilk dəfə laboratoriya şəraitində arı südü yığılıb
Onlar niyə gec qocalırlar
Azərbaycanda qocalar niyə intihar edir?!
Çində qocalar evi yandı
Məktəbdə qız, arxiv şəkli

Valideynlərin nəzərinə: övladlarınızı COVID-19-dan belə qoruyun

4
(Yenilənib 11:25 16.04.2021)
"İmmunitetin gücləndirilməsində yuxunun böyük əhəmiyyəti var. Uşaqlar hər gün eyni vaxtda yatmalı, səhərlər yuxudan doymuş halda oyanmalıdırlar".

BAKI, 16 aprel — Sputnik. Mərkəzi Gömrük Hospitalının pediatr-neonatoloqu Aygün Sadıxova “Həkim məsləhəti” rubrikasında “Uşaqları COVID-19 xəstəliyindən necə qoruya bilərik?” sualını cavablandırıb. Spiutnik Azərbaycan-ın xəbərinə görə, həkim uşaqların yeni növ koronavirusun yayılmasında daha fəal rol oynadığını deyib: "COVID-19 pandemiyası yeni başlayan dövdə uşaqların virusa yoluxmaları nadir hal sayılırdı. Hazırda isə bütün dünyada minlərlə uşağın bu təhlükəli xəstəliyə yoluxması halları qeydə alınıb. Uşaqlar əvvəllər olduğu kimi yenə parklarda, meydançalarda bir-biri ilə oynayırlar. Onların bir-birindən yoluxub gizli daşıyıcı ola biləcəyini nəzərə alsaq, deyə bilərik ki, uşaqlar yeni növ koronavirus infeksiyasına yoluxmada fəal rol oynayırlar. Ona görə də bu gün uşaqlarımızın COVID-19 xəstəliyindən qorunması məsələsi çox aktualdır".

"Uşaq həkimi kimi məsləhət görərdim ki, bütün valideynlər uşaqlara gigiyenik qaydalara riayət etməyi, sosial məsafə saxlamağı öyrətsinlər. Əlbəttə ki, uşaqların öz nənə və babalarının, başqa qohumlarının yanına qonaq getməsi yaxşı haldır, amma pandemiya dövründə bu, yaşlı insanları yoluxma təhlükəsi ilə qarşı-qarşıya qoymaq deməkdir. Bu kontaktları minimuma endirmək məsləhətdir. Həmçinin, uşaqların bir-biri ilə tez-tez ünsiyyətdə olmasını da azaltmaq lazımdır. Böyük bayram tədbirlərindən, ad günlərindən isə hələlik uzaq olmaları yaxşıdır", - deyə o əlavə edib.

O bildirib ki, uşaqların virusa yoluxmaması üçün onların immunitetinin də möhkəmləndirilməsinə diqqət yetirmək lazımdır: "Burada ilk növbədə, onların sağlam qidalanması və düzgün tərtib edilmiş gündəlik rejim mühüm rol oynayır. Gündəlik qida rasionunda zülalların kifayət qədər yer tutması zəruridir. Uşaqlar hər gün ət, kəsmik, süd məhsulları, vitamin və minerallarla zəngin meyvə-tərəvəz qəbul etməlidirlər".

"İmmunitetin gücləndirilməsində yuxunun böyük əhəmiyyəti var. Uşaqlar hər gün eyni vaxtda yatmalı, səhərlər yuxudan doymuş halda oyanmalıdırlar. Gecə yuxusu 8 saatdan az olmamalıdır.  Məsləhətdir ki, uşaqlar saat 22:00-a qədər yatmağa getsinlər. Belə ki, bu vaxt yuxuya getmiş uşaqların orqanizmində immuniteti bərpa edən və tənzimləyən hormonlar, o cümlədən melatonin hazırlanır. Ümumiyyətlə, hər gün erkən yatan uşaqlar respirator virus infeksiyalarına az yoluxurlar. Uşaqlarda COVID-19 xəstəliyinin hər hansı əlamətlərini müşahidə etdikdə, özbaşına müalicə etməmək, mütləq pediatra müraciət etmək lazımdır", - deyə həkim əlavə edib.

4
Teqlər:
həkim, uşaqlar, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
AstraZeneca peyvəndi, arxiv şəkli

Angela Merkel "AstraZeneca" ilə vaksinasiya olunacaq

10
Kansler prosedurun vacibliyini vurğulayaq bildirib ki, bəşəriyyət yalnız bu yolla pandemiyanın qarşısını ala bilər.

BAKI, 16 aprel — Sputnik. Almaniya Kansleri Angela Merkel cümə günü, aprel ayının 16-da "AstraZeneca" peyvəndi ilə vaksinasiya olunacaq. Bu barədə "Welt" nəşri məlumat yayıb.

Qeyd edək ki, Merkel bir qədər bundan əvvəl koronavirus infeksiyasına qarşı "AstraZeneca" preparatı ilə vaksinasiyaya hazır olduğunu, ancaq növbəsini gözlədiyini bildirmişdi.

Kansler bu prosedurun vacibliyini də vurğulayaq bildirib ki, bəşəriyyət yalnız bu yolla pandemiyanın qarşısını ala bilər.

Xatırladaq ki, Avropa Dərman Agentliyi "AstraZeneca"-nın qanda laxtalanmaya səbəb olduğunu rəsmi şəkildə təsdiqləyib. Agentliyin səlahiyyətli nümayəndəsi Marko Kavaleri İtaliya mətbuatına bu barədə açıqlama verib. "Məncə, artıq bunu söyləyə bilərik: açıq-aşkar qan laxtalanması ilə peyvənd arasında əlaqə var", – deyə o bildirib.

Maraqlıdır ki, Avropa Dərman Agentliyinin direktoru Emer Kuk isə bu barədə açıqlama verərək bildirmişdi ki, "AstraZeneca" peyvəndi tamamilə təhlükəsizdir: "Bu, çox effektli və təhlükəsiz peyvənddir. Peyvəndin insanları koronavirusdan qoruması ilə bağlı faydaları ehtimal olunan risklərindən daha çoxdur".

Bir müddət bundan əvvəl bir sıra ölkələr, o cümlədən, Danimarka, İsveç, Almaniya, Fransa və İtaliya sözügedən preparatla vaksinasiya prosesinə ara verib. Daha sonra Danimarka "AstraZeneca"-nın peyvəndinin tətbiqini tamamilə dayandırıb.

10
Şamaxı Astrofizika Rəsədxanası

Ukraynalılara Azərbaycandan çağırış - VİDEO

0
(Yenilənib 12:08 16.04.2021)
Ukraynalı investorlara çağırışda bildirilir ki, Azərbaycanın ən qədim sənətkarlıq mərkəzlərindən sayılan Şamaxı bu gün öz mədəni dirçəliş dövrünü yaşayır.

BAKI, 16 aprel — Sputnik. Şamaxıya yeni investorların, həmçinin bu gün gözəl dostluq və strateji tərəfdaşlıq münasibətlərində olduğumuz Ukrayna investorlarının cəlbi məqsədilə qarşıdakı dövrdə də perspektivli layihələr planlaşdırılır. Bu Bu barədə Şamaxıda yerləşən Ukraynanın Fəxri konsulluğundan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir.

"Azərbaycanın ən qədim sənətkarlıq mərkəzlərindən sayılan Şamaxı bu gün öz mədəni dirçəliş dövrünü yaşayır. Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsullarının istehsalı və emalı təşkil edir. Bununla yanaşı, Şamaxı digər sahələrdə də öz iqtisadi dinamikliyini aktiv saxlayır. Rayonun üzümçülük və şərabçılıq sahəsində əlverişli mühiti ölkənin turizm potensialına da xüsusi dəstək verir. Hazırda da bununla bağlı sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına dair proqramlar hazırlanır. Şamaxıya yeni investorların, həmçinin bu gün gözəl dostluq və strateji tərəfdaşlıq münasibətlərində olduğumuz Ukrayna investorlarının cəlbi məqsədilə qarşıdakı dövrdə də perspektivli layihələr planlaşdırılır.

Qədim Şamaxıda görüşmək diləyi ilə #DearAzerbaijan", - deyə məlumatda bildirilir.

0
Teqlər:
Şamaxı, Azərbaycan, Ukrayna, çağırış, investorlar, iqtisadiyyat