Кареты скорой помощи во дворе одной из региональных больниц, фото из архива

Mingəçevir Yevlaxda icbari tibbi sığorta tətbiq ediləcək

653
Prezidentin fərmanına əsasən, Mingəçevir və Yevlaxda icbari tibbi sığortanın tətbiqinə dair pilot layihəyə 30 milyon manat ayrılıb.

BAKI, 29 noy — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.

Sputnik-in məlumatına görə, Maliyyə Nazirliyinə pilot layihənin həyata keçirilməsi üçün 2016-cı il dövlət büdcəsinin səhiyyə sahəsində islahatlar üçün nəzərdə tutulmuş 10 milyon manat vəsaitin 10 gün müddətində Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ayrılmasını təmin etmək, habelə 2017-ci il üçün dövlət büdcəsinin səhiyyə sahəsinə aid olan digər tədbirlər üçün nəzərdə tutulmuş 20 milyon manat vəsaitin dövlət büdcəsi təsdiq olunduqdan sonra 2017-ci ilin yanvar ayı ərzində Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ayrılmasını təmin etmək tapşırılıb. 

653
ABŞ-da epdimioloji vəziyyət

ABŞ-da daha bir azərbaycanlı koronavirusdan ölüb

12
Şəhər restoranlarının birində uzun müddət aşpaz işləmiş azərbaycanlı koronavirusa yoluxduğundan klinikaya yerləşdirilib.

BAKI, 9 avqust - Sputnik. ABŞ-ın Nyu-York ştatının Nyu-Roşel şəhərində azərbaycanlı aşpaz COVID-19-dan vəfat edib.

"Report"un məlumatına görə, bu, Qazaxıstan vətəndaşı, əslən Bakıdan olan 55 yaşlı Rzayev Ağagül Ağaməhəmməd oğludur.

Şəhər restoranlarının birində uzun müddət aşpaz işləmiş azərbaycanlı koronavirusa yoluxduğundan klinikaya yerləşdirilib. İki həftəlik müalicə kursu keçən soydaşımız ötən gecə dünyasını dəyişib. A.Rzayevin meyitinin Qazaxıstanın Almatı şəhərinə gətirilərək yaxınlarının məzarlarının yanında dəfn olunacağı gözlənilir.

Qeyd edək ki, buna qədər ABŞ-da daha iki azərbaycanlı COVID-19-dan dünyasını dəyişib.

12
Xəstəxanada qadın və uşaq, arxiv şəkli

Xərçəngin yaranmasında yaş həyat tərzinin rolu varmış

13
(Yenilənib 21:01 09.08.2020)
Həkimin sözlərinə görə, insan zərərli vərdişlərdən uzaqlaşandan ancaq 10 il sonra orqanizm özünə gələ bilir.

BAKI, 9 avqust — Sputnik. Rusiya Səhiyyə Nazirliyinin baş onkoloqu Andrey Kaprin xərçəng xəstəliyinin inkişafına təsir edən faktorlar barədə danışıb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, mütəxəssin fikrincə, xərçəngin inkişafında genetikanın cəmi 15 faiz rolu var.

Xəstəliyin yaranmasına isə yaş və həyat tərzi ilə bağlı mutasiyalar səbəb olur.

Kaprinin sözlərinə görə, siqaret çəkmə bir neçə xərçəng növünün meydana gəlmə riskini 30 dəfə, alkoqollu içkilərə aludəçilik isə daha çox artırır.

"Müayinə zamanı baxırsan ki, ailə genetik baxımdan sağlamdır. Ancaq sonra ağciyər xərçəngi, sidik kisəsi xərçəngi meydana gəlir. Məlum olur ki, burada zərərli vərdişlər var", - deyə həkim bildirib.

Onun sözlərinə görə, insan zərərli vərdişlərdən uzaqlaşandan ancaq 10 il sonra orqanizm özünə gələ bilir.

Xərçəngin meydana gəlməsində yaşın roluna gəldikdə isə həkim qeyd edib ki, 65 yaşından sonra hər 5 ildə immuniteti gücləndirən hüceyrələrin mutasiyası 10 faiz artır.

Daha əvvəl isə transyağların yumurtalıq xərçəngi riskini 34 faiz artırdığı açıqlanmışdı.

13
Belorusda seçkinin gedişi zamanı

Belarus MSK ilkin nəticələri açıqlayıb

0
Komissiyanın məlumatına görə, beş regionun səsvermələrinin nəticələrinə əsasən hazırkı dövlət başçısı Aleksandr Lukaşenko seçkilərdə liderdir.

BAKI, 10 avqust - Sputnik. Belarusun Mərkəzi Seçki Komissiyası bu gün ölkədə keçirilən prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb.

Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.

Komissiyanın məlumatına görə, beş regionun səsvermələrinin nəticələrinə əsasən hazırkı dövlət başçısı Aleksandr Lukaşenko seçkilərdə liderdir. O, seçicilərin 82%-nin səslərini toplayıb. 

Qeyd edək ki, Lukaşenko altıncı dəfədir prezident seçkilərində namizəddir.  

0