Xərçəng xəstəliyi

Alimlər xərçəngi məhv edən maddəni əldə etdilər

661
Bu maddələr həm sintetik yolla alınıb, həm də tropik bitkilərin tərkibində tapılıb

BAKI, 29 noy — Sputnik. Rusiyalı kimyaçılar və Amerikanın "Immune Pharmaceuticals" şirkətinin əməkdaşları, digər kimyəvi terapiya vasitələrinin qarşısını almağa müvəffəq olmadığı xərçəng hüceyrələrini məhv etməyə qadir olan kükürd, karbohidrogen və azotdan ibarət mürəkkəb qarışığı hazırlamağa nail olublar. Sputnik-in xəbərinə görə, bu barədə "European Journal of Medicinal Chemistry" jurnalında dərc olunan məqalədə bildirilir.

"Bu qrupdan olan birləşmələrin seçilməsi təsadüfi deyil. Məsələ ondadır ki, bir çox aminoizotiazollar geniş spektrdə farmakoloji və bioloji fəallığı nümayiş etdirir. Buna görə də, biz təklif etmişik ki, bu qrupdan olan birləşmələr müvafiq kimyəvi qruplarla birgə xərçəng əleyhinə fəal təsir göstərə bilər", — deyə Moskva Fiziki Texniki İnstitutunun mətbuat xidməti, Dolqoprudnıdakı fiziki-texniki heyətinin əməkdaşı Aleksandr Kiselyova istinadla bildirib.

Həkimlərin şişləri məhv etdikləri kimyəvi terapiya iki yolla işləyir: xərçəng hüceyrələrinin DNT-sini zədələyərək onları özlərini məhv etməyə məcbur edir, ya da onların böyüməsi və artmasına mane olur. İkinci üsul daha da populyarlaşır, çünki onda genomda mutasiya nəticəsində xərçəng hüceyrələrinin daha aqressiv növlərinin əmələ gəlməsinə imkan olmur.

Bu tipli preparatlar antimitotiklər adlanır. Onlar bölünmə üçün çox vacib olan hüceyrə zülalını — turbulini məhv edir. Bu maddələr həm sintetik yolla alınıb, həm də tropik bitkilərin tərkibində tapılıb. Bundan əlavə, bu yaxınlarda rusiyalı alimlər cəfəri və şüyüddə antimitotik üçün baza tapıblar.

Bu bazadan istifadə edərək Kiselyov və onun həmkarları molekulların sintezinin yeni metodunu yazıblar. Həmin metod xərçəng əleyhinə dərmanları kifayət qədər tez və ucuz əldə etməyə imkan verir. Bu metodikadan istifadə edərək, Rusiyadan olan kimyaçılar və onların xarici kolleqaları, həmin preparatların onda üç (3/10) variantını toplayıblar. Həmin preparatların effektivliyi artıq yoxlanılıb. Onlar xərçəng hüceyrələrini və dəniz kirpilərinin embrionlarını məhv etməyə qadirdir.

Eksperimentlər göstərir ki, həmin molekulları, özündə oksigen atomlarını və kükürdü birləşdirən iki yeni karbohidrogen həlqəsinə əlavə etmək, onların fəallığını nəzərəçarpacaq dərəcədə artırır. Və onlara, adi kimyəvi terapiyanın öhdəsindən gələ bilmədiyi xərçəng hüceyrələrindəki bölünmə prosesini dayandırmağı "öyrədir".

Daha 10 dərman vasitəsi də xərçənglə mübarizədə yüksək effektivlik nümayiş etdirib və artıq bu preparatlardan xərçəngə qarşı istifadə etmək mümkündür. Bundan sonra alimlər həmin maddələri necə hazırlamaq, onları ayrı-ayrı sistemləşdirilmiş hüceyrələrə yeritmək və onları parçalamaq üçün hansı mikroçubuqlarda toplamaq üzərində işləyirlər.

Həmin biliklərin əldə olunması dərmanların keyfiyyətini saxlamağa, onların analoqlarının tapılmasına, tərkibinin dəyişdirilməsinə və "zireh" xarakteristikasına malik olmasına kömək edəcək.

661
Teqlər:
müalicə, maddə, xərçəng, Amerika, Rusiya, alim, kimyaçı
Əlaqədar
Bakı apteklərində xərçəngə qarşı dərmanlar yoxa çıxıb
Xərçəng dərmanları barədə dəhşətli həqiqətin üstü açıldı
Xərçənglə mübarizədə inqilabi kəşf
Bu içki 42 günə xərçəng xəstəliyini məhv edir
Bu itlər xərçəng xəstəliyini ilkin mərhələdə təyin edə bilirlər
Bu meyvəni yeyən insanlar heç vaxt xərçəngə tutulmurlar
Xərçəng şişini məhv edən nanorobot yaradılıb
İnsan qanı dolu paketlər, arxiv şəkli

Xərçəng xəstələrinə ümid işığı: Yeni test sağ qalma şansını artıracaq

19
(Yenilənib 23:32 27.11.2020)
"Analiz Qalereyası" Amerikanın "Greil" şirkəti tərəfindən hazırlanıb. Test qanda molekulyar səviyyədə dəyişikliklər tapır və bu da xərçəngin aşkarlanmasına imkan verir.

BAKI, 28 noyabr — Sputnik. İngiltərənin Milli Səhiyyə Xidməti qandan 50 növ xərçəngin erkən əlamətlərini aşkar edən bir testi yoxlayacaq.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, "Qan Analizi Qalereyası" 165.000 xəstə üzərində test ediləcək. Əvvəlki tədqiqatlar diaqnozu çətin olan bir çox xərçəng növünü -  boyun, yumurtalıq və beyin xərçənglərini müəyyən edə bildiyini göstərmişdi.

Yeni testin effektiv olduğu sübut edilərsə, erkən mərhələlərdə xərçəng diaqnozu üçün geniş istifadə ediləcək. Bu, dördüncü mərhələdə xəstəliyin aşkarlanması halları ilə müqayisədə xəstələrin sağ qalma sürətini beş-on qat artıracaq.

"Analiz Qalereyası" Amerikanın "Greil" şirkəti tərəfindən hazırlanıb. Test qanda molekulyar səviyyədə dəyişikliklər tapır və bu da xərçəngin aşkarlanmasına imkan verir.

Milli Səhiyyə Xidməti sınaqların 2023-cü ilə qədər bitməsini planlaşdırır. Bu, 2024-2025-ci illərdə yeni qan testinin geniş yayılmasına imkan verəcək.

19
Teqlər:
İngiltərə, ABŞ, qan, test, xərçəng xəstəliyi
Tərəvəz piştaxtası, arxiv şəkli

COVID-19 xəstələrini tez sağalda bilən qidalar

53
(Yenilənib 22:58 27.11.2020)
Alimlər COVID-19-dan sağalanlar üçün pəhriz tövsiyələri hazırlayıblar. Bu tövsiyyələr C, D vitaminləri və sink ilə zəngin qidaları qəbulunu ehtiva edir

BAKI, 27 noyabr — Sputnik. Britaniya alimləri COVID-19-un müalicəsini sürətləndirən məhsulları müəyyən ediblər. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, qidaların immuniteti gücləndirməsini öyrənən araşdırmaçı Emma Derbşir və Con Delanj qida və qida əlavələrini təhlil ediblər. Araşdırmanın məqsədi COVID-19-dan sonra immuniteti bərpa edən və immuntetə yardım edən qidaları müəyyən etmək olub.

Müəlliflər tibbi qidalanmanın 65 yaşdan yuxarı insanların immunitet sisteminə təsirinə xüsusi diqqət yetiriblər.

İmmunitet sisteminin dörd komponenti var: T-limfositlər, B hüceyrələri, komplement sistemi və faqositlər. Belə ki, bu komponentlər daxil olan virus və bakteriyalara qarşı bir maneə rolunu oynayaraq vücudu infeksiyadan qoruyur.

İmmunitet anadangəlmə və adaptiv olur.

Ancaq hər iki immunitet funksiyası yaşla azalır. "İmmunitet yaşlanması"nın səbəblərindən biri də qida çatışmazlığıdır. Yaşlı insanlar bunu xüsusi immunitet qidası ilə doldurmalıdırlar. Bu, müəlliflərə görə, COVID-19 kimi ağır infeksiyalardan sonra reabilitasiya dövründə xüsusilə vacibdir.

"Zəif pəhriz, protein-enerji çatışmazlığı, vitaminlər və minerallar kimi mikroelement çatışmazlıqları suboptimal immunitet funksiyasına kömək etdiyinə dair kifayət qədər dəlil var. Bəzi pəhriz komponentləri - meyvələr, vitaminlər, antioksidantlar, minerallar və probiotiklər müqaviməti artırmağa kömək edir, tənəffüs viruslarına və xəstəliklərinə qarşı müqavimətdə əhəmiyyətli bir rol oynayır", - deyə tədqiqat müəllifləri yazırlar.

Alimlər COVID-19-dan sağalanlar üçün pəhriz tövsiyələri hazırlayıblar. Bu tövsiyyələr C, D vitaminləri və sink ilə zəngin qidaların qəbulunu ehtiva edir.

C vitamini, tənəffüs sistemi epitelisinin baryer funksiyasını gücləndirir, bu da patogenlərin inkişafını məhdudlaşdırır və alt tənəffüs yollarına enmələrinə maneə törədir.

Tədqiqatçıların fikrincə, bu, sətəlcəmin qarşısını alır. D vitamini güclü bir immunitet tənzimləyicisidir. Bəzi immun hüceyrələrin - B və T limfositlərin, makrofaqların və monositlərin səthində D vitamini reseptorları var, buna görə də bütün tənəffüs xəstəliklərində qoruyucu rol oynayır.

Müəlliflər C vitamini ilə zəngin brokkoli, qara qarağat, zənginləşdirilmiş səhər yeməyi və portağal; sink baxımından zəngin konservləşdirilmiş xərçəng, konservləşdirilmiş lobya və qaynadılmış yumurta və gündə 50 mikroqrama qədər D vitamini əlavələri qəbul etməyi məsləhət görürlər.

Tədqiqatın nəticələri göstərir ki, belə bir pəhriz saxlamaq reabilitasiya müddətini qısaldır və COVID-19-dan sağalmanı sürətləndirir.

53
Teqlər:
immunitet, vitamin, xəstəlik, xəstə, qida, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Dünyanı cənginə almış bəla
Heroin, arxiv şəkli

Yemək qazanının qulplarından heroin çıxdı

0
(Yenilənib 15:56 28.11.2020)
Baxış zamanı yemək qazanının qulplarının daxilində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 1,580 qram heroin və ümumi çəkisi 1,797 qram olan psixotrop maddə - metamfetamin aşkarlanıb.

BAKI, 28 noyabr — Sputnik. Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a bildirilib ki, cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Ağayev Rəşad Hüseyn oğluna tanışı Qaxiyev Rauf İsmayıl oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilib.

Baxış zamanı yemək qazanının qulplarının daxilində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 1,580 qram heroin və ümumi çəkisi 1,797 qram olan psixotrop maddə - metamfetamin aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

0