Həkimlər, arxiv şəkli

Həkimlər barədə şok statistika

371
(Yenilənib 17:44 27.11.2016)
Hər 1000 həkimdən 5-i artıq dozada qəbul etdikləri narkotikdən ölürmüş

BAKI, 27 noy — Sputnik. Monaşa Universitetinin əməkdaşları həkimlərlə bağlı şok effekti verən bir məlumatın üstünü açıblar. Onların yaydığı məlumata görə, hər il ABŞ-da hər 1000 həkimdən 5-i artıq dozada narkotik qəbul etməkdən ölür. 

Elm adamları həmçinin təyin ediblər ki, həkimlər arasında narkotik asılılığından daha çox 40 yaşdan yuxarı qadınlar əziyyət çəkir. Onlarda özlərinə zərər vermək meylləri və depressiya çox güclüdür. 

Ən yüksək ölüm nisbəti baytarlar arasında qeydə alınıb. Onlar tez-tez ev heyvanlarının yuxuya verilməsində istifadə olunan barbituratların həddindən artıq qəbul edilməsindən ölürlər. 

Qeyd edək ki, 2003-2012-ci ilin 10 illik statistikasına əsasən ABŞ-da hər il narkotik vasitələrdən istifadə nəticəsində 404 tibb işçisi dünyasını dəyişib.

Universitet əməkdaşları bildiriblər ki, ümumilikdə dünya üzrə həkimlərin artıq dozada narkotik istifadəsindən ölüm halları nəzərəçarpacaq dərəcədə çoxdur. Bu statistikaya əsasən narkotikdən sonrakı yeri aşırı dərəcədə alkoqol qəbulu tutur.

371
Gənələr

zaman bitəcək? Çində yeni virus yeddi adamı öldürdü

3
Çinin Szyansu əyalətində bu ilin birinci yarısında 37 nəfər yoluxub, bu yaxınlarda isə Anhoyda daha 23 nəfərdə SFTS aşkarlanıb

BAKI, 8 avqust — Sputnik. Çində yeni növ, gənələr vasitəsilə keçən SFTS tipli virus yayılıb. Bu virusdan artıq minimum 7 nəfər ölüb, 60 nəfər yoluxan var.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Global Times yazır.

Bu virus hələ 2011-ci ildə aşkarlanıb. Mütəxəssislər bildirirlər ki, gənənin yoluxdurduğu insandan SFTS virusu digər insana qan və ya selikli qişa vasitəsilə keçə bilir. 

Nəşrin məlumatına görə, Çinin Szyansu əyalətində bu ilin birinci yarısında 37 nəfər yoluxub, bu yaxınlarda isə Anhoy əyalətində daha 23 nəfərdə SFTS aşkarlanıb.

Həkimlər xatirladıblar ki, təhlükə mənbəyi gənə olduğundan, bütün təhlükəsizlik qaydalarına riayət edilərsə, panikaya əsas yoxdur. 

3
Əlaqədar
Koronavirusu spreylə dayandıracaqlar
Çində daha bir həyəcan – Bubon taunu səbəbindən fövqəladə vəziyyət
Hansı daha təhlükəlidir - koronavirus, yoxsa hantavirus?
Ultrabənövşəyi şüa koronavirusu öldürür
Spirt və xlor ən effektiv vasitədir
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda COVID-19-a yoluxanların sayı xeyli azaldı

70
(Yenilənib 16:05 08.08.2020)
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6457, ötən müddət ərzində isə ümumilikdə 779 508 test aparılıb

BAKI, 8 avqust — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 105 yeni yoluxma faktı qeydə alınıb, 360 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

View this post on Instagram

A post shared by Sputnik Azərbaycan (@sputnik.az) on

İndiyədək ölkədə ümumilikdə 33 481 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 30 056 nəfər müalicə olunaraq sağalıb, 488 nəfər vəfat edib, aktiv xəstə sayı 2937 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6457, ötən müddət ərzində isə ümumilikdə 779 508 test aparılıb.

70
Teqlər:
Azərbaycan, Koronavirus, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Əlaqədar
Bizimkilər qərar verərkən bu rəqəmlərə mütləq baxırlar
Yoluxmanın artmasından ən çox həkimlər yorulublar
"Alovlanma başlasa, yenidən bağlanmalara məcbur olacağıq" - Şahmar Mövsümov
Koronavirusa yoluxan məhbusların hamısı sağalıb - Ədliyyə Nazirliyi
O gün yetişir! Rusiyada ilk koronavirus peyvəndi qeydiyyatdan keçəcək
Avtobus

Üç yüz manat xeyir götürəcəkdi, 15 günlük həbsə düşdü - FOTO

0
(Yenilənib 16:10 08.08.2020)
İcazəsi olmayan 30 sərnişinin hər birindən 10 manat almaqla onları Bakı şəhərinə aparacağına söz verən kişinin heç sürücülük hüququ olmadığı ortaya çıxıb

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 8 avqust — Sputnik. Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə karantin qaydalarını pozaraq, Bakıya sərnişin daşımağa cəhd edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərabaycan-a verilən məlumata görə, qanunsuz fəaliyyətlə məşğul olan Mingəçevir şəhər sakini Vasif Osmanov idarə etdiyi “Mercedes” markalı avtobusla sərnişinləri Bakıya aparmaq istəyən zaman şəhər ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb. Yoxlanış zamanı V.Osmanovun sürücülük hüququ olmadan sükan arxasına əyləşdiyi də məlum olub. O, icazəsi olmayan 30 sərnişinin hər birindən 10 manat almaqla onları Bakı şəhərinə aparacağına dair söz verdiyini bildirib.

© AR Ministry of Internal Affairs
Saxlanılan şəxs

Sürücü Vasif Osmanov barəsində Mingəçevir Şəhər Polis Şöbəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib və  o, məhkəmənin qərarı ilə 15 gün müddətinə inzibati həbs edilib. Sərnişinlər barəsində isə protokol tərtib edilərək, cərimə olunublar.

0
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Əlaqədar
Balakəndə istirahət edənləri polis sıraya düzdü
Əvvəl açıq havadakı restoranlar, sonra rayonlara gediş-gəliş açılacaq
Hökumət karantin rejiminin daha da yumşaldılması barədə qərar qəbul edib
Hamam kömək etmədi: uşaq bağçasına görə valideynlər də cəzalandılar
DYP Bakını tərk etmək istəyən sürücülərə xəbərdarlıq edib