Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Bakı apteklərində xərçəngə qarşı dərmanlar yoxa çıxıb

© Sputnik / Fuad HasanovBakıda aptek
Bakıda aptek - Sputnik Azərbaycan
Abunə olmaq
Xərçəng xəstələrinə pulsuz veriləcək dərmanlar niyə ölkəyə qanunsuz yollarla gətirilir?

BAKI, 25 noy — Sputnik. Azərbaycanda apteklərin piştaxtalarından xərçəngə qarşı mübarizədə istifadə olunan dərmanlar yoxa çıxıb. Sputnik-in məlumatına görə, qaçaqmalçılar bu yolla pul qazanmaq istəyirlər.

Xərçəng - Sputnik Azərbaycan
SƏHİYYƏ
Xərçəngə qarşı mübarizə kökündən səhv gedirmiş

Qeyd edək ki, hələ oktyabr ayında Dövlət Gömrük Komitəsinin (DGK) verdiyi məlumata görə, gömrükçülər Gürcüstandan Azərbaycana dərman preparatlarının idxalının qarşısını alıblar. Tovuz rayon Gömrük İdarəsinin "Sınıq körpü" nəzarət-buraxılış məntəqəsində, içərisində 20 flakon "Calcium folinate", 9 flakon "Cytosar", 6 flakon "Docetaxel AqVid", 20 flakon "Gemcitabin", 98 flakon "Ciklofosfan", 9 flakon "Docetaxel Accord", 30 flakon "Oxaliplatin", 30 flakon "Oncosid" və 6 bağlama "Oncofluor" olan avtomobil saxlanılıb.

Bildirək ki, hələ ötən il Azərbaycanın Tarif (Qiymət) Şurası bir sıra preparatların topdan və pərakəndə satış qiymətlərini tənzimləyib. Tarif Şurasının saytında verilən məlumata görə, bu həyati əhəmiyyətli dərmanların qiymətləri kifayət qədər yüksəkdir.

Misal üçün, şiş əleyhinə olan "Oxaliplatin" preparatı, onun istehsal olunduğu ölkədən asılı olaraq apteklərdə 74 manatdan 2 min 834 manata qədər dəyişir. Ağ ciyər xərçəngində (III-IV dərəcədə) və mədəaltı vəzin karsinomasında istifadə olunan "Gemcitabin"in qiyməti 28 manatdan 1688 manata qədər, süd vəzi xərçəngində istifadə olunan "Docetaxel" 90 manatdan 752 manata qədər, megaloblastik anemiyaya qarşı istifadə olunan "Calcium folinate" 7 manatdan 106 manatadəkdir.

Yeri gəlmişkən, qaçaqmalçılar tərəfindən uğursuzcasına gətirilən dərmanların qiymətlərinə TŞ-nin saytındakı qiymət cədvəlində rast gəlmədik. Bununla yanaşı, maraqlıdır ki, bu dərmanları şəhərin apteklərindən tapmaq mümkündürmü?

Bunun üçün, sadəcə Bakı aptek xidmətinin "153" vahid nömrəsinə müraciət etmək kifayətdir. Operator bu siyahıda olan dərmanların heç yerdə olmadığını birmənalı şəkildə bildirir. Lakin "Elit" aptekinə müraciət etsəniz, onlar bu dərmanları tapmaqda sizə kömək edə bilərlər.

Məlum olub ki, bu dərmanları praktiki olaraq apteklərdən tapmaq mümkün deyil. Amma onları sifariş etmək olar. Öz növbəsində məsələni Səhiyyə Nazirliyinin dərmanlara nəzarət edən Analitik Ekspertiza Mərkəzi ilə də aydınlaşdırmalı olduq. Ekspertlərə apteklərdə axtarılan dərmanların qeydiyyatdan keçib-keçmədiyini müəyyənləşdirmək üçün bir neçə gün vaxt lazım gəldi.

Xərçəng xəstələri üçün nəzərdə tutulmuş müxtəlif növ həblər, arxiv şəkli - Sputnik Azərbaycan
SƏHİYYƏ
Xərçəng dərmanları barədə dəhşətli həqiqətin üstü açıldı

Yekunda ictimaiyyətlə iş üzrə mütəxəssis Esmira Əkbərova sorğumuza cavab göndərdi. Və orada həqiqətən də təsdiq edilir ki, Avstriya istehsalı olan "Calsiumfolinate-Ebewe" (DV №12-0763), Niderland istehsalı olan "Docetaxel Teva" (DV №12-0547), "Gemcitabin Teva" (DV №14-01581), Avstriya istehsalı olan "Oxaliplatin Ebewe" (DV №12-0550) dövlət qeydiyyatından keçib. Lakin məlum olmayan səbəblərdən sadəcə "Docetaxel Teva"nın (N: GE8512) bir partiyası Azərbaycana göndərilib.

O, həmçinin qeyd edib ki, Azərbaycanda Nazirlər Kabinetinin "Onkoloji xəstələrin dərman vasitələri ilə təminatı Qaydası"na əsasən onkoloji xəstəliklərdən əziyyət çəkən şəxslər üçün dərman siyahısı tərtib olunub.

Həqiqətən də çoxdandır, apteklərdə olmayan dərmanların adları xəstələrə tamamilə pulsuz verilən dərmanların cədvəlində qeyd olunub. Lakin bir sual cavabsız qalır: əgər belədirsə, onda niyə xəstələrə pulsuz verilməli olan həmin dərmanlar xaricdən ölkəmizə qanunsuz yollarla gətirilir? Məlum olduğu kimi, tələbat olan yerdə təklif də olmalıdır.

Xəbər lenti
0