Xərçəng

Xərçəngə qarşı mübarizə kökündən səhv gedirmiş

5610
Çin alimlərinin araşdırmalarının nəticəsində inanılmaz fakt ortaya çıxıb

BAKI, 24 noy — Sputnik. Çin alimləri genişmiqyaslı tədqiqat nəticəsində, xərçəngin müasir müalicə üsullarının düzgün olmadığı qənaətinə gəliblər. Belə ki, hazırda xərçəng xəstəsinə elə kimyəvi terapiya dozası təyin edirlər ki, həmin doza ölümcül sayıla bilər.

Sputnik xarici mediaya istinadən xəbər verir ki, Çin alimlərinin fikrincə, onkologiyanın müalicəsi üçün az dozada kimyaterapiyadan istifadə etmək lazımdır, eyni zamanda xərçəng hüceyrələri ilə "nöqtəvi" mübarizə aparmaq lazımdır. Yəni kimyəvi dərmanlar xərçəngin olduğu bölgəyə lokal şəkildə tətbiq edilməlidir.

Mütəxəssislər, xərçəng hüceyrələri yeritdikləri siçanlar üzərində eksperiment həyata keçiriblər. Məlum olub ki, şişin götürülməsindən sonra qalan xərçəng qalıqlarını az dozada kimyaterapiya daha yaxşı məhv edir, nəinki bütün orqanizmə vurulan "kütləvi zərbə".

Siçanlar üzərində aparılan eksperiment göstərib ki, az dozada xərçəng yatağına tətbiq olunan kimyəvi terapiya onların ömrünü uzadır. Qeyd etmək lazımdır ki, son zamanlar həkimlər tez-tez kimyaterapiyanın fəal şəkildə tətbiqinin əks effekt verdiyini bildirirlər.

5610
Teqlər:
eksperiment, kimyəvi terapiya, xəstə, müalicə, xərçəng, tədqiqat, alim, Çin
Əlaqədar
Xərçəng dərmanları barədə dəhşətli həqiqətin üstü açıldı
Xərçənglə mübarizədə inqilabi kəşf
Bu içki 42 günə xərçəng xəstəliyini məhv edir
Bu itlər xərçəng xəstəliyini ilkin mərhələdə təyin edə bilirlər
Bu meyvəni yeyən insanlar heç vaxt xərçəngə tutulmurlar
Xərçəng şişini məhv edən nanorobot yaradılıb
COVİD-19 xəstənin transpartirovkası, arxiv şəkli

Ermənistanda bir gündə 22 nəfər koronavirusdan öldü

6
Ermənistanda son gündə daha 22 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 2090-a çatıb. Xəstəlikdən sağalanların sayı 105149 nəfər olub.

BAKI, 27 noyabr — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 132346-ya çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 1476 nəfər artıb.

Ermənistanda son gündə daha 22 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 2090-a çatıb. Xəstəlikdən sağalanların sayı 105149 nəfər olub. Hazırda bu ölkədə 24580 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 61 milyonu keçib, 1,43 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

6
Xaçmaz rayonun girişi, arxiv şəkli

Xaçmazda COVID-19 xəstəsi saxlanılıb

8
(Yenilənib 10:22 27.11.2020)
COVID-19 infeksiyasının daşıyıcısı olan şəxslə profilaktik söhbətlər aparılıb və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib.

BAKI, 27 noyabr — Sputnik. Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVID-19 infeksiyasına yoluxmuş rayon sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Sputnik Azərbaycan-a bildirilib ki, Xaçmaz rayon sakini Eldosi Quliyev COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin olunub.

Lakin polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin yaşayış yerini tərk etdiyi müəyyən edilib və o, rayon ərazisində aşkar edilərək yaşadığı ünvana qaytarılıb.

COVID-19 infeksiyasının daşıyıcısı olan şəxslə profilaktik söhbətlər aparılıb və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib.

Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.

8
Teqlər:
xəstə, xəbərdarlıq, Koronavirus, COVID-19, Xaçmaz
Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli

Putinin suallara cavab verəcəyi konkret tarix bilindi

0
(Yenilənib 13:28 27.11.2020)
Ağır epidemioloji vəziyyətlə bağlı tədbir videokonfrans formatında keçiriləcək. Putin Novo-Oqarevodakı iqamətgahından sualları cavablandıracaq.

BAKI, 27 noyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin ilin yekunları ilə bağlı dekabrın 17-si mətbuat konfransı keçirəcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Noyabrın 29-u saat 12:00-da Rusiya Federasiyasının mətbuat xidməti və informasiya idarəsi jurnalistlərin akkreditasiyasına başlayacaq", - deyə məlumatda qeyd olunur.

Ağır epidemioloji vəziyyətlə bağlı tədbir videokonfrans formatında keçiriləcək. Putin Novo-Oqarevodakı iqamətgahından sualları cavablandıracaq.

0