Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Bu meyvə ürəyin dərmanıdır

© Photo : pikabu.ruBerqamot
Berqamot - Sputnik Azərbaycan
Abunə olmaq
Damarları genişləndirir, qan dövranını yaxşılaşdırır, qanda "pis" xolesterolun səviyyəsini aşağı salır

BAKI, 15 noy — Sputnik. Bu meyvənin adı berqamotdur. Berqamot sitrus meyvələrinə aiddir. Lakin digər sitrus meyvələri ilə müqayisədə berqamotu acı dada görə çiy halqa yemirlər. Sputnik bu barədə saglamolun.az-a istinadən xəbər verir.

Giləmeyvə- moruq, çiyələk, böyürtkən - Sputnik Azərbaycan
SƏHİYYƏ
Qorxunc virus daşıyan meyvələrlə bağlı xəbərdarlıq

Bu qeyri-adi meyvə dünyada kulinariya, parfümeriya və kosmetologiyada çox geniş istifadə olunur. Berqamot yağı çaya əlavə olunur. Belə çay sağlamlıq üçün çox faydalıdır.

Berqamot və berqamot çayı ürək üçün olduqca faydalıdır — damarları genişləndirir, qan dövranını yaxşılaşdırır, qanda "pis" xolesterolun səviyyəsini aşağı salır. Həkimlər bu çayı ürək xəstəlikləri olan insanlara müalicəvi vasitə kimi tövsiyə edirlər.

Bundan əlavə berqamot çox güclü mikrob və virus əleyhinə təsirə malikdir, orqanizmdə iltihabı azaldır, immun sistemini möhkəmləndirir. Soyuqdəymə və qripp zamanı berqamot çayı çox yaxşı kömək edir — qızdırmanı salır, xəstənin vəziyyətini yüngülləşdirir.

Berqamot sinir sisteminə də çox müsbət təsir edir — stresi azaldır, əhval-ruhiyyəni yaxşılaşdırır, baş ağrıları azaldır. Berqamot şəkərin səviyyəsini tənzimləyir və bu səbəbdən şəkərli diabetdən əziyyət çəkənlər üçün çox faydalıdır. Berqamot kişilərdə potensiyanı yaxşılaşdırır.

Xəbər lenti
0