Sınıqçı, arxiv şəkli

Həkimlər sınıqçıların hansı sirrini çözə bilmirlər?

1068
(Yenilənib 12:37 15.11.2016)
Onların insanların marağını hansı cəhətləri ilə özlərinə cəlb etmələrinin pərdəarxası

BAKI, 15 noy — Sputnik. Tibb elminin inkişafı, hələ də xalq təbabətini aradan çıxara bilməyib. Azərbaycanda populyar olan xalq təbabəti növlərindən biri də sınıqçılıqdır. Sputnik-in əməkdaşı sınıqçıların nə dərəcədə peşəkar olması və insanların marağını hansı cəhətləri ilə özünə cəlb etməsini araşdırmağa çalışıb.

Həkim Tofiq İsmayılovun sözlərinə görə, sınıqçılar peşəkarlıqda heç də həkimlərdən geri qalmırlar: "Mənim özümü də uşaq vaxtı çox sınıqçıya aparıblar. Baxır sınıqçının peşəkarlığına. Yaxşı sınıqçılar hal-hazırda da var. Amma, müasir avadanlıq və tibb inkişaf edibsə, o zaman həkimlərə müraciət etmək lazımdır. Yalnız çıxılmaz vəziyyət olarsa, o zaman peşəkar sınıqçıya getmək olar".

"Müasir dövrdə oturaq həyat tərzi keçirən insanlar arasında skalioz xəstəliyi artıb. Bu xəstəliklə də sınıqçılara müraciət edənlər az deyil. Sadəcə zamanında müraciət etmək lazımdır, əks halda nəinki sınıqçı, heç həkimlər də kömək edə bilmirlər", — T. İsmayılov bildirib.

Tibbi ekspert və həkim Adil Qeybulla isə insanları birmənalı həkimlərə getməyə səsləyib: "Cərrahlıq meydana gələnə kimi sınıqçı adlandırdığımız el həkimləri populyar idilər. Sınıqçı da hərəkətin pozulması, sümüyün tamlığının pozulması, şişkinlik və ya hərəkət zamanı sümükdən hər hansı səsin gəlməsini düzəldir. Sınıqçılar öncə zədəni müəyyən edirlər, sonra yumşaldıcı vasitələrdən istifadə edirlər. Çünki, sınıq zamanı sümüklər yerini dəyişə bilir və bu da əzələlərin yığılmasına səbəb olur".

"Daha sonra sümükləri yerinə oturtduqdan sonra yumurtadan, xəmirdən və başqa bərkidici məhsullardan istifadə edərək həmin nahiyədə hərəkətsizlik yaradırlar ki, hərəkətsizlik nəticəsində sınıq yeri rahat sağala bilsin", — ekspert qeyd edib.

Onun sözlərinə görə, sınıqçılar bunları yaxşı bildikləri üçün, sümükləri düzgün müalicə edə biliblər və insanların etibarını qazanıblar: "Amma, müasir dövrdə buna ehtiyac yoxdur. Müasir təbabət getdikcə yenilənir və daha dəqiq diaqnozlar qoymaqla daha yaxşı nəticələr əldə etmiş olurlar".

Psixoloq Tariyel Faziloğlu isə insanların sınıqçıya üz tutmalarının iki psixoloji səbəbinin olduğunu diqqətə çatdırıb: "Bunun psixoloji tərəflərindən biri odur ki, Azərbaycanda əhalinin əksəriyyəti səhiyyə sisteminə inanmır və daha çox sınanmış vasitələrdən istifadə edir. Bu da türkəçarədir. İkinci səbəb isə onunla bağlıdır ki, səhiyyə sisteminin təklif etdiyi qiymətlərlə əhalinin maddi durumu üst-üstə düşmür".

"Tibbi sığorta da yoxdur. Bütün bunlar əhalini həkimdən uzaqlaşdırır. Buna görə də insan həkimin əlinə düşməkdənsə, sınanmış sınıqçıya daha çox üstünlük verir. Ucuz və keyfiyyətli olduğunu düşünürlər", — psixoloq vurğulayıb.

1068
Teqlər:
təbabət, sınıqçı, sınıq, Tofiq İsmayılov, tibb, Tariyel Faziloğlu, Adil Qeybulla, həkim, elm
Mövzu:
Xalq təbabətinə marağın artması (5)
Əlaqədar
Tibb elmini alt-üst edən kəşf
Tibb mərkəzinin avtoparkında atışma baş verib
Bizə adi görünən bu xəstəlik tibb elmi üçün sirr olaraq qalır
Bu tibbi cihazlarla - ölümlə oynamayın!
Narkomanlara məcburi tibbi tədbirlər tətbiq ediləcək
Koronavirus

Koronavirusu neytrallaşdıran 28 anticisim aşkar edilib

25
(Yenilənib 18:29 11.07.2020)
Tədqiqatçılar tərəfindən aşkar edilmiş anticisimlər patogenin proteininə birləşir və virusun sağlam hüceyrələrə daxil olmasına mane olur.

BAKI, 11 iyul — Sputnik. Köln Universitet Klinikasından və Almaniyanın İnfeksiya Tədqiqatları Mərkəzindən olan bir qrup alim koronavirusu neytrallaşdırmaq ehtimalı yüksək olan 28 anticismi aşkar ediblər.

Bu barədə Sputnik Azərbaycan Almaniyanın İnfeksiya Tədqiqatları Mərkəzinə istinadən xəbər verir.

"Biz orqanizmin infeksiyaya qarşı immun cavabını daha ətraflı öyrənməyi və bununla yanaşı COVID-19-un müalicəsində istifadə oluna biləcək anticisimləri tapmağı planlaşdırırdıq", - layihənin rəhbəri Florian Klayn bildirib.

Mütəxəssisin sözlərinə görə, tədqiqatçılar tərəfindən aşkar edilmiş anticisimlər patogenin proteininə birləşir və virusun sağlam hüceyrələrə daxil olmasına mane olur.

Alimlər anticisimlərin xüsusiyyətlərini "Boehringer Ingelheim" əczaçılıq şirkəti ilə birlikdə öyrənməyə davam edirlər. Klinik tədqiqatların bu il başlaya biləcəyi ehtimal olunur. Mütəxəssislər inanırlar ki, virusu neytrallaşdıran anticisimlər bir neçə həftə fəal olur və bu dövrdə insanı xəstəlikdən qoruya bilər.

25
Mövzu:
Dünyanı cənginə almış bəla
Ciyerlərin rentqeni, arxiv şəkli

Ciyərlərimizdəki "buzlu şüşə": Koronavirusa yoluxmadığımızı necə öyrənə bilərik?

847
(Yenilənib 14:29 11.07.2020)
"Koronavirusa yoluxmuş şəxslərdə “buzlu şüşə” əsasən plevral boşluğa, ağciyərin aşağı hissəsində qeydə alınır. Həkim bu kliniki gedişlərdən bilir ki, “buzlu şüşə” xəstədə koronavirusun fəsadıdır, yoxsa yox!"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 11 iyul — Sputnik. Son günlər koronavirusa yoluxma şübhəsi ilə kompüter tomoqrafiyasına (KT) üz tutanların sayı kəsin artıb. Məlumatlara görə, test zamanı koronavirusa yoluxduğu aşkarlanmayanların KT zamanı bu virusa yoluxduğu müəyyən edilir. Əsas əlamət isə ağciyərdə “buzlu şüşə” effektinin yaranmasıdır.

Amma bu günlərdə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının radioloqu, ATU-nun Şüa Diaqnostikası kafedrasının müdiri, dosent Məlahət Sultanovanın "buzlu şüşə”nin mahiyyətini açıqlaması müəyyən suallara yol açıb. Radioloq deyib ki, indi onlara ən çox verilən sual “buzlu şüşə” görüntüsünün indiyədək mövcud olub-olmaması ilə bağlıdır. Həkim qeyd edir ki, bu, yalnız COVID-19 xəstələri üçün səciyyəvi deyil, digər xəstəliklərdə də görülə bilər. Lakin bu görüntü pandemiya dönəmində uyğun kliniki-laborator əlamətlərlə izlənilərsə, onda diaqnoz COVID xəstəliyi kimi dəyərləndirilir.

Respublikanın baş ftiziatrı Elcan Məmmədbəyov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, “buzlu şüşə” effekti əsasən koronavirusun fəsadıdır: "Belə halda ağciyərdə qan dövranında durğunluq əmələ gəlir. Bu da infeksiyanın öz təsirini göstərməsi ilə bağlıdır. Çünki koronavirus nəticəsində qanda durğunluq yaranır".

E.Məmmədbəyovun sözlərinə görə, ağciyərdə “buzlu şüşə” düzgün müalicə apardıqda tez aradan qalxır: "Əsas odur ki, vaxtında müraciət edib, vaxtında aşkarlamaq lazımdır. Əgər çox gec müraciət edilsə ağciyər üçün böyük fəsad verə bilər".

Baş fitiziatr bildirir ki, KT-ni kor-koranə etdirmək olmaz: "Xəstə KT-ni həkim göndərişi əsasında etdirməlidir. İlk növbədə həkim ağciyərlərə qulaq asmalı, xəstəni müayinə etməlidir. Xəstədən məlumat toplayıb qərar çıxartmalıdır ki, KT lazımdır, yoxsa yox. Bundan sonra ehtiyac olarsa xəstəyə KT etdirmək tövsiyə olunur".

E. Məmmədbəyov bildirir ki, rentgen ağciyərdə “buzlu şüşə” effekti ilə bağlı düzgün cavab verməyə bilər.

Elmi-Tədqiqat Ağciyər İnstitutunun İkinci Pulmonologiya şöbəsinin müdiri Sevda Mustafayeva isə əks fikir söyləyir. S. Mustafayeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, “buzlu şüşə” digər pnevmoniyalarda da qeydə alına bilər. Amma S. Mustafayeva ağciyərdə “buzlu şüşə” effektinin koronaviruslu xəstələrdə fərqləndiyini söyləyir. Onun sözlərinə görə, koronavirusa yoluxmuş şəxslərdə “buzlu şüşə” əsasən plevral boşluğa, ağciyərin aşağı hissəsində qeydə alınır: "Həkim bu kliniki gedişlərdən bilir ki, “buzlu şüşə” xəstədə koronavirusun fəsadıdır, yoxsa yox. Bu həkimin KT müayinəsi ilə aşkarlanır. Həmin kompüter tomoqrafiyaya baxan həkim bunu asanlıqla müəyyən edir".

847
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Londonda küçələrin birində, arxiv şəkli

Min illərin sirli qətlinin üstü açıldı

0
(Yenilənib 00:04 12.07.2020)
Vendover yaxınlığındakı Uelvik fermasında aparılan qazıntılar zaman kişi skeleti tapılıb. O üzü üstə yerə basdırılıb və əlləri kürəyinin arxasına bağlanıb.

BAKI, 12 iyul — Sputnik. Böyük Britniyada sürətli bir yol çəkmək üçün layihə üzərində çalışan arxeoloqlar, dəmir dövrünə aid insan skeleti tapıblar.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, insan qalıqlarının üzü üstə olması və əllərinin arxadan bağlı olması onun qətlə yetirildiyini sübut edir. Bu barədə layihənin rəsmi saytında məlumat verilib.

Vendover yaxınlığındakı Uelvik fermasında aparılan qazıntılar zaman kişi skeleti tapılıb. O üzü üstə yerə basdırılıb və əlləri kürəyinin arxasına bağlanıb. Bu cür qeyri-adi dəfn üsulu insanın qətl və ya edam qurbanı olduğunu göstərir.

Doktor Reyçel Vuud tapıntını sirli adlandırıb. O, mütəxəssislərin bu ölümün səbəbləri barədə məlumat verə biləcəyinə ümid etdiyini bildirib.

Bununla yanaşı, arxeoloqlar bu ərazidə neolit ​​dövründən orta əsrlərə qədər dörd min il davam edən qədim insanların fəaliyyətlərinin izlərini aşkar ediblər. Belə ki, burada Stounhencə bənzəyən taxtadan hazırlanmış diametri 65 metr olan dəyirmi abidə tapılıb.

Digər maraqlı bir tapıntı, bir qurğuşun tabutdakı skelet olub. Alimlərin fikrincə, bu şəxs yüksək statusa sahib olub. Çünki belə bir bahalı dəfn üsulunu ödəmək üçün imkanları olmalıdır.

0