Kök adam

Asiyada məhz belə arıqlayırlar, həm əziyyət çəkmədən

442
Bu çubuqların köməyi ilə xariqələr yaratmaq olar

BAKI, 14 noy-Sputnik. Bir çox Asiya ölkələrində yemək zamanı xüsusi çubuqlardan istifadə olunur. Adətən onlara "çin çubuqları" deyilir. Çubuqların köməyi ilə duru yeməklərdən əlavə bütün digər yeməklər (düyü, balıq, tərəvəzlər, ət və s.) yeyilir.

Sputnik Saglamolun.az-a istinadən bildirir ki, bu ölkələrin özünəməxsus və çox sağlam qidalanma prinsipləri var. Bu prinsiplərdən ən əsası — qidanı tez bişimək və asta-asta yemək lazımdır.

Asta-asta yemək yeyəndə insan daha az qida ilə doyur, ona lazım olandan artıq yemir və bu da çəkini normada saxlamağa kömək edir. Məhz buna görə Amerika və Avropa ölkələri ilə müqayisədə bu ölkələrdə artıq çəki və piylənmədən əziyyət çəkən insanlar daha azdır. 

Tanınmış Amerika yazıçısı və məşhur Manxetten pəhrizinin müəllifi Eylin Daspin çox maraqlı arıqlama üsulu təklif edib — çəngəl, qaşıq və bıçaqlardan imtina edib onların əvəzinə Çin çubuqlarından istifadə etmək. Bu üsul həqiqətən arıqlamağa kömək edə bilər. Bunun bir neçə səbəbi var — çubuqlarla iri tikələri götürmək və yeməyi tez-tez yemək mümkün deyil. Nəticədə insan daha asta yeyir və daha az qida qəbul etdikdən sonra toxluq hiss edir.

Çubuqların köməyi ilə tək suşi, roll və digər bu kimi qidaları deyil, istənilən qidaları (suplardan başqa) yemək olar.

442
Əlaqədar
Zobun, arıqlamağın, cavanlaşmanın, bir sözlə, min bir dərdin dərmanı
Artıq çəki beyinə necə zərər verirmiş...
Piylənmə bəlasının çarəsi tapıldı
Kökəlmək istəyənlər oxusunlar
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda son sutkada 3469 nəfər COVID-19-a yoluxub

9
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 057, ötən müddət ərzində isə ümumilikdə 1 646 654 test aparılıb. 

BAKI, 25 noyabr - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3469 yeni yoluxma faktı qeydə alınıb, 1229 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 30 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 102 396 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 66 963 nəfər müalicə olunaraq sağalıb, 1 224 nəfər vəfat edib, aktiv xəstə sayı 34 209 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 057, ötən müddət ərzində isə ümumilikdə 1 646 654 test aparılıb. 

9
Teqlər:
Azərbaycan, test, Koronavirus, COVID-19, yoluxma
COVID-19 virusundan ölən şəxsin meyiti morqa yerləşdirilir, arxiv şəkli

Ermənistanda bir gündə 38 nəfər koronavirusdan öldü

6
(Yenilənib 17:55 25.11.2020)
Ermənistanda son gündə daha 38 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 2040-a çatıb. Xəstəlikdən sağalanların sayı 100913 nəfər olub.

BAKI, 25 noyabr — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 129085-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 1563 nəfər artıb.

Ermənistanda son gündə daha 38 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 2040-a çatıb. Xəstəlikdən sağalanların sayı 100913 nəfər olub. Hazırda bu ölkədə 25619 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 59,8 milyonu keçib, 1,41 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

6
Teqlər:
yoluxma, Koronavirus, COVID-19, Ermənistan

Qarabağdakı hava limanları ICAO reyestrinə daxil ediləcək

0
Hava limanlarının kodları ICAO-nun 7910/178 nömrəli Sənədinin 2020-ci ilin dekabr ayında dərc olunacaq yenilənmiş nəşrinə əlavə ediləcək.

 

BAKI, 25 noyabr — Sputnik. Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Azərbaycanın daha 6 hava limanının beynəlxalq məkan indeksləri kataloquna daxil edilməsini təsdiq edib.

Sputnik Azərbaycan bu barədə "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) istinadən xəbər verir.

“Əlamətdar haldır ki, beynəlxalq təşkilatın yenilənmiş reyestrinə Zabrat, Yevlax və Naftalandakı hava limanları ilə yanaşı, həm də Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında azad edilmiş ərazilərdə - Ağdam, Füzuli və Xankəndində yerləşən hava limanları da daxil olacaq. Bu, beynəlxalq aviasiya qurumlarının ölkəmizin ərazi bütövlüyünü tanımasının növbəti təzahürüdür”, – deyə AZAL-ın prezidenti Cahangir Əsgərov bildirib.

Qeyd edilən hava limanlarının kodları ICAO-nun 7910/178 nömrəli Sənədinin 2020-ci ilin dekabr ayında dərc olunacaq yenilənmiş nəşrinə əlavə ediləcək.

Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində aeronaviqasiya xidmətinə görə məsuliyyət Çikaqo konvensiyasının (ICAO-nin 7300 nömrəli sənədi) prinsiplərinə uyğun olaraq, AZANS Hava Hərəkəti İdarəsinə həvalə edilib. Bu məsuliyyət hədləri ICAO Şurası tərəfindən təsdiq edilib və Azərbaycanın suveren ərazilərinə müvafiqdir.

Qeyd etmək lazımdır ki, ICAO Azərbaycanın öz ərazisi üzərindəki hava məkanında mütləq suverenliyini dəfələrlə təsdiq və qeyd edib.

Məkanın işarələri 7910/178 nömrəli Sənədin müddəalarına müvafiq olması məqsədilə ICAO tərəfindən yoxlanılır. Rüblük sənədə dəyişikliklər yalnız müvafiq qaydada nəzərdən keçirildikdən sonra daxil edilir.

Qeyd etməliyik ki, işğal edilmiş ərazilər üzərində hava məkanı təxminən 30 il müddətində beynəlxalq uçuşlar üçün bağlı olub. Həmin ərazidəki mülki aviasiya infrastukturu ciddi şəkildə zərər çəkmiş və tam dağılmış vəziyyətə gətirilib.

Beynəlxalq uçuşların həyata keçirilməsi məqsədilə, uzun illər Ermənistan işğalı altında qalan ərazilər üzərində aeronaviqasiya təminatının bərpa edilməsi üzrə işlər yerinə yetiriləcəkdir. Bütün bunlar mülki aviasiyanın təkcə regional səviyyədə deyil, həm də qlobal miqyasda inkişaf etməsinə kömək edəcək.

0
Teqlər:
Xocalı hava limanı, hava limanı, AZAL