BAKI, 14 noy — Sputnik. Alimlər, nəhayət onkoloji xəstəliklərin inkişafına təsir edən peşələri müəyyənləşdiriblər. Sputnik xarici mediaya istinadla xəbər verir ki, ölüm gətirən bu xəstəliyə, daha çox fiziki cəhətdən ağır iş görən insanlar arasında rast gəlinir.
ABŞ, Rusiya və bir neçə Avropa ölkəsindən olan mütəxəssisləri birləşdirən tədqiqat qrupunun apardığı araşdırmalar ağlasığmaz nəticəni ortaya çıxarıb. Onlar yaşı 45-dən yuxarı ona 5,5 min xərçəng daşıyıcısı olan könüllü üzərində tədqiqat həyata keçiriblər. Tədqiqat obyektlərinin peşələri, vərdişləri, qidaları, onlardakı xolesterinin miqdarı və qandakı şəkərin miqdarı barədə məlumatlar tədqiqatçılara təqdim edilib.
Məlum olub ki, yükdaşıyanlar (hamballar) bədxassəli şişlərin inkişafına ən həssas təbəqədir. Mütəxəssislərin sözlərinə görə, bu, onunla bağlıdır ki, onların daxili orqanları daim ağır yükün daşınması səbəbindən gərginlik keçirir.
Xərçəngin inkişafına səbəb olan peşələrin reytinqində yükdaşıyanları tikintidə işləyənlər, sürücülər, fermerlər və satıcılar izləyir. Bu reytinqə, həmçinin fiziki işlərlə məşğul olan digər peşə sahibləri də daxildir.
Alimlər qeyd ediblər ki, sözügedən peşələr insanları uzun müddət günün altında qalmağa, ağır fiziki iş görməyə vadar edir. Bununla belə, onların işləri ağır olsa da, çox hərəkət tələb etmir. Alimlər ilkin versiya olaraq bunu ağır fiziki iş nəticəsində zəif toxumaların zədələnməsi ilə əlaqələndiriblər.
BAKI, 9 mart — Sputnik. Son bir sutka ərzində Rusiyada 9 445 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 336 nəfər ölüb.
Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 4 342 474-ə çatıb. Rusiyada pandemiya yayılandan 89 809 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 3 932 177- ə çatıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 117,1 milyonu keçib, 2,60 milyondan çox adam isə virus səbəbi ilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
BAKI, 9 mart — Sputnik. Martın 8-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına qarşı 3 483 nəfər vaksinasiya olunub. Bu barədə Sputnik Azərbaycan-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Qeyd olunub ki, hazırkı dövrədək ölkədə koronavirus infeksiyasına qarşı 411 496 nəfər peyvəndlənmə prosesində iştirak edib: "Vaksinasiya bütün rayonlarda uğurla davam etdirilir".