Ağrı

Ağrılardan xilas olmaq bu qədər asanmış

553
Bu metodu tətbiq edin, beş dəqiqəyə baş ağrınız aradan qalxsın

BAKI, 30 okt — Sputnik. Baş ağrısından əziyyət çəkən insanlar, bu metoddan istifadə etsələr, heç bir ağrıları qalmayacaq. Sputnik milliyet-ə istinadən həmin iki sadə resepti təqdim edir.

Bir stəkar təzə sıxılmış limon suyuna 2 çay qaşığına duz qatın və qarışdırın. Daha sonra onu böyük qaba boşaldıb, üzərinə bir stəkan su tökün. Yaxşı-yaxşı qarışdırın və bir dəfəyə için.

Bu qarışıq məhlulun dadı xoşagələn olmasa da, içdikdən 3-5 dəqiqə sonra baş ağrınız tamamilə kəsiləcək. Və özünüzü tam gümrah hiss edəcəksiniz.

Baş ağrısını kəsəcək daha bir sadə resept də var. Belə ki, bir böyük dilim limonu ovcunuzda möhkəmcə əzişdirib, əlinizi üzünüzə və alnınıza sürtün. Həmin hissələri ovuşdurun. Fərqi qısa zamanda hiss edəcəksiniz.

553
Teqlər:
baş ağrısı, limon, ağrı, resept, dərman
Əlaqədar
Azərbaycanda sancıya, baş ağrısına və stressə qarşı effektiv vasitə hazırlanır
Baş ağrısından əziyyət çəkənlər, diqqət!
Diş ağrısı zamanı ilk yardım
Beliniz ağrıyanda masaja qaçmayın!
Siz bu vasitələrin köməyilə baş ağrılarından xilas ola bilərsiz
Koronavirusa qarşı peyvənd, arxiv şəkli

COVID əleyhinə vaksinin üçüncü dozası: o kimlərə vurula bilər?

31
(Yenilənib 19:14 16.05.2021)
Ekspert deyir ki, insana hansı vaksin vurulubsa, üçüncü doza vaksini də həmin peyvənddən vurulmalıdır.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 16 may — Sputnik. "Moderna" şirkəti koronavirusun Braziliya və Cənubi Afrika ştammlarına qarşı üçüncü peyvənd dozasının təsiri barədə açıqlama verib. Məlumata əsasən, tədqiqat iştirakçıları peyvəndin ikinci dozasından səkkiz ay sonra əlavə doza alıblar. 15 gündən sonra analizlər COVID-19-un yeni ştammlarına qarşı anticisimlərin gücləndirilmiş reaksiyasını göstərib. Şirkət əlavə dozaya bədənin dözümlülüyünü də qeyd edib. Tədqiqat nəticələri hələ mütəxəssislər tərəfindən təsdiqlənməyib, şirkət araşdırmalarına davam edəcəyini bildirib.

Qeyd edək ki, Azərbaycanda hazırda koronavirus əleyhinə vaksin iki dozada tətbiq edilir. Amma mütəxəssislər bəzi kateqoriya üçün üçüncü doza peyvəndin tətbiqini mümkün hesab edirlər.

İnfeksionist Vüqar Cavadzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, koronavirusa qarşı ölkəmizdə hazırda iki doza vaksinin tətbiqi ciddi zərurətdir. V.Cavadzadə bununla belə, hər iki vaksinin yaratdığı immunitetin müddətinin 6 ay təşkil etdiyini söyləyir:

"Üç ay müddətində virusa yoluxma qeydə alınsa belə, xəstələnmə faizi çox aşağı olur. Amma peyvənd edilən insanlar üç aydan sonra xəstələnə bilirlər. Mən hesab edirəm ki, koronavirus cəmiyyətdə davam edərsə, üçüncü doza vaksinin vurulmasına da ehtiyac duyulacaq".

İnfeksionist bunun səbəbini iki doza vaksin olunan şəxslər arasında xəstələnmə hadisəsinin qeydə alınması ilə izah edir: "Dünyada, eləcə də ölkəmizdə də iki doza vaksin olunan şəxslər arasında xəstələnmə halları baş verib. 6 aydan sonra ola bilər ki, risk qrupuna daxil olan şəxslərə üçüncü doza vaksinin vurulmasına ehtiyac yaransın".

V.Cavadzadə deyir ki, vaksin öldürülmüş virus hissəciyidir. Bu antigen bədənə daxil edildikdə antitellər yaranır. Beləcə də xəstəliyə qarşı bədəndə süni immunitet formalaşır. İnfeksionist bildirir ki, bu antitelin 6 aydan sonra qanda azalması, yaxud da yox olub getməsi prosesi baş verir.

Həmsöhbətimiz bildirir ki, Azərbaycanda koronavirus əleyhinə vaksinasiyanın zəif olması ölkəmizdə pandemiyanın arzuolunan səviyyədə aşağı düşməsinə mane olur:

"Azərbaycanda 1 milyondan çox əhali vaksinasiyaya cəlb olunub. Bir sıra ölkələrdə isə bu göstərici 70-80 faizə yaxındır. Çox təəssüf ki, Azərbaycanda vaksinasiya prosesi çox ləng gedir. Kimlər ki risk qrupuna daxildir, həmin şəxslərin üçüncü doza vaksin olunması gündəmə gələ bilər".

Ekspert deyir ki, insana hansı vaksin vurulubsa, üçüncü doza vaksini də həmin peyvənddən vurulmalıdır. Onun sözlərinə görə, eyni vaksindən istifadə daha məqsədəuyğundur.

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, deputat Müşfiq Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, peyvənd strategiyasında üçüncü doza vaksinin tətbiqi nəzərdə tutulmayıb. Onun sözlərinə görə, bununla belə dünya ölkələrində, xüsusilə inkişaf etmiş ölkələrdə üçüncü dozanın tətbiqi ilə bağlı müəyyən fikirlər var. Deputat bildirir ki, üçüncü doza möhkəmləndirilmiş vaksin sayılır. Bununla bağlı qərar ancaq pandemiyanın necə davam edəcəyindən asılı olacaq: "Koronavirus əleyhinə üçüncü doza vaksinin tətbiqi üçün pandemiyanın hansı istiqamətdə davam edəcəyini nəzərə almalıyıq. Həmçinin statistik məlumatlar toplanılmalıdır. Əgər pandemiya hazırkı səviyyədə, yəni sönmək istiqamətində davam edərsə, həmçinin vaksinasiya olunmuş insanların sayı kifayət həddə çatarsa, yoluxmaların sayında da azalma olarsa, üçüncü dozaya ehtiyac olmayacaq. Peyvənd olunmuş əhali faizi 70 faizə çatdıqdan sonra üçüncü doza ilə bağlı qəti fikrə gəlmək olar. Azərbaycan və digər yanaşı ölkələrin peyvənd strategiyasında üçüncü doza nəzərdə tutulmayıb. Təbii ki, zamanla buna qərar verilə bilər", - deyə deputat bildirir.

M.Məmmədli deyir ki, peyvəndlənmiş insanların qanındakı antitellərin səviyyəsi mərhələ-mərhələ ölçülür. Onun sözlərinə görə, əgər antitellərin səviyyəsi yenidən xəstələnmə həddinə çatarsa, bu barədə qərar verilə bilər. O bildirir ki, yalnız bundan sonra üçüncü möhkəmləndirmə dozasının vurulması üzərində düşünmək mümkündür.

M.Məmmədli deyir ki, hal-hazırkı peyvənd strategiyasında üçüncü doza vaksinin tətbiqi nəzərdə tutulmasa da, bu istiqamətdə elmi araşdırmalar aparılır.

Eləcə də oxuyun: 

Azərbaycanda koronavirusa yoluxma sayı azalır - RƏSMİ

Ekspertlərdən həyəcan təbili: Məktəblər açılandan sonra epidemik vəziyyət pisləşəcək

Peyvənd vurduranlar arxayınlaşmamalıdırlar

Quterreş vaksinə qarşı davamlı koronavirus mutasiyalarının əmələ gəlməsini istisna etmir

31
Teqlər:
Azərbaycan, doza, vaksinasiya, vaksin, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya
Sinovac Biotech şirkətinin CoronaVac peyvəndi, arxiv şəkli

Ölkədə qədər insan vaksin olunub?

6
(Yenilənib 17:17 16.05.2021)
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1795049, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1030831 təşkil edir.

BAKI, 16 may — Sputnik. Azərbaycanda bu gün 17623 nəfər vaksinasiya olunub. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4455, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13168 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1795049, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1030831, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 764218 nəfər təşkil edir.

6
Teqlər:
vaksin, Azərbaycan, vaksinasiya
Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya

İsraillilər dua edərkən tribuna çökdü - VİDEO

0
(Yenilənib 23:05 16.05.2021)
İsrailin Givat-Zeev yaşayış məntəqəsində sinaqoqun tribunası çöküb, xeyli adam yaralanıb. Hadisə yerindən video sosial şəbəkələrdə yayılıb.

KİV-in məlumatına görə, hadisə zamanı yaralananların sayı artıq 160 nəfəri ötüb. İki nəfərin həlak olduğu deyilir. Daha altı nəfərin vəziyyəti ağırdır. 

Hüquq mühafizə orqanları dini ayin keçirilən zaman bütün təhlükəsizlik qaydalarına riayət olunub-olunmamasını araşdırır.

0
Teqlər:
yaralılar, çökmə, tribuna, sinaqoq, İsrail