Kök adam

Artıq çəki beyinə necə zərər verirmiş...

22
(Yenilənib 12:02 08.11.2016)
Son araşdırmalar göstərib ki, artıq çəki orqanizmdə iltihabın səviyyəsini artırır və bu da beyinin funksiyalarını zəiflədir

BAKI, 20 okt — Sputnik. Hamı bilir ki, artıq çəki insan sağlamlığına mənfi təsir edir, diabet, ürək-damar, dayaq-hərəki sistemi xəstəliklərinin riskini artırır. Sputnik-in saglamolun.az-a istinadən verdiyi xəbərə görə, son araşdırmalar göstərib ki, artıq çəki, həmçinin beyinin funksiyalarına da mənfi təsir edir.

Xarici mətbuatın məlumatlarına görə, Böyük Britaniya alimləri 12 il ərzində 50 yaşdan yuxarı olan insanların beyin fəaliyyətini araşdıraraq, belə qərara gəliblər ki, artıq çəki beynin əsas funksiyalarına (diqqət, yaddaş, təfəkkür) çox mənfi təsir edir.

Alimlər bunun səbəbini araşdırıblar. Onların fikrinə görə, artıq çəki orqanizmdə iltihabın səviyyəsini artırır ki, bu da beyinin funksiyalarını zəiflədir.

22
Teqlər:
sağlamlıq, artıq çəki, köklük, beyin, orqanizm
Əlaqədar
Yaşlı insanların çəki itirmələrinin səbəbi bəlli oldu
Möcüzəvi arıqlama resepti
Alimlər gecə yataqda ikən arıqladan dərmanı kəşf ediblər
Xəstəlik tapmadan və əziyyət çəkmədən arıqlamaq istəyənlər üçün ideal resept
Zobun, arıqlamağın, cavanlaşmanın, bir sözlə, min bir dərdin dərmanı
Dünyada köklərin sayı arıqları üstələdi