Meyvə şirələri

Şirin içkilərin qiyməti 20 faiz bahalaşa bilər

821
Ümumdünya Səhiyyə Təşkilatı bu növ içkilərin üzərinə əlavə vergi tətbiq olunmasını təklif edir

BAKI, 13 okt — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) diabet, kariyes və piylənmə hallarının azaldılması üçün dövlətləri şəkərli içkilərə, minimum 20 faiz vergi tətbiq etməyə çağırıb. Təşkilatın "Pəhriz və qeyri-yoluxucu xəstəliklərin qarşısının alınması üçün maliyyə siyasəti" adlı sənədində qeyd olunub ki, şəkərli içkilərdən həddindən artıq istifadə diabet, kariyes və piylənmənin yaranmasının əsas səbəblərindən biridir. Meyvəli içkiləri, vitaminləşdirilmiş enerji və idman içkilərini, eləcə də, soyuq çay və limonadları da təşkilat bu içkilərə aid edir.

ÜST-nin məlumatına görə, bu xəstəliklərin yaranmasından yayınmaq üçün böyüklər sutka ərzində 12 çay qaşığı ölçüsündən artıq şəkər qəbul etməməlidirlər. Lakin 330 millilitrlik şirin qazlı suda 19 çay qaşığı şəkər var. Bundan başqa, təşkilat hesab edir ki, sağlamlığı stimullaşdırmaq üçün insan şəkər istehlakını sutkada beş faizədək azaltmalıdır (6 çay qaşığı). Pəhrizdə isə insana ümumiyyətlə şəkər lazım deyil.

Şəkərli içkilərin əhali arasında istehlakını azaltmaq üçün Ümumdünya Səhiyyə Təşkilatı əlavə vergilər tətbiq etməyi təklif edir: "Lakin bu vergilər içkilərin ölçüsündən və növlərindən asılı olaraq düzgün tətbiq olunmalıdır. Minimal vergi isə 20% təşkil etməlidir".

"Əgər vergilər 20% artırılsa, içkilərin qiyməti də 20% bahalaşacaq. Proporsional olaraq bu, oxşar içkilərin istehlakını azaldacaq. Modellərdən biri göstərir ki, hər şey stabil qalarsa, 5-10 il ərzində əhali arasındakı piylənmə halları 3% azalacaq. Bu isə çox böyük rəqəmdir", — deyə təşkilatın nümayəndələri bildiriblər.

Təşkilatın ekspertləri hesab edirlər ki, şəkər tərkibli içkilərə vergilərin artırılması dövlət büdcəsinə də müsbət təsir edəcək: "Məsələn, Meksikada 2014-cü ildə belə içkilərin qiymətləri vergilər sayəsində 10% qalxdı. Maliyyə siyasətinin nəticələri onu göstərdi ki, bu içkilərin istehlakı əvvəl 6%, sonra isə 12% azaldı. Aşağı gəlirli ailələrdə isə istehlak azalması 19% təşkil etdi. Meksikanın dövlət büdcəsi isə 2,6 milyard dollar səviyyəsində əlavə gəlir əldə etdi".

Qeyd edək ki, piylənmə halları uşaq və gənclərdə də sürətlə artır. Ümumdünya Piylənmə Federasiyasının (ÜPF) 11 oktyabr — Beynəlxalq Piylənmə Günü münasibətilə yaydığı məlumatda deyilir ki, uşaqlarda piylənmənin ən sürətlə artdığı ölkələrdən biri də Azərbaycandır. 2000-2013-cü illərdə uşaq və gənclərdə piylənmənin artım göstəricilərinə görə, Azərbaycan 72%-lə Vyetnamdan sonra ikinci yerdə dayanır.

ÜPF bildirir ki, piylənmə uşaqların və gənclərin sağlamlığına, təhsildə uğur qazanmasına, həyat tərzinə çox böyük neqativ təsir etdiyi halda, bu problemə qarşı ciddi tədbir görülmür. Piylənmə Federasiyasından Tim Lobstein problemlə yalnız inkişaf etmiş ölkələrin mübarizəyə başladığını bildirib: "Halbuki piylənmənin artması həm varlı, həm də kasıb ölkələrdə müşahidə olunmaqdadır".

ÜST-nin Uşaqlarda Piylənmə ilə Mübarizə Komissiyasının məlumatına görə, 1990-cı ildə dünyada 32 milyon körpə (5 yaşa qədər) piylənmədən əziyyət çəkirdisə, 2013-cü ildə belə uşaqların sayı 42 milyona çatıb. Artım inkişaf etməkdə olan ölkələrdə xüsusilə böyükdür. Belə davam edərsə, 2025-ci ildə piylənmə və köklükdən əziyyət çəkən körpələrin və uşaqların sayı 70 milyona çatacaq. Bu isə 10 milyonlarla uşağın köklüklə bağlı xəstəliklərdən, şəkərli diabetdən, ürək, tənəffüs sistemi xəstəliklərindən əziyyət çəkməsi deməkdir.

821
Teqlər:
qiymət, vergi, pəhriz, xəstəlik, piylənmə, kariyes, diabet, ÜST, Ümumdünya Səhiyyə Təşkilatı
Əlaqədar
Azərbaycanda satılan spirtli içkilərlə bağlı müdhiş fakt
Qarabağın tut arağı: həm keyfiyyətli içki, həm də can dərmanı
Ramazanda spirtli içki içməyin cəzası nədir?
Bu içki 45 min xərçəng xəstəsini sağaldıb
Alkoqollu içkilərlə bağlı iki dövlət standartı təsdiq edilib
Prezidentlərin görüşündə spirtli içki qalmaqalı

Koronavirusa görə daha bir məktəbdə tədris müvəqqəti dayandırılıb

9
Bakı üzrə bu göstəricilər 60 faiz, Sumqayıt üzrə 74,2 faiz, Abşeron rayonu üzrə 84,6 faiz, regionlar üzrə isə 67,2 faiz təşkil edir.

BAKI, 17 may — Sputnik. Hazırda yalnız 1 peşə təhsili müəssisəsi karantin səbəbilə yerində tədrisi müvəqqəti dayandırıb.

Bu barədə Sputnik Azərbaycan-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Peşə təhsil müəssisələrində çalışan pedaqoji və texniki heyətin COVID-19 əleyhinə vaksinasiya prosesi davam edir. Ümumi heyətin 66,1 faizi birinci doza, 19,1 faizi isə hər iki doza üzrə vaksinasiya prosesində iştirak ediblər. Bakı üzrə bu göstəricilər 60 faiz, Sumqayıt üzrə 74,2 faiz, Abşeron rayonu üzrə 84,6 faiz, regionlar üzrə isə 67,2 faiz təşkil edir.

Qeyd edilib ki, martın ayının sonundan etibarən "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq, Peşə təhsil müəssisələrinin pedaqoji və texniki heyəti üçün vaksinasiya prosesinə başlanılıb.

Eləcə də oxuyun:

Azərbaycanda bir gündə COVID-ə yoluxanlarla sağalanların sayı bərabərləşir

COVID əleyhinə vaksinin üçüncü dozası: o kimlərə vurula bilər?

* Ekspertlərdən həyəcan təbili: Məktəblər açılandan sonra epidemik vəziyyət pisləşəcək

9
Teqlər:
bağlanma, məktəb, Koronavirus, epidemiya, COVID-19
Mərkəzi Gömrük Hospitalının terapevti Dr. Nazilə Xəlilbəyova

Yüksək təzyiqi olan bu beş tövsiyəyə riayət etməlidir həkim açıqlayır

16
(Yenilənib 10:35 17.05.2021)
Mərkəzi Gömrük Hospitalının terapevti Nazilə Xəlilbəyova deyir ki, yüksək təzyiqin müxtəlif səbəbləri olduğu üçün ilk növbədə həkimə müraciət edilməlidir
Nazilə Xəlilbəyova: “Yüksək təzyiqi olan insanlar özlərinə diqqət göstərməlidirlər”

2005-ci ildən hər il mayın 17-si Ümumdünya Hipertoniya ilə Mübarizə Liqası və Beynəlxalq Hipertoniya Cəmiyyətinin təşəbbüsü ilə Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Günü qeyd edilir.

Sputnik Azərbaycan Hipertoniya ilə Mübarizə Günündə Mərkəzi Gömrük Hospitalının terapevti Nazilə Xəlilbəyovadan yüksək təzyiqi olan insanların yerinə yetirməli olduqları beş tövsiyəni soruşub.

Nazilə Xəlilbəyova deyib ki, yüksək təzyiq olan insanlar özlərinə xüsusi diqqət göstərməlidir: “İlk tövsiyəm budur ki, yüksək təzyiqi olan insanlar mütləq həkimə müraciət etməlidir. Çünki yüksək təzyiqin müxtəlif səbəbləri var. Aydınlaşdırılmalıdır bu təzyiq osteoxondroz, ürək, ya böyrək problemi ilə əlaqəlidir. İkinci məsləhətim odur ki, insanlar qida rasiyonuna fikir versinlər və gecə vaxtı çox yeməsinlər. Həmçinin təmiz havada gəzinti, idman hərəkətləri edilməsi tövsiyə edilir. Yüksək daşıyıcısı olan insanlar stresdən uzaq olmalıdır. Digər ən vacib məqam isə yuxu rejiminə diqqət edilməsidir”.

Nazilə Xəlilbəyovanın fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

16
Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski

Jirinovski: "Onların üzünə tüpürüb, daşa basacaqlar"

0
Kommunistlər, yaxud "Spravedlivaya Rossiya" nə ilə ortaya çıxacaq? Onların üzünə tüpürüb, daşa basacaqlar! Onlara deyəcəklər: hansı yeni sosializmdən danışırsınız? Axı siz hələ 40 il əvvəl bizə kommunizm söz vermişdiniz!

BAKI, 18 may — Sputnik. Rusiya liberal-demokrat partiyasının (RLDP) sədri rəhbərlik etdiyi təşkilatın "siyasi səhnədə bakirə" olduğunu bəyan edib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, partiya sədri RLDP-nin hələ heç bir partiya ilə siyasi ittifaqa girmədiyini dilə gətirib.

""Yedinaya Rossiya" vətəndaşların qarşısına nə ilə çıxacaq? Onlardan soruşacaqlar: niyə siz heç bir şey etməmisiniz? Axı 20 ildir ki, hökumət partiyasısınız. Kommunistlər, yaxud "Spravedlivaya Rossiya" nə ilə ortaya çıxacaq? Onların üzünə tüpürüb, daşa basacaqlar! Onlara deyəcəklər: hansı yeni sosializmdən danışırsınız? Axı siz hələ 40 il əvvəl bizə kommunizm söz vermişdiniz! Onların heç birinin təklif edəcəyi bir şey yoxdur. Seçicilər onların hamısına yalançı və fırıldaqçı kimi nifrət edirlər", - partiya lideri qeyd edib.

Jirinovski bildirib ki, RLDP isə təmizdir: "Əgər məişət dilində müqayisə aparsaq, RLDP siyasi səhnədə bakirədir. Biz heç kimlə nikaha, siyasi ittifaqa daxil olmamışıq. Bunların hamısı isə elə qurcuxurlar", - deyə Jirinovski bildirib.

Eləcə də oxuyun: 

* Jirinovski Rusiya prezidenti vəzifəsinin adının dəyişdirilməsini təklif edir

* Jirinovskidən xaricdə yaşayan ruslara RF pasportlarının verilməsini sadələşdirmək təklifi

* Köklərə məhdudiyyət qoyun, arıqlar yaşaya bilmirlər

 

0
Teqlər:
partiya, Rusiya, Vladimir Jirinovski