Лаборатория

Rusiyadan həyəcan təbili: təhlükəli virus dolaşır

1927
Dmitri Medvedyev Azərbaycanda da təsadüf edilmiş virusla bağlı tədbirlər planını təsdiqləyib.

BAKI, 4 okt — Sputnik. Rusiyanın baş naziri Dmitri Medvedyev Rusiya ərazisində donuzların Afrika taununun aradan qaldırılması və yayılmasının qarşısının alınması planını təsdiq edib.
Sputnik-in məlumatına görə, bu barədə məlumat bu gün Rusiya hökumətinin saytında yer alıb.

"Hazırda Rusiya ərazisində donuzların Afrika taununun yayılması kimi əlverişsiz epizootik vəziyyət inkişaf edir. Donuzların Afrika taunun Rusiya ərazisinə daxil olması və yayılmasının qarşısını almaq üçün tədbirlər planını təsdiq edən fərman imzalanıb." — deyə məlumatda bildirilir.

Təsdiqlənmiş bu plan bütün Rusiya ərazisində baytarlıq sahəsində operativ əməliyyat tədbirlərinin normativ-hüquqi tənzimlənməsini təmin edir. Bu sənəd həmçinin baytarlıqla bağlı qanunvericiliyin tətbiqinə nəzarəti və monitorinq tədbirlərini, heyvan mənşəli xammal və məhsulların dövriyyəsini, vəhşi qabanların sayının azaldılmasını və miqrasiya fəaliyyətinin zəiflədilməsini müəyyən edir.

Zika virusuna yoluxmuş körpə
© Photo : static.independent.co.uk
Sənəddə qeyd olunur ki, sözügedən plan Rusiya ərazisində donuzların Afrika taununun aradan qaldırılması və yayılmasının qarşısının alınması üçün federal və yerli hakimiyyətlərin koordinasiyasını təmin etmək məqsədi daşıyır. 

Qeyd edək ki, bu xəstəlik ilk dəfə Cənubi Afrikada 1903-cü ildə Xutçen tərəfindən qeyd edilib. 1905-ci ildə Teylar eksperimental yolla xəstəlik əldə etmiş və bunu donuzların taununa oxşamasını göstərmişdi.

Ancaq 1911-1912-ci illərdə Monhomeri Afrikada donuzlar arasında müşahidə edilən bu xəstəliyi Cənubi Afrika isitməsi adlandırmış və göstərmişdi ki, bu xəstəliyi törədən viruslar öz immunobioloji xüsusiyyətlərinə görə donuzların taun virusundan fərqlənir.
Beynəlxalq Epizootik Büronun 1965-ci ildə Romada çağırılmış konfrasında Amerika və Avropada qeyd edilən donuzların taununu klassik taun və Monthomeri tərəfindən qeyd edilən taunu isə Afrika taunu adlandırmağı qərara alıblar.

1957-ci ilə qədər afrika taunu yalnız Afrikada müşahidə edilib, sonralar Avropa və Amerika qitəsində də qeyd olunub.
Keçmiş SSRİ məkanında Afrika taunu müşahidə edilməyib. 2007-2008-ci illərdə Afrika taunu Gürcüstan, Rusiya və Ermənistanda qeydə alındıqdan sonra 2008-ci ilin qış aylarında ilk dəfə Azərbaycanın Qəbələ rayonunun Nic kəndində də qeyd edilib.

Bu xəstəliyin qorxulu tərəfi onun 100% letallıqla (ölumlə) nəticələnməsidir. Bundan əlavə karantin və digər sağlamlaşdırıcı tədbirlər sisteminə böyük məbləğdə maddi vəsait tələb olunur.
Bu xəstəliyin törədicisi virion çoxbucaqlı olmaqla diametri 170-220 nm olan DNT-li virusdur. Xəstə heyvan orqanizmində virus əksər orqan, sekret və ekskrementlərdə toplanır, ən çox qan, limfa düyünləri və dalaqda müşahidə edilir.

Virus torpaqda öz virulentliyini 4 ay müddətində saxlayır. Virus donuzların sidiyində 4 dərəcə temperaturda 2 aya, nəcisində isə 5 aya qədər sağ qalır. Virus 20 C temperaturda 150 gün, 370 C temperaturda 10-30 gün, 550 C temperaturda isə 15 dəqiqədən sonra inaktivləşir. Qansorucu gənələrin orqanizmində uzun müddət ərzində qalır (2 il 6 ay).

Dezinfeksiyaedici maddələrdən 2%-li natrium qələvisi virusu 24 saata öldürür. Ancaq virus xlorlu birləşmələrə davamsızdır. Belə ki, 5%-li xloramin, 1-2%-li xlorlu əhəng məhlulu xəstəliyin törədicisini 4 saata məhv edir.

Xəstəliyə bütün yaş qrupuna aid olan donuzlar həssasdır. Xüsusilə Avropada olan donuzlar daha çox həssaslıq göstərir.
Təhlükə altında olan zonalarda bütün donuzlar xüsusi ayrılmış sallaqxana və ya ət kombinatlarında kəsilir. Ət və digər məhsullar kolbasa istehsalı üçün istifadə edilir. Yoluxma qorxusu ola biləcək sahədə donuzlar baytarlıq nəzarəti altında olur və uyğun təlimat əsasında klassik taun və qızılyel xəstəliyinə görə vaksinasiya edilir.
Xəstəlik baş vermiş təsərrüfatda donuzların öldürülməsi və təhlükəli zonadakı heyvanların kəsilməsindən 40 gün keçmiş karantin götürülür. Həmin təsərrüfata heyvanların gətirilməsinə karantin götürüldükdən 1 il sonra icazə verilir.

1927
Əlaqədar
Bu virus iki milyarddan çox insanı məhv edə bilər
Qorxunc virus daşıyan meyvələrlə bağlı xəbərdarlıq
Təhlükəli virus şərqə tərəf yayılmağa başlayıb
ABŞ-ı təhlükəli virus təhdid edir
Düşüncə ilə yoluxan virus
Sinovac CoronaVac peyvəndi, arxiv şəkli

Azərbaycanda COVID-19-a qarşı peyvəndin vurulacağı tarix açıqlandı

55
(Yenilənib 18:48 15.01.2021)
İbrahim Məmmədov bildirib ki, sərtləşdirilmiş karantin rejiminin yumşaldılıb-yumşaldılmaması barədə isə məlumatı yoxdur.

BAKI, 15 yanvar — Sputnik. Azərbaycanda vaksinasiyanın başlayacağı tarix açıqlanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov TRT Avaz-a müsahibəsində deyib.

O bildirib ki, gələn həftənin əvvəli Azərbaycanda vaksinasiyaya başlanılacaq: "Həm Türkiyə, həm də Azərbaycan Çin istehsalı peyvənd alıb. Azərbaycan Türkiyə ilə eyni vaksinləri alır. Bütün məsələlərdə olduğu kimi, bu məsələdə də Azərbaycan Türkiyə ilə həmrəylik nümayiş etdirdi".

İ.Məmmədov bildirib ki, sərtləşdirilmiş karantin rejiminin yumşaldılıb-yumşaldılmaması barədə isə məlumatı yoxdur.

55
Teqlər:
brifinq, Azərbaycan, peyvənd, Koronavirus, epidemiya, COVID-19
Koronavirus xəstəsi, arxiv şəkli

Şüa ilə koronavirusu müalicə etmək təhlükəlidir

8
(Yenilənib 01:13 15.01.2021)
"Bir insanı radiasiya ilə müalicə etməyə ehtiyac yoxdur. Müxtəlif radiasiya növləri mövcuddur. Rentgen şüaları və ultrabənövşəyi şüaların fərqi çox böyükdür"

BAKI, 15 yanvar — Sputnik. Koronavirusun radiasiya dozaları ilə müalicəsi təhlükəli ola bilər. Radiasiya və ultrabənövşəyi şüalardan səthləri və havanı dezinfeksiya etmək daha yaxşıdır. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə tibb elmləri doktoru, virusoloq Anatoli Altşteyn danışıb.

Rusiya və Özbəkistandan olan elm adamları zəif dozalı radiasiyanın koronavirusu və mutasiyalarını insana zərər vermədən məhv edə biləcəyini müəyyən ediblər.

Bu barədə əvvəllər Ural Federal Universitetinin mətbuat xidməti də məlumat vermişdi.

Universitetdən verilən məlumata görə, COVID-19-a radiasiya təsirinin tədqiqi Ural Federal Universiteti və Özbəkistan Respublikası Elmlər Akademiyasının alimləri tərəfindən aparılır. Birgə tədqiqatlar zamanı yumşaq rentgen və ultrabənövşəyi şüalanmanın koronavirusa təsirinin xüsusiyyətləri aşkar olunub.

"Bir insanı radiasiya ilə müalicə etməyə ehtiyac yoxdur. Müxtəlif radiasiya növləri mövcuddur. Rentgen şüaları və ultrabənövşəyi şüaların fərqi çox böyükdür", - deyə Altşteyn bildirib.

Belə ki, bir insana içindəki koronavirusu öldürə biləcək dozada şüa verilərsə, onun özünə zərər vermək ehtimalı böyükdür.

Virusoloq buna alternativ olaraq qeyd edib: "Səthləri şüalandırmaq ən yaxşı dezinfeksiyadır. Havada bir virusu ultrabənövşəyi şüalarla öldürmək olar". 

8
Teqlər:
təhlükə, radiasiya, şüa, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Yeni tip koronavirus pandemiyası
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusdan peyvənd vurdurur

Ərdoğan koronavirus peyvəndindən sonra: "Sapsağlamam"

0
(Yenilənib 00:05 16.01.2021)
Türkiyə Prezidentinə yanvarın 14-də Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

BAKI, 16 yanvar — Sputnik. Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sputnik Azərbaycan "Hurriyet" nəşrinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

"Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sapsağlamam. 28 gün sonra ikinci iynəmizi vurduracağıq", - deyə Ərdoğan qeyd edib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan canlı yayımda koronavirusa qarşı peyvənd edilib.

Türkiyə Prezidentinə Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

0