Yuxu

Yatmazdan əvvəl bunu mütləq edin

457
Bu qayda ciddi böyrək və ürək-damar sistemi xəstəlikləri olan insanlara aid deyil

BAKI, 3 okt — Sputnik. Həkimlər sağlam insanlara yatmazdan 1 saat əvvəl 1 stəkan təmiz qazsız suyu içməyi tövsiyə edirlər. Bu, çox vacibdir.

Sputnik sağlamolun.az-a istinadən xəbər verir ki, yuxu zamanı insan orqanizmi nəfəslə, tərlə maye itirir və bu da susuzlaşmaya səbəb olur. Susuzlaşma bütün insan orqanizmi üçün və xüsusilə də ürək-damar sistemi üçün çox ziyanlıdır.

Susuzlaşmanın nəticəsində qan qatılaşır və nəticədə damarlarda trombların əmələ gəlməsi riski artır. Damarlarda trombların əmələ gəlməsi infarkt və insult kimi ağır pozulmaların ehtimalını artırır.

Bu qayda ciddi böyrək və ürək-damar sistemi xəstəlikləri olan insanlara aid deyil. Bu qrup insanlarda mayenin qəbulu məhdudlaşdırılır.

457
Teqlər:
susuzluq, orqanizm, su, yuxu, sağlamlıq
Əlaqədar
Yuxusuzluq beynin fəaliyyətini pozur
Pilotlar təyyarədə yuxuladılar
Bakıda tükürpədici hadisə: yuxudan oyanan valideynlər şoka düşüblər
Bahar yorğunluğunun səbəbləri: bütün gün yuxusu gələnlər oxusun!
Bahar fəslindəki halsızlığı və yuxululuğu necə aradan qaldırmalı
Laboratoriya işçiləri, arxiv şəkli

Sabahdan bu müəssisələrdə vaksinasiya aparılacaq

30
(Yenilənib 17:49 17.01.2021)
Qeyd edək ki, sabahdan - yanvarın 18-də Azərbaycanda koronavirusa qarşı vaksinasiyaya start veriləcək.

BAKI, 17 yanvar - Sputnik. Azərbaycanda vaksinasiya aparılacaq bəzi tibb müəssisələrinin siyahısı məlum olub.

Report həmin siyahını təqdim edib:

2021-ci il yanvarın 18-də vaksinasiya aparılacaq bəzi məntəqələrin SİYAHISI:

Bakı şəhəri

1) Müəssisənin adı: A.H.Kazımov adına 1 nömrəli Şəhər Poliklinikası (Səbail)
Bül-Bül pr. 16
Həkimin adı, soyadı: Cabarova Kubra Teymur q
Telefon nömrələri: 493-32-24, 050-216-24-46

2) Müəssisənin adı: 2 nömrəli Şəhər Poliklinikası (Səbail)
Lermontov 123
Həkimin adı, soyadı: Aslanova Sevda Ridvan q
Telefon nömrələri: 492-05-50
050-340-75-55

3) Müəssisənin adı: 7 nömrəli Şəhər Poliklinikası (Xətai)
M.Rüstəmov 1
Həkimin adı, soyadı: Səfərova Şəlalə Zakir q
Telefon nömrələri: 375-53-66, 050-378-59-55

4) Müəssisənin adı: 17 nömrəli Birləşmiş Şəhər Xəstəxanası (Qaradağ)
Qobustan qəs.Torağay yolu
Həkimin adı, soyadı: Rəfailova Elmira Şaxsuvar.q
Telefon nömrələri: 544-65-03, 050-212-32-46

5) Müəssisənin adı: 24 nömrəli Birləşmiş Şəhər Xəstəxanası (Suraxanı)
Y.Günəşli, Suraxanı A-B y/m. A.Fətullayev küç.
Həkimin adı, soyadı: Məmmədov Azər Nadir o
Telefon nömrələri: 478-23-77, 050-215-52-86

6) Müəssisənin adı: 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası (Xəzər)
Mərdəkan qəs R.Qasımov küçəsi 6
Həkimin adı, soyadı: Bəbirov Tərlan Arif o.
Telefon nömrələri: 454-40-54, 055-343-53-59

Sumqayıt şəhəri
7) Müəssisənin adı: 3 nömrəli Şəhər Poliklinikası
Həkimin adı, soyadı: Elçin Zeynalov

Telefon nömrələri: 050-543-49-63

8) Müəssisənin adı: 2 nömrəli Şəhər Poliklinikası
Həkimin adı, soyadı: Arzu Əhmədova

Telefon nömrələri: 050-322-96-89

Abşeron rayonu

9) Müəssisənin adı: 5 nömrəli orta məktəb
Həkimin adı, soyadı: Həkim infeksionist- İsmixanova Əminə

Telefon nömrələri: 70-606-03-36

10) Müəssisənin adı: Fatmayı həkim məntəqəsi
Həkimin adı, soyadı: Risalə Həsənova

Telefon nömrələri: 55-639-57-75

Qeyd edək ki, sabahdan - yanvarın 18-də Azərbaycanda koronavirusa qarşı vaksinasiyaya start veriləcək.

30

Azərbaycanda koronavirusdan ölənlərin sayı 3 mini keçdi

9
(Yenilənib 16:31 17.01.2021)
İndiyədək ölkədə ümumilikdə 227 273 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 215 263 nəfər müalicə olunaraq sağalıb

BAKI, 17 yanvar - Sputnik. Azərbaycan Respublikasında koronavirus infeksiyasına 322 yeni yoluxma faktı qeydə alınıb, 845 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 227 273 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 215 263 nəfər müalicə olunaraq sağalıb, 3 009 nəfər vəfat edib, aktiv xəstə sayı 8 996 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 318 min 193 test aparılıb. Bugünkü test sayı isə 6 776-dır.

9
Hirkan Milli Parkında yanğın

Hirkan Milli Parkında yanğın davam edir - VİDEO

0
(Yenilənib 19:25 17.01.2021)
Yanğınla mübarizəyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri, o cümlədən Aviasiya dəstəsinin "BE-200ÇS" tiplı amfibiya təyyarəsi cəlb olunub.

BAKI, 17 yanvar - Sputnik. Astara rayonu ərazisində Hirkan Milli Parkında baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğının söndürülməsinə relyefin mürəkkəbliyi və hava şəraitinin əlverişsizliyi maneə törədir. Bununla belə, yanğının daha geniş sahəyə yayılması və Milli Parka daha böyük ziyan vurmasının qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirilir.

Qeyd edək ki, yanğınla mübarizəyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri, o cümlədən Aviasiya dəstəsinin "BE-200ÇS" tiplı amfibiya təyyarəsi cəlb olunub.

Əlavə məlumat veriləcək.

0