Qarpız. Arxiv şəkli

Hamilələrə qarpız yemək olarmı?

779
Tərkibindəki minerallar hamiləliyin üçüncü trimestrində tez-tez rast gəlinən əzələ qıcolmalarını azaldır. Çoxlu miqdarda lif qaynağı olduğuna görə bağırsaqları hərəkətə gətirdiyindən hamiləlikdə qəbizlik zamanı da yeyilməsi məsləhət görülür.

BAKI, 14 sen – Sputnik. Hamiləlik zamanı sağlam qidalanmaq həm özünüz, həm də doğulacaq körpəniz üçün çox önəmlidir. Bu səbəbdən hamilə qadınların gündəlik qida rasionunda meyvə və tərəvəzlərin öz yeri olmalıdır.

Bəs yüksək qida dəyərinə malik, ən böyük giləmeyvə sayılan qarpızın hamiləlik zamanı qadının orqanizminə və eləcə də dünyaya gətirəcəyi körpənin inkişafına nə qədər faydalı olduğunu bilirsinizmi?

Sputnik Vib.az-a istinadən xəbər verir ki, qarpızın 92%-nin sudan ibarət olması və tərkibindəki meyvə şəkəri hamimilələrdə daha çox səhərlər müşahidə olunan ürəkbulanmasını və mədə qıcqırmalarını azaltmağa kömək edir.

Hamiləlik zamanı sıx-sıx qarşılanan simptomlardan biri üzdə, ayaqlarda, əllərdə olan şişkinlikdir. Qarpızın yüksək miqdarlı su tərkibi sayəsində əzələlərdəki və damarlardakı tıxanmalar açılaraq şişkinliyin aradan qalxmasına səbəb olur və bədəndə suyun toplanmasına mane olur. 

Tərkibindəki minerallar hamiləliyin üçüncü trimestrində tez-tez rast gəlinən əzələ qıcolmalarını azaldır. Çoxlu miqdarda lif qaynağı olduğuna görə bağırsaqları hərəkətə gətirdiyindən hamiləlikdə qəbizlik zamanı da yeyilməsi məsləhət görülür.

Qarpız pomidorla müqayisədə daha çox likopenlə zəngindir. “Super Foods” kitabının müəllifi Steven Prattın araşdırmalarına əsasən antioksidant maddə olan likopen nəinki orqanizmi xərçəng və qan-damar xəstəliklərindən qorumağa yardımçı olur, bədənin immunitet sitemini təbii şəkildə gücləndirir, hətta insan dərisinin günəşdən qorunma faktorunu da artırır. Beynəlxalq Ginekologiya və Mamalıq Jurnalı tərəfindən aparılan tədqiqatlara görə gündəlik likopen qəbulu hamiləlik zamanı ciddi problemlərdən biri sayılan preeklampsiya riskini 50%-ə qədər azaldır. Həmin araşdırma zamanı gündəlik olaraq 4 qram likopen tətbiq edilmişdir. Halbuki, bir porsiya qarpızın (300 qram) tərkibində bundan 3 dəfə artıq – 12 qram likopen maddəsi vardır. 

Bundan başqa mütəxəssislər yoxlamışlar ki, qarpızın tərkibində bol miqdarda A, C və B6 vitaminləri, kalium və maqnezium mineralları vardır. Ana bətnindəki körpənin inkişafı üçün əhəmiyyətli olan bu maddələr onun görmə qabiliyyətinə, beyninə, sinir və immunitet sisteminə müsbət təsir edir. Eyni zamanda, kalium ana üçün də xeyirlidir, belə ki, bu maddə qanda suyun balansını tənzimləyir və hamiləlik zamanı dərini nəmləndirir.

Üstəlik nəzərə alın ki, siz bütün bu faydaları cəmi 50 kalori olan 300 qramlıq bir dilim qarpızla təmin edə bilərsiniz.

Hər bir qidanın faydalı tərəfləri olduğu kimi həddindən artıq qəbul edildikdə zərərləri tərəfləri də meydana çıxır. Qarpız qanda şəkərin miqdarını yüksəltdiyinə görə gündə bir dilim (300 qram) yeyilməlidir. Bundan başqa çoxlarımız bilirik ki, qarpız tez xarab olan meyvələrdəndir. Ona görə xüsusilə hamilə qadınlar qarpızı öz mövsümündə yeməli və yeyərkən onun təzə olduğuna, kəsilmiş qarpızdırsa, açıqda və ya soyuducuda uzun müddət saxlanmadığına diqqət yetirməlidirlər. 

Qarpızı təkcə dilimlənmiş şəkildə deyil, ondan həm də müxtəlif smuzi və kokteyllər də hazırlayaraq içə bilərsiniz. Smuzi reseptlərindən birini sizə təqdim etmək istəyirik: 2 stəkan qarpız, 1 stəkan çiyələk, 1 stəkan süd və ya təbii yoqurt, bir neçə kub buz. Bütün bu məhsulları blenderdə qarışdırandan sonra içə bilərsiniz. Çiyələyi başqa giləmeyvələr də əvəz etmək olar. Hətta süd və ya yoqurt əvəzinə sitrus şirəsi (limon, portağal və ya layma) əlavə etmək olar.

Qarpız seçərkən mütləq müxtəlif kimyəvi maddələrdən və preparatlardan azad olan və təbii yolla becərilmişlərdən istifadə edin.

779
Koronavirusa yoluxanan xəstələrin müalicə aldığı hospital, arxiv şəkli

COVID-19-la bağlı dəhşətli proqnoz: iki milyon insan ölə bilər

7
(Yenilənib 23:42 25.09.2020)
Eyni zamanda Rayan qeyd edib ki, xəstəxanaya yatırılan xəstələr arasında ölüm göstəriciləri azalır. Onun sözlərinə görə, insanların bundan belə də ölməməsi üçün bəşəriyyətin əvvəlki 9 aydan özünə dərs götürməsi gərəkdir.

BAKI, 25 sentyabr — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) effektiv vaksin əldə edilib bəşəriyyət üçün əlçatan olana qədər COVID-19-dan 2 milyondan çox insanın öləcəyini istisna etməyib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə ÜST-ün səhiyyə sahəsində fövqəladə hallar üzrə proqramının direktoru Maykl Rayan mətbuat konfransında deyib.  

“Sözsüz ki, bunu təsəvvür etmək çətindir, ancaq bu, mümkün ola bilər. Çünki biz 9 ay ərzində bir milyon insan itirmişik. Yaxın 9 ay ərzində vaksinin peyda olacağına da ayıq başla yanaşırıq”, - Rayan effektiv vaksin əldə edilib bəşəriyyət üçün əlçatan olana qədər COVID-19-dan 2 milyondan çox insanın öləcəyi ehtimalı ilə bağlı suala cavab verərkən söyləyib.

Onun sözlərinə görə, hazırda problemlər var, xüsusən bunlar peyvəndin maliyyələşdirilməsi, istehsalı və qiymətləndirilməsi ilə bağlıdır.

Eyni zamanda Rayan qeyd edib ki, xəstəxanaya yatırılan xəstələr arasında ölüm göstəriciləri azalır. Onun sözlərinə görə, insanların bundan belə də ölməməsi üçün bəşəriyyətin əvvəlki 9 aydan özünə dərs götürməsi gərəkdir.

7
Teqlər:
vaksin, peyvənd, ölüm, ÜST, dünya, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Şagirdlər koronavirusa harada yoluxublar? Nazirlikdən cavab
Türkiyədə dəhşət saçan ağcaqanadlar Azərbaycana gələ bilər, amma virus gətirməyəcək
Moskva meri distant iş rejiminə keçməyə çağırıb: Soyuqlar yaxınlaşır, xəstəlik artacaq
Rus virusoloq amerikalı həmkarını təkzib etdi: Denge ilə SARS-CoV-2 qohum deyillər
Təəccüblü kəşf: bu xəstəliyə yoluxmaq koronavirusa qarşı immunitet yaradır
Məktəblilər, arxiv şəkli

Şagirdlər koronavirusa harada yoluxublar? Nazirlikdən cavab

16
(Yenilənib 19:44 25.09.2020)
Təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib ki, məktəblərin içində şagirdlər arasında yoluxma yoxdur.

BAKI, 25 sentyabr — Sputnik. "Bu günə qədər heç bir şagirddə məktəbin içində yoluxma faktı qeydə alınmayıb". Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri Təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib.

Onun sözlərinə görə, məktəblərin içində şagirdlər arasında yoluxma yoxdur:

"İyun və ya avqust ayındakı respublika üzrə gündəlik statistikanı təhlil etsək, görərik ki, bu insan hansısa formada məktəbə və ya universitetə bağlıdır. Bu dəqiqə yoluxmaların sayı stabildir. Məktəblərin bağlanılması ilə bağlı narahatlığa heç bir əsas yoxdur. Bu, ümumi epidemioloji vəziyyətdən asılı olacaq. Əgər sərt karantin rejiminə keçilərsə, bu barədə qərarı Nazirlik Kabineti yanında Operativ Qərargah verəcək".

Qeyd edək ki, bu günə kimi respublika üzrə məktəblərdə işçi heyəti arasında 35, şagirdlər arasında 125 yoluxma faktı qeydə alınmaqla, ümumilikdə 156 nəfər COVID-19-a yoluxub.

16
Teqlər:
açıqlama, Təhsil Nazirliyi, yoluxma, şagird, məktəb, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Əlaqədar
Şagirdlərdən 13-ü virusa yoluxdu, iki sinif distant təhsilə keçdi
Azərbaycanda virusa yoluxanların sayı açıqlandı
Nazirliyin əməkdaşı koronavirusdan öldü
Moskva meri distant iş rejiminə keçməyə çağırıb: Soyuqlar yaxınlaşır, xəstəlik artacaq