beyin

Şizofreniya insan beyninin təkamülünün nəticəsi imiş

43
Rus tədqiqatçıların fikrincə, qədim dünyanın insanları şizofreniyadan heç vaxt əziyyət çəkməyiblər.

BAKI, 16 avq-Sputnik. İnsanların tənqidi düşünmək, oxumaq və danışmaq qabiliyyəti onlarda şizofreniya xəstəliyinə səbəb olub.

Sputnik-in məlumatına görə, bu, Rusiya alimlərinin gəldiyi nəticədir.

Rus tədqiqatçıların fikrincə, qədim dünyanın insanları şizofreniyadan heç vaxt əziyyət çəkməyiblər. Bu xəstəlik yalnız müasir insanın bəlasına çevrilib. Bu fizioloji anomaliyaları aydınlaşdırmaq üçün müasir və neandertal insanın genetik kodu öyrənilib. Maraqlıdır ki, əcdadlarımızda bu xəstəliyi inkişaf etdirən kod tapılmayıb. Alimlərin qənaətinə görə, şizofreniya ola bilər ki, insanlarda beyin fəallığının təkamülü nəticəsində yaranıb.

Əvvəllər də qeyd olunub ki, Rusiya məktəblilərinin 70 faizində psixi inkişaf qüsurlar var. Bu rəqəmləri 2015-ci ildə rus psixiatrı Zurab Kekeledze Ümumdünya Psixi Pozğunluqlar Günü ərəfəsində səsləndirib.

43
Teqlər:
alimlər, Rusiya, təkamül, beyin, şizofreniya
Əlaqədar
Rəqəmli qələm beyin xəstəliklərinə erkən mərhələdə diaqnoz qoyacaq
Beyin siqnalları parolları əvəz edə bilər
 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğandan müjdə: "Ən geci aprel ayına qədər ..."

68
(Yenilənib 13:55 25.11.2020)
Türkiyə Prezidenti: İndi pandemiyanın yayılmasının qarşısını ala bilməsək, daha sonra üzücü tədbirlər görmək məcburiyyətində qala bilərik. Millətimizdən səbir və dəstək gözləyirik.

BAKI, 25 noyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirus əleyhinə Türkiyə istehsalı olan peyvəndlə bağlı önəmli mərhələyə gəlindiyini açıqlayıb. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Ərdoğan hakim partiyanın parlament qrup toplantısında çıxışı zamanı bildirib.

"İndi pandemiyanın yayılmasının qarşısını ala bilməsək, daha sonra üzücü tədbirlər görmək məcburiyyətində qala bilərik. Millətimizdən səbir və dəstək gözləyirik. Maska, məsafə, təmizlik qaydalarına riayət edərsək, digər tədbirlərə ehtiyac qalmaz", - deyə Ərdoğan qeyd edib.

O, həmçinin koronavirus əleyhinə Türkiyə istehsalı olan peyvəndin yaradılmasında da önəmli irəliləyişə nail olunduğunu bildirib:

"Ən gec aprel ayında öz peyvəndimizi tətbiq etmə səviyyəsinə qədər inkişaf etdirməyi planlaşdırırıq. Öz istehsal etdiyimiz peyvəndi bütün insanlığın xidmətinə təqdim etmək düşüncəsindəyik".

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 59,8 milyonu keçib, 1,41 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

68
Teqlər:
Ərdoğan, Rəcəb Tayyib Ərdoğan hakimiyyəti, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rəcəb Tayyib Ərdoğan, korona virusu, Koronavirus, epidemiya, COVID-19
Koronavirusа qarşı peyvənd, arxiv şəkli

Koronavirus peyvəndi işə yarayacaq?

9
Mütəxəssisin fikrincə, peyvəndən bir gün sonra belə insanda aktiv immunitet olur və infeksiyanın orqanlara keçməsinə mane olur.

BAKI, 25 noyabr — Sputnik. "Heç bir peyvənd insanı virusdan 100 faiz qorumur. Koronavirusa qarşı olan peyvənd insana infeksiyanın yüngül formasını evdə televizor qarşısında keçirməyə kömək edir",

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə infeksionist, vaksinoloq Yevgeni Timakov danışıb.

Onun sözlərinə görə, ağırlaşma güclü olarsa, istənilən peyvənd buna qarşı müqavimət göstərə bilməz: "Peyvənd ona görə edilir ki, infeksiya gələn zaman immun sistem müdafiəyə hazır olsun. Əks halda infeksiya gələn zaman bu müqavimət 5-7 günə formalaşmış olur ki, bu müddətdə də, infeksiya ağırlaşır".

Mütəxəssisin fikrincə, peyvənddən bir gün sonra belə insanda aktiv immunitet olur və infeksiyanın orqanlara keçməsinə mane olur.

"Beləliklə, peyvənddən sonra infeksiya prosesi başalayarsa, heç bir fəsad, ölüm olmayacaq. Orqanlarda heç bir problem yaranmayacaq. Xəstə xəstəxanaya yerləşdirilməyəcək, mexaniki ventilyasiyaya qoşulma olmayacaq və insan infeksiyanı yüngül asimptomatik formada, evdə televizorun qarşısında oturaraq keçirəcək. Və sağalmaq üçün əlavə dərmanlardan da istifadə edilməyəcək"-, Timakov bildirib.

9
Teqlər:
Koronavirus, COVID-19
 Prezident İlham Əliyev, arxiv şəkli

Prezident: Biz informasiya məkanında qələbə qazandıq

0
İlham Əliyev: "Biz döyüş meydanında qələbə qazandıq, informasiya məkanında qələbə qazandıq, siyasi müstəvidə qələbə qazandıq. Müharibənin nəticələri mən deyən kimi oldu".

BAKI, 25 noyabr — Sputnik. "Mən Prezident kimi bu illər ərzində əlimdən gələni edirdim ki, Dağlıq Qarabağ məsələsi daim gündəlikdə olsun, özü də daim gündəliyin mərkəzində olsun".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.

"Həm ölkə daxilində vətənpərvərlik, milli qürur, həmrəylik hissləri daha da yüksək səviyyəyə qalxsın. Həm beynəlxalq müstəvidə daim bu məsələ gündəlikdə olsun. Hər kəs bilsin, həqiqət nədən ibarətdir, hər kəs bilsin, təcavüzkar kimdir, zərərçəkmiş tərəf kimdir və biz buna nail olduq. İndi dünyada hər kəs bunu bilir. Əgər Vətən müharibəsi dövründə xarici mətbuata diqqət yetirsək, görərik ki, əlbəttə, qərəzli, islamofob, anti-Azərbaycan, ermənipərəst məqalələr və reportajlar üstünlük təşkil edir. Ancaq, eyni zamanda, əvvəlki dövrdən fərqli olaraq bir çox obyektiv, həqiqəti əks etdirən reportajlar, məqalələr də dərc edildi. Deyə bilərəm ki, biz informasiya müharibəsində qələbə qazandıq. Biz döyüş meydanında qələbə qazandıq, informasiya məkanında qələbə qazandıq, siyasi müstəvidə qələbə qazandıq. Müharibənin nəticələri mən deyən kimi oldu", - deyə Prezident bildirib.

O qeyd edib ki, ilk günlərdən Qarabağ probleminin hərbi və siyasi yollarla həll edilməli olduğunu deyib:

"Deyirdim ki, biz məsələnin hərbi yollarla həllini hər an dayandıra bilərik və buna hazırıq. Bir şərtlə, Paşinyan şəxsən özü deməlidir ki, nə vaxt o, bizim torpaqlarımızdan çıxır. Öhdəlik götürməlidir, tarix verməlidir. Deməlidir ki, nə vaxt bizim torpaqlarımızdan çıxır. Bu olan kimi, mən bizim hücum əməliyyatlarımızı dayandırıram".

"Biz Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Murovdağı, Suqovuşanı, Hadrutu, Xocavənd rayonunun böyük hissəsini və Şuşanı hərbi yollarla azad etdik. Döyüş meydanında düşmənin belini qırdıq. Şuşanın azad olunmasından bir gün sonra 70-dən çox kəndin azad edilməsi ilə düşmən diz çökdü, kapitulyasiya aktına imza atdı. Hələ ki, bilmirəm harada. Bunu gizlədirlər. Yəqin ki, nə vaxtsa bizə deyəcəklər. Paşinyan, harada imzalamısan sən bu kapitulyasiya aktını? Ancaq məcbur olub bizim şərtlərimizi qəbul edib. Müharibə bir daha göstərdi kim kimdir. Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir. Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!", - deyə İlham Əliyev əlavə edib.

0