QİÇS – Qazanılmış İmmun Çatışmazlığı Sindromu

QİÇS təhlükəli xəstəliklər siyahısından çıxarılır

124
(Yenilənib 11:39 11.07.2016)
Alimlər hesab edirlər ki, artıq bu xəstəliyin nəzarətdə saxlanmasına ehtiyac yoxdur.

BAKI, 11 iyul-Sputnik. 20-ci əsrin vəbası hesab edilən QİÇS (Qazanılmış İmmunitetin Çatışmazlığı Sindromu) təhlükəli xəstəliklər siyahısından çıxarılır.

Sputnik APA-ya istinadla xəbər verir ki, avstraliyalı elm xadimləri ölkədə bu xəstəliyin təhlükəli həddə olmadığını açıqlayıblar.

ABC telekanalı bildirib ki, son zamanlarda QİÇS-ə yoluxan avstraliyalıların sayı yox deyiləcək qədər azdır. Alimlər hesab edirlər ki, artıq bu xəstəliyin nəzarətdə saxlanmasına ehtiyac yoxdur:

"İnsanlar buna müalicəsi olan xəstəlik kimi baxırlar. QİÇS-ə yoluxanlar müalicə alırlar və xəstəlikdən xilas olurlar".

Mütəxəssislər bildirirlər ki, hazırda QİÇS-ə səbəb olan HİV-lə mübarizə davam edir: "QİÇS əsasən, səbəbi müəyyən edilməmiş HİV-ə yoluxma zamanı ortaya çıxır. Bu xəstəliyin müalicəsi zamanı qəbul edilən dərman preparatlarının tərkibi və keyfiyyəti önəmlidir. HİV-ə yoluxan xəstələr bu dərmanlar sayəsində uzun ömür yaşayırlar və ölüm təhlükəsindən uzaq olurlar".

Avstraliya QİÇS-lə Mübarizə Federasiyası hesab edir ki, xəstəliklə mübarizədə ölkələrin əməkdaşlığı vacibdir: "Avstraliyada görülən tədbirlər sayəsində müsbət nəticə əldə etmək mümkün olub".

Qeyd edək ki, iyulun 18-22-də Cənubi Afrikada QİÇS-lə mübarizəyə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək.

124
Teqlər:
təhlükəli xəstəliklər, HİV, QİÇS, Cənubi Afrika, Avstriya
Əlaqədar
İranda 7,4 min nəfər QİÇS-dən ölüb
Peşəkar Futbol Liqasından QİÇS-lə mübarizəyə dəstək

Göyçaylı xəstəni polis küçədə tutdu

6
Məmmədov evdə özünü təcrid etməli olduğu halda karantin qaydalarını pozaraq ictimaiyyət arasına çıxıb. Polis əməkdaşları tərəfindən onun olduğu yer müəyyən olunub və yaşadığı ünvana göndərilib

 

BAKI, 5 dekabr — Sputnik. Göyçay şəhər sakini Xasi Məmmədov COVID-19 virusunun daşıyıcısı olduğu üçün ev şəraitində müalicəyə cəlb olunub.

Sputnik Azərbaycan DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, ancaq o, evdə özünü təcrid etməli olduğu halda karantin qaydalarını pozaraq ictimaiyyət arasına çıxıb. Polis əməkdaşları tərəfindən onun olduğu yer müəyyən olunub və yaşadığı ünvana göndərilib.

X.Məmmədov barəsində Göyçay RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

6
Teqlər:
polis, karantin, qayda pozuntusu, xəstə, Koronavirus, Göyçay
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
DİN əməkdaşları, arxiv şəkli

Saatlı polisi koronavirus xəstəsini küçədə tapdı

19
T.Hüseynovun karantin qaydalarına zidd davranaraq evini tərk etdiyi və qonşuluqda yaşayan sakinlərin evinin həyətinə daxil olaraq xəstəliyin yayılmasına real təhlükə yaratdığı müəyyən edilib.

BAKI, 4 dekabr — Sputnik. Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə tədbirlər mütəmadi olaraq davam etdirilir. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən rayon ərazisində koronavirus testi müsbət çıxan şəxslərin yaşadığı ünvanı tərk edib-etməməsi yoxlanılarkən bir nəfər rayon sakini, T.Hüseynovun karantin qaydalarına zidd davranaraq evini tərk etdiyi və qonşuluqda yaşayan sakinlərin evinin həyətinə daxil olaraq xəstəliyin yayılmasına real təhlükə yaratdığı müəyyən edilib.

Həmin şəxsin qanunazidd hərəkətlərinin qarşısı alınıb və müalicəsini davam etdirmək üçün yenidən yaşadığı ünvana gətirilib.

Saatlı RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.

19
Чингиз Абдуллаев

Xalq yazıçısı: “Tariximizi unutsaq, onlar yenidən işğala başlamaq üçün güc toplayacaqlar”

0
(Yenilənib 09:49 05.12.2020)
Xalq yazıçısı Çingiz Abdullayev deyir ki, bizim uşaqlarımızın, nəvələrimizin belə bir muzeyi olmalıdır ki, onlar gəlib görsünlər və heç zaman yaddan çıxarmasınlar
Çingiz Abdullayev: “Bizim tarixi muzeylərimiz çox olmalıdır”

Prezident İlham Əliyev Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb.

Xalq yazıçısı Çingiz Abdullayev Sputnik Azərbaycan-a deyir ki, imzalanmış bu Sərəncam çox lazımlıdır:

“Bizim uşaqlarımızın, nəvələrimizin belə bir muzeyi olmalıdır ki, onlar gəlib görsünlər və heç zaman yaddan çıxarmasınlar. Əgər biz bu tarixi unutsaq, onlar torpaqlarımızı işğal etmək üçün yenidən güc toplayacaqlar. Mən inanmaq istəyirəm ki, bu məsələ həmişəlik həll olunub, müharibə bitib və biz bir daha torpaqlarımızı itirməyəcəyik. Bizim tarixi muzeylərimiz çox olmalıdır ki, uşaqlarımız tariximizi bilsinlər”.

Çingiz Abdullayevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

0