Səhiyyə naziri Oqtay Şirəliyev

Nazir: Ailə quranların 7%-də irsi qan xəstəlikləri aşkar olunub

11915
Oqtay Şirəliyev: Müayinələr həm aşkar olunan xəstəliklərlə mübarizədə, həm də gələcəkdə doğulacaq körpələrin sağlamlığı ilə bağlı ciddi irəliləyişlərə nail olmağa imkan verir.

BAKI, 9 iyul — Sputnik. Azərbaycanda ailə həyatı quran şəxslər talassemiya, İİV infeksiyasına, zöhrəvi xəstəliklərə, hemoqlabinopatiyalara görə müayinə edilirlər.

APA-nın xəbərinə görə, səhiyyə naziri Oqtay Şirəliyev kollegiya iclasında bildirib ki, nikaha daxil olan şəxslərin tibbi müayinədən keçirilməsi kifayət qədər mürəkkəb proses olsa da qısa vaxt ərzində Bakı şəhəri ilə yanaşı, bütün regionlarda nikaha girənlərin tibbi müayinəsinin təşkilinə nail olunub: "Əfsuslar olsun ki, müayinədən keçənlərin 7%-də irsi qan xəstəlikləri aşkar olunub. Ancaq bu müayinələr həm aşkar olunan xəstəliklərlə mübarizədə, həm də gələcəkdə doğulacaq körpələrin sağlamlığı ilə bağlı ciddi irəliləyişlərə nail olmağa imkan verir".

Digər xəstəliklərdən danışan nazir əlavə edib ki, ölkədə hazırda 300 minə qədər şəkərli diabet xəstəsi bu sahədə qəbul olunmuş proqram çərçivəsində dövlət hesabına dərman, özünənəzarət vasitələri və digərləri ilə tam təmin olunurlar. O. Şirəliyev ötən ildən etibarən uşaqlara dərmanın insulin pompası vasitəsilə yeridildiyini, bunun da onları gün ərzində bir neçə dəfə iynə vurmaq əziyyətindən qurtardığını, həyat keyfiyyətlərinin yaxşılaşdırıldığını bildirib.

11915
Teqlər:
hemoqlabinopatiya, şəkərli diabet xəstəsi, tibbi müayinə, talassemiya, Oqtay Şirəliyev, Bakı şəhəri
İş adamı, arxiv şəkli

Sahibkarlara koronavirusla bağlı xəbərdarlıq

8
(Yenilənib 21:38 26.01.2021)
Sahibkarlara koronavirusa görə xəbərdarlıq edən agentlik sıravi vətəndaşları da sayıq olmağa səsləyib. Onlar 1003 çağrı mərkəzinə şikayət edə bilrlər

BAKI, 26 yanvar — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ictimai iaşə müəssisələrində koronavirus (COVID-19) infeksiyasına qarşı effektiv mübarizə tədbirlərinin təmin olunması ilə bağlı sahibkarlara müraciət edib. Sputnik Azərbaycan-ın məlumatına görə, müraciətdə bildirilir ki, sahibkarlar xəstəliyin yayılmaması üçün əks-epidemik tədbirlərə ciddi riayət etməli, ictimai iaşə müəssisələrində karantin rejiminin tələblərini daim diqqət mərkəzində saxlamalıdırlar.

İctimai iaşə müəssisələrində virusun yayılmasının qarşısının alınması və təhlükəsizliyin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara və müəyyənləşdirdiyi qaydalara mütləq əməl edilməlidir. Belə ki, insanların sıx toplaşdığı mühit infeksiyanın yayılma intensivliyinə birbaşa təsir etdiyindən COVID-19-un profilaktikası məqsədilə hər bir ictimai iaşə müəssisəsində müştəri qəbulu 2 dəfə azaldılmalı, hər adambaşına müəyyən edilən sahə isə 2 qat artırılmalıdır.

Həmçinin qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafə isə 2 metrdən az olmamalıdır. İctimai iaşə müəssisələrində mütəmadi dezinfeksiya işləri aparılmalı, hər bir masada dezinfeksiyaedici məhlulların yerləşdirilməsi təmin olunmalıdır. Qida qəbulu zallarında, otaqlarda və açıq məkanlarda sərinkeşlərdən (ventilyatorlardan) istifadə olunmamalı, təmizlik-dezinfeksiya işləri iş saatı ərzində əsasən işlək sahələrdə (giriş-çıxış, kassa və s.), iş saatından sonra isə bütün sahələrdə həyata keçirilməlidir. Müəssisə təmizlik vasitələri, dezinfeksiyaedici maddələr, axar isti və soyuq su təchizatı ilə daimi olaraq təmin edilməlidir. Sanitar məişət otaqlarının (sanitar qovşaq, soyunub geyinmə otağı və s.) işlək və təmiz vəziyyətdə saxlanması əsas şərtlərdəndir.

İşçi heyət hər zaman şəxsi gigiyena qaydalarına ciddi riayət etməlidir. Həmçinin onlar dəyişəkli, təmiz iş geyimi, gün ərzində bir çox insanla təmasda olduqlarından qoruyucu vasitələr və dezinfeksiyaedici məhlulla təmin olunmalıdırlar. Həmçinin kafe və restoranlarda məhsulların, mətbəxdə istifadə olunan əşya və avadanlıqların istifadədən əvvəl təmizliyinə diqqət edilməli, yeməklər hazırlanarkən termiki emala düzgün əməl olunmalıdır.

Agentlik sahibkarları mövcud qaydalara əməl etməyə, koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinin artırılması istiqamətində səylərini gücləndirməyə çağırır. Vətəndaşlardan ictimai iaşə müəssisələrində qaydalara əməl edilmədiyi halları ilə rastlaşdıqda bu barədə Agentliyin 1003-Çağrı Mərkəzinə zəng edib məlumat vermələri xahiş olunur.

8
Teqlər:
AQTA, xəbərdarlıq, Koronavirus, epidemiya, COVID-19, sahibkar
Sputnik V peyvənd, arxiv şəkli

İran vaksin ala bilmək üçün onu qeydiyyatdan keçirdi

11
(Yenilənib 20:03 26.01.2021)
"Biz ümid edirik ki, yaxın gələcəkdə onu ala biləcəyik, həmçinin Rusiya və İranın müvafiq institutları tərəfindən birgə istehsala başlayacağıq"

BAKI, 26 yanvar — Sputnik. Rusiya istehsalı olan "Sputnik V" İranda uğurla qeydiyyatdan keçib. Sputnik Azərbaycan xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

"Sizi məlumatlandırmaq istəyirik ki, "Sputnik V" vaksini dünən İranda qeydiyyatdan keçib. O, bizim sanitar rəhbərliyimiz tərəfindən təsdiqlənib və biz ümid edirik ki, yaxın gələcəkdə biz onu ala biləcəyik, həmçinin Rusiya və İranın müvafiq institutları tərəfindən birgə istehsala başlayacağıq", - deyə Zərif qeyd edib.

Xatırladaq ki, ötən il avqustun 11-də Rusiya Prezidenti Vladimir Putin ölkəsində koronavirusdan ilk peyvəndin qeydiyyatını elan edib. Prezident deyib ki, onun qızlarından biri peyvəndi öz üzərində sınaqdan keçirib.

Rusiyanın koronavirusa qarşı hazırladığı yeni peyvənd "Sputnik V" adını alıb. Bu ad 1957-ci ildə Yerin ilk süni peykinin buraxılması ilə bağlıdır.

""Sputnik-1" bütün dünyada kosmik tədqiqatları fəallaşdırıb. COVID-19-dan yeni Rusiya peyvəndi dünya ictimaiyyəti üçün necə deyərlər, "Sputnik anı" yaradıb", – deyə adın izahında bildirilir.

11
Teqlər:
qeydiyyat, Sputnik-V peyvəndi, vaksin, Rusiya, İran
Mövzu:
Yeni tip koronavirus pandemiyası
Aleksey Navalnıy, arxiv şəkli

G7 ölkələrinin Navalnı tələbi

0
G7 ölkələrinin - Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ-ın xarici işlər nazirləri Aleksey Navalnının dərhal azad edilməsini tələb ediblər

BAKI, 26 yanvar - Sputnik. G7 ölkələri Rusiya hökumətini bloger Aleksey Navalnını həbsdən azad etməyə çağırıb.

Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadən məlumat verir. 

"Biz, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ-ın xarici işlər nazirləri, eləcə də AB-nin yüksək statuslu nümayəndəsi, Aleksey Navalnının saxlanılmasını və siyasi motivli həbsini qətiyyətlə pisləyirik", - nazirlərin bəyanatında deyilir.

"Biz həmçinin minlərlə dinc nümayişçinin və jurnalistlərin saxlanılmasından da narahatıq və Rusiyanı özünün beynəlxalq və daxili öhdəliklərini yerinə yetirməyə, yanvarın 23-də özlərinin sərbəst toplaşma hüququnu reallaşdırmağa cəhd etdiklərinə görə saxlanılanları azad etməyə çağırırıq. Vətəndaşların öz rəylərini ifadə etmək hüuququnu polislər vasitəsilə, güc yoluyla dəf etmək qəbuledilməzdir", - bəyanatda yazılıb.

Nazirlər həmçinin bildiriblər ki, Avropa İnsan Haqları Məhkəməsi Navalnının tutulmasına rəvac verən məhkəmə qərarını da dəstəkləməyib. 

"Rusiya hökumətini qeyri-şərtsiz və dərhal cənab Navalnını azad etməyə çağırırıq... Biz cənab Navalnının, etirazçıların və jurnalistlərin həbsdən azad olunmaları barədə beynəlxalq çağırışlara Rusiyanın necə reaksiya verəcəyini, eləcə də cənab Navalnının zəhərlənməsinə görə cinayət işinin necə araşdırılacağını nəzarətdə saxlayacağıq", - nazirlər bildiriblər. 

Qeyd edək ki, yanvarın 23-də Rusiyanın müxtəlif şəhərlərində razılaşdırılmamış etiraz aksiyaları keçirilib. İnsanları mitinqlərə Navalnının tərəfdarları səsləyiblər. Saxlanılanlara hökumət nümayəndələrinə qarşı zorakılıq, yolların bağlanması, xuliqanlıq və sanitariya qaydalarının pozulmasına görə bir neçə cinayət işi açılıb. 

Aleksey Navalnı isə yanvarın 17-də Şeremetyevo aeroportunda həbs olunub. Həmin gün o, uzun müddət Almaniyada zəhərlənmədən müalicə aldıqdan sonra vətəninə qayıtmışdı.

0
Teqlər:
Rusiya, azadlıq, tələb, nazirlər, G7, Aleksey Navalni