Xəstəxana otağı

Rayon xəstəxanalarında nikaha girmək istəyənlər üçün xüsusi kabinetlər yaradılıb

177
(Yenilənib 15:24 05.07.2016)
Bölgələrdə fəaliyyət göstərən tibb müəssisələri müasir avadanlıqlarla təmin olunub. Yeni təmirdən çıxmış xəstəxanalar ölkəmizə gələn turistləri də qəbul etməyə başlayıb.

İradə CƏLİL, Sputnik Azərbaycan

BAKI, 5 iyul — Sputnik. Son zamanlar ölkədə, xüsusən regionlarda səhiyyənin acınacaqlı vəziyyətdə olması, ana və uşaq ölümləri, regionlarda kadr çatışmazlıqları, region xəstəxanalarında müasir tipli avadanlıqların olmaması və s. bu kimi xəbərlər media gündəmini əhatə etmişdi. Biz də regionlarda olan real vəziyyətlə tanış olmaq üçün üçün, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə, Oğuz, Şəki və Balakən rayonlarının mərkəzi xəstəxanalarına baş çəkdik.

İlk səfərimiz Oğuz rayon Mərkəzi Xəstəxanasına oldu. Xəstəxana 2009-cu ildə istifadəyə verilib, müasir avadanlıqlarla təchiz edilib. Xəstəxananın baş həkim müavini İradə Məmmədova burada əhaliyə xidmət etmək üçün hər cür şəraitin olduğunu dedi: "Rentgen, USM, exokardioqrafiya və müasir avadanlıqlarla təmin edilmiş laboratoriya əhaliyə xidmət edir. Xəstəxanada şəkərli diabet xəstələri, ruhi xəstələr, imtiyazlı xəstələr üçün dərman təminatı çox yüksək səviyyədədir".

"Hər il olduğu kimi, bu il də əhalinin kütləvi dispanzerizasiyası keçirilib. Xəstələr ətraflı müayinə edilir, lazım gəldikdə onlar respublikanın müxtəlif xəstəxanalarına göndərilir", — baş həkimin müavini qeyd etdi.

Oğuz Rayon Xəstəxanasında nikaha girənlər üçün yeni kabinet yaradılıb. Bütün nikaha girmək üçün müraciət edənlərdən qan analizləri götürülür və analizlər Bakıya göndərilir.

  • Oğuz rayon Mərkəzi Xəstəxanasının USM otağı
    Oğuz rayon Mərkəzi Xəstəxanasının USM otağı
    © Sputnik / Irade CELIL
  • Oğuz rayon Mərkəzi Xəstəxanası
    Oğuz rayon Mərkəzi Xəstəxanası
    © Sputnik / Irade CELIL
  • Məcid Əliyev, Şəki rayon Mərkəzi Xəstəxanasının baş həkimi
    Məcid Əliyev, Şəki rayon Mərkəzi Xəstəxanasının baş həkimi
    © Sputnik / Irade CELIL
  • Şəki rayon Mərkəzi Xəstəxanası
    Şəki rayon Mərkəzi Xəstəxanası
    © Sputnik / Irade CELIL
  • İradə Məmmədova, Oğuz rayon Mərkəzi Xəstəxanasının baş həkim müavini
    İradə Məmmədova, Oğuz rayon Mərkəzi Xəstəxanasının baş həkim müavini
    © Sputnik / Irade CELIL
1 / 5
© Sputnik / Irade CELIL
Oğuz rayon Mərkəzi Xəstəxanasının USM otağı

İ. Məmmədovanın sözlərinə görə, indiyədək nikaha girənlər arasında heç bir xəstəlik aşkarlanmayıb: "Daha çox endekronoloji xəstələr və şəkər xəstələri müraciət edirlər. Son illərdə xəstəxanada ana və körpə ölümü qeydə alınmayıb".

Bütün xəstəxanalarda olduğu kimi, Oğuz Rayon Xəstəxanasında da müəyyən kadr çatışmazlığı var: "Xəstəxanada 23 vakant yer var. Gənclər rayonlarda işləmək istəmirlər. Xəstəxanamıza başqa bölgələrdən də xəstələr müraciət edirlər. Rayon turizm ərazisi olduğu üçün bura turistlər də müraciət edirlər".

İnsanları da təbiəti qədər gözəl olan rayon

Qalacağımız məkan Şəkidə oldğu üçün, əvvəlcə Balakən rayonuna getməyi qərara aldıq. Yol uzaq olsa da, Balakəni görmək çox maraqlı idi. Bu rayonun insanları da təbiəti qədər gözəldir — sakit, səmimi və gülərüz.

Balakən Rayon Mərkəzi Xəstəxanasının bünövrəsi 2007-ci ildə qoyulub. 2011-ci ildə istifadəyə verilən xəstəxana, ucqar rayon hesab edilən Balakən üçün əlamətdar hadisə olub. Çünki belə bir xəstəxananın tikilib istifadəyə verilməsi, dövlətin Balakən əhalisinə verdiyi dəyərin nümunəsi idi.

Xəstəxananın baş həkimi Hacı Ömər Nuriyevin sözlərinə görə, əvvəllər xəstəxana köhnə binada fəaliyyət göstərirmiş: "Xəstəxana tikiləndən sonra artıq bu xəstəxanada bütün şöbələr fəaliyyət göstərir. Xəstəxanada 15 şöbə — uşaq şöbəsi, stamatoloji kabinet və digər şöbələr var. Həmin şöbələrin hamısında bütün ixtisaslar üzrə kadrlar yerləşdirilib. Həkimlərimizin çoxu xarici ölkələrdə kurslar keçmiş həkimlərdir".

"Xəstəxanada cərrahi əməliyyatlar da həyata keçirilir. Öd kisəsi, mədə-bağırsaq, sidik-cinsiyyət sistemi xəstəlikləri, müəyyən xəsarətlə daxil olmuş cərrahi xəstələrin hamısı əməliyyat edilir", — baş həkim bildirdi.

Xəstəxanada doğum şöbəsi də fəaliyyət göstərir. Bu şöbədə qeysəriyyə əməliyyatları da həyata keçirilir. Poliklinika şöbəsində də müəyyən kabinetlər var. Xəstəxanada vərəm kabineti, rentgen, fizioterapevtik kabinetlər fəaliyyət göstərir.

Şöbə müdiri bildirir ki, burada əhalinin kütləvi müayinəsi də aparılır: "Fevral-may aylarında əhaliyə xidmət məqsədi ilə onların kütləvi müayinəsi aparılmışdı. 63 mindən çox insan müayinədən keçib. Onların arasında müxtəlif xəstəliklər aşkar edilib və müəyyən hissəsi ambulator müalicə alıb, müəyyən hissəsi stasionarlarda, müəyyən hissəsi isə — 200 nəfərə yaxın xəstə Bakı şəhərinə müalicəyə göndərilib".

Yeni nikaha daxil olanlar üçün xüsusi kabinet

Xəstəxanada cəmi 7 vakant yer var. Bura 3 ailə həkimi və 4 digər ixtisas həkimi daxildir — onkoloq, uroloq, lor, əczaxana işçisi. Xəstəxanada 148 həkim, 504 nəfər isə orta-tibb işçisi çalışır.

"Qalan vakansiyaların bu il dolacağını düşünürük. Balakəndə çoxlu sayda gənc həkim çalışır. Onlara müəyyən imtiyazlar da göstərilir. Vaxtilə bizim xəstələrin çoxu Bakıya, Tiflisə gedirdi. İndi xəstəxana müasir standartlara uyğundur. Laboratoriya, USM, Rentgen və digər şöbələr xəstələrin xidmətindədir", — şöbə müdiri qeyd etdi.

Balakən rütubətli rayon olduğu üçün, əsasən ağciyər xəstəlikləri, bronxit, oynaq xəstəlikləri-revmatid ilə xəstəxanaya müraciət olunur. Balakəndə əvvəllər yod çatışmazlığı ilə əlaqədar zob xəstəliyi daha çox yayılmışdı.

Baş həkim bildirir ki, əvvəllər məktəblərdə yoxlamalar zamanı uşaqların 30-40 faizində zob aşkar edilirdi: "Son illərdə isə bu xəstəlik çox azalıb. Bu da yodlaşdırılmış duzun istifadəsindən sonra baş verib. İndi rayonda, demək olar ki, zob xəstəsi olan uşaq yoxdur".

Xəstəxanada yeni nikaha daxil olanlar üçün tibbi arayışın verilməsi məqsədilə müayinə xüsusi kabinet də fəaliyyət göstərir: "Yeni ailə quracaq şəxslərdən qan analizləri götürülür. Hər iki gündən bir Bakıdan maşın gəlir, qanlar Bakıya aparılır və müayinə olunur. Nəticələrdə daha çox talassemiya və digər xəstəliklər aşkar edilib.

Son zamanlar ölkə gündəmində olan ana və uşaq ölümləri Balakən mərkəzi xəstəxanasında çox az baş verir. Baş həkim bildirir ki, doğuş zamanı ana və körpə ölümləri çox azalıb: "Bizdə 10 ilə yaxındır ki, ana ölümü baş vermir. Uşaq ölümü əvvəllər Balakəndə çox olardı. Bu, bəzən 30-40 promilliyə çatardı. Hal-hazırda isə bu göstərici 2-3 nəfər səviyyəsinə düşüb. Bu da 0,3-0,4 promilli olur. Həkimlərimiz əlindən gələni edirlər. Hamilələrin vaxtında qeydiyyata alınması, risk qrupuna alınması, onların nəzarətdə saxlanılmasının böyük əhəmiyyəti var. Çünki hamilə doğuşa gələn zaman doğuşa təhkim olunmuş həkim bilir ki, onun xəstəsində hansı patalogiya var, o, doğuşa getməlidir və ya qeysəriyyə əməliyyatına aparılmalıdır".

"Bizdə 54 kənd var. Hamısı mama-ginekoloqlar arasında bölüşdürülüb. Hər 15 gündən bir həkimlər kəndlərə gedib, qadınları müayinə edir, lazım olarsa, bura gətirirlər. Lazım olarsa, Şəki Perinetal Mərkəzə, bəzilərini isə Bakıya göndəririk", — baş həkim qeyd etdi.

Müasir avadanlıqlarla təchizat

Səfərimizin ertəsi günü Şəki Rayon Mərkəzi Xəstəxanasına yollandıq. Bu xəstəxana 2011-ci ildə istifadəyə verilib. Xəstəxanada hemodializ, poliklinika şöbəsi, cərrahiyyə, reanimasiya və digər şöbələr fəaliyyət göstərir.

Mərkəzi Xəstəxananın baş həkimi Məcid Əliyevin sözlərinə görə, hemodializ şöbəsində hal-hazırda 40-a yaxın xəstə hemodializ alır. Xəstələr arasında ölkənin digər bölgələrindən gələnlər də var: "Əvvəllər Şəkidə bu şöbə olmadığına görə, xəstələr Qəbələ, Zaqatala və digər rayonlara gedirdilər. 2011-ci ildən sonra artıq vətəndaşlar öz rayonlarında hemodializ alırlar. Bununla yanaşı, xəstəxanada göz xəstəlikləri şöbəsi, onkologiya şöbəsi fəaliyyət göstərir ki, bura gələn xəstələr xidmətlərdən istifadə edirlər".

Xəstəxana tam avadanlıqla təchiz edilib. Burada mərkəzləşmiş oksigen stansiyası əhalinin istifadəsinə verilib. Xəstəxanada kompüter-tomoqrafiya, rentgeneoloji, ultrasəs müayinə avadanlıqları yüksək və işlək vəziyyətdədir. Burada Türkiyədə ixtisasartırma kurslarından keçən, həmçinin Prezident tərəfindən "əməkdar tibb işçisi" adına layiq görülən həkimlər var.

Xəstəxanada 450-ə yaxın həkim ştatı var və əksəriyyəti tutulub. Həkimlər Şəki əhalisi ilə yanaşı, qonşu rayonlardan müraciət edən xəstələrə, o cümlədən Şəkidə fəaliyyət göstərən hərbi hissələrə də xidmət göstərirlər. Xəstəxanada bütün ixtisaslar üzrə 1-2 vakant yer var. Vakant yerlər elan edilir və işləmək istəyən həkimlər müraciət edirlər.

M. Əliyevin sözlərinə görə, Şəki rayonu endemik zona olduğu üçün, daha çox endokronoloji şöbəyə müraciətlər edilir. Endokronoloji şöbənin müdiri hal-hazırda "tibb elmləri doktoru" adını alıb. Şəki Mərkəzi Xəstəxanasında onkologiya şöbəsində kimyaterapiya, müəyyən cərrahi əməliyyatlar da aparılır.

177
Teqlər:
Balakən Rayon Mərkəzi Xəstəxanası, Oğuz rayon Mərkəzi Xəstəxanası, Şəki Rayon Mərkəzi Xəstəxanası, xəstə, Səhiyyə Nazirliyi, Şəki, xəstəxana
Əlaqədar
Sahibsiz it 23 yaşlı oğlanı xəstəxanalıq etdi
Diktor Sabir Ələsgərov xəstəxanaya yerləşdirilib
Suriyada məktəb və xəstəxanalara endirilən zərbələr nəticəsində 50 nəfər ölüb
Gəncə şəhərində qadın yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib
Saatlıda qidadan zəhərlənən qadın bir həftə sonra xəstəxanada ölüb
Bakıda məşhur xəstəxananın "kimsəsizlər" palatasından reportaj
Vitaminlər, arxiv şəkli

B2 vitamini hansı problemlərə səbəb olur?

21
Həzm sistemi də B2 vitamini çatışmazlığından da əziyyət çəkə bilər. Bu zaman maddələr mübadiləsi pozulur.

BAKI, 29 noyabr — Sputnik. Perdana Universitetinin mütəxəssisləri B2 vitamini çatışmazlığını təhlükəsi barədə danışıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, alimlər, vitamin B2 və ya riboflavinin antioksidan xüsusiyyətlərə sahib olduğunu, sərbəst radikalları təsirsiz hala gətirə bilmə qabiliyyətinə malik olduğunu və bəzi xəstəliklərin yaratdığı oksidləşmə zərərini azalda bildiyini qeyd edib. 

Yüksək səviyyədə sərbəst radikallar hüceyrələrə və toxumalara zərər verə bilər. Bu isə sonradan xərçəng, ürək-damar xəstəlikləri, diabet və Alzheimer xəstəliyi riskini artırır.

Eyni zamanda riboflavinin çatışmazlığı artan oksidləşdirici stres ilə əlaqədardır. Bu da hematopoetik sistemin funksiyaların pisləşməsinə, anemiya və eritroid hipoplaziyasına səbəb ola bilər.

Həzm sistemi də B2 vitamini çatışmazlığından da əziyyət çəkə bilər. Bu zaman maddələr mübadiləsi pozulur.

Bununla yanaşı mütəxəssislər bu maddənin orqanizm üçün lazımlı miqdarda olmamasının miqrenə, saç tökülməsinə, katarakta səbəb olduğunu qeyd edib.

21
Poz verən qadınlar, arxiv şəkli

Əvvəldən idi hüsnü-camalı... ya ucuz iynə ilə burun itirənlər

73
(Yenilənib 21:53 29.11.2020)
"Qan burun damarında dövr edə bilmədiyindən, qarşısı tıxandığından həmin yerdə tədricən göyərmə, nekrozlaşma, el arasında dediyimiz çürümə baş verir".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 29 noyabr — Sputnik. Son vaxtlar sosial şəbəkələrdə burunun formasının əməliyyatsız dəyişdirilməsi ilə bağlı kosmetoloji xidmətlər təklif olunur. Burun korreksiyası adlanan bu xidmətə tələbat, demək olar ki, xeyli yüksəkdir. Rinoplastika əməliyyatı etdirməyə maddi imkanları olmayan və buna risk etməyən şəxslər kosmetoloqlara üz tutaraq burunlarını korreksiya etdirirlər. Bu kosmetoloji xidmətə günü-gündən artan maraq fəsadları ilə bağlı şikayətləri də artırıb. Sosial şəbəkələrdə burun korreksiyasından sonra burun nayihəsi nekrozlasan qadınların çoxsaylı şəkilləri yayılır. Onlar kosmetoloqlar tərəfindən burun korreksiyası etdirdikdən sonra burunlarının çürüdüyündən şikayətlənirlər. Sputnik Azərbaycan mövzunun aktuallığını nəzərə alaraq bu sahədə tanınmış kosmetoloq, Ay VİP Studionun direktoru Aytac Əsədova ilə söhbətləşib.

- Aytac xanım, son vaxtlar burun korreksiyası bir növ dəbə düşüb. Bu kosmetoloji xidmətdən yararlananlar arasında burnunun çürüməsindən şikayətlənənlər də az deyil. Bu kosmetoloji xidmət və onun fəsadları haqqında oxucularımıza məlumat verərdiniz...

- Bu aktual mövzuya toxunduğunuz üçün təşəkkür edirəm. Öncə qeyd edim ki, burun korreksiyası adlandırdığımız kosmetoloji xidmətə tələbat, doğrudan da çoxdur. Gün ərzində biz bəzən 20 belə şəxs qəbul edirik. Onlar arasında təkcə burnunun görünüşündə dəyişiklik etmək istəyənlər yox, rinoplastik əməliyyata müraciət edənlər də var. Bəzən rinoplastik əməliyyat etdirəndən sonra burnun ucunda sallanma olur. Ona görə də, xüsusilə xanımlar kosmetoloqlara müraciət edib burunlarında yaranmış bu qüsurları aradan qaldırmaq üçün burun korreksiyası etdirirlər. Amma qeyd etdiyiniz kimi, bu heç də hər kəsdə uğurlu alınmır. Hətta deyərdim ki, bəzən çox böyük fəsadlara, burnun nekrozlaşmasına gətirib çıxardır.

- Burun korreksiyası zamanı nekrozlaşmaya səbəb olan amil nədir?

- Qeyd etdiyim kimi, burnun formasında dəyişiklik üçün müxtəlif nayihələrə gel vurulur. Bəzən insanlar buna adi kosmetoloji xidmət kimi yanaşırlar. Amma əslində bu çox böyük peşəkarlıq tələb edən kosmetik xidmətdir. Mən öz tələbələrimə də deyirəm ki, burun korreksiyası və işıq dolğusu sizin ən sonda edəcəyiniz iş olmalıdır. Çox təəssüf ki, üz anatomiyasından xəbərdar olmayan, iynə vurmağı bacarmayan şəxslər bu gün kosmetoloq həkim kimi fəaliyyət göstərirlər. Əzələyə iynə vurmağı bacarmayan insanın çox sayda damarın keçdiyi burun nayihəsinə iynə vurması çox təhlükəlidir. Onlar iynəni buruna vurarkən müəyyən tibbi prosedurlara əməl etməlidirlər. İynə buruna yeridildikdən sonra geri çəkilməlidir. Biz şprisin burunda damara düşmədiyinə əmin olmalıyıq. Naşı kosmetoloqlar bunu bilmirlər. Onlar şprisin içindəki geli buruna yeridirlər. Bu zaman həmin gel damara daxil olur. Beləcə damarda qanın dövr etməsinin qarşısını alır. Qan həmin nayihədə damarda dövr edə bilmədiyindən, qarşısı tıxandığından həmin yerdə tədricən göyərmə, nekrozlaşma, el arasında dediyimiz çürümə baş verir.

- Dediklərinizdən belə bəlli olur ki, bu əslində çox riskli bir kosmetik xidmətdir. Bəs bunun müalicəsi mümkündürmü?

- Əlbəttə ki, mümkündür. Amma vaxtında müraciət etmədikdə çox böyük fəsadlar verə bilər. Biz öncə müalicə edərək burun damarına vurulmuş o geli əridib damardan kənarlaşdırmalıyıq. Əks halda çürümənin qarşısını almaq çətin olar.

- Bu xidmətdən yararlanan qadınlara bir peşəkar kimi nə tövsiyə edərdiniz?

- İlk tövsiyəm odur ki, burun korreksiyası ilə bağlı müraciət etdikdə kosmetoloqun peşəkarlığına əmin olsunlar. Bu gün müxtəlif kosmetoloqlar öz Instagram səhifələrində qüsursuz burunları fotoşopla düzəldərək öz əl işləri kimi səhifələrdə yayırlar. Bu şəkilləri görən qadınlar hesab edirlər ki, bu qüsursuz burun onların əl işləridir. Beləcə, aldanaraq burun korreksiyası etdirirlər. Bu zaman fəsadlar ortaya çıxır.

- Burun korreksiyası üçün kosmetoloq hansı biliklərə malik olmaldır?

- İlk növbədə kosmetoloqun mütləq şəkildə tibbi təhsili olmalıdır. Dünən dırnaq qaynaq edənlər, lazer edənlər burun korreksiyası xidməti təklif edirlər. Əlbəttə ki, bu yolverilməzdir. Kosmetoloq hansısa sertifikatı alıbsa, bu onun peşəkarlığına dəlalət etmir. Kosmetoloq həkim kimi fəaliyyət göstərənlərin mütləq şəkildə tibbi biliyi olmalıdır. Bu bilikləri olmasa, onlar, əlbəttə ki, iynəni üzün hansı nahiyəsindən vurmağın fəsadlara səbəb olacağını bilməyəcəklər. Çox təəssüf ki, bu gün adi evdar qadınlar da işsizlik problemlərini həll etmək üçün kosmetoloq kimi fəaliyyət göstərirlər. Bu da qeyd etdiyiniz fəsadların yaranmasına gətirib çıxarır.

- Müasir dövrümüzdə xanımlara göstərilən kosmetik xidmətlərin çeşidi günü-gündən artır. Gözəlləşmək üçün bu yenilikləri sınaqdan keçirənlər arasında arzusuna çatanlar da olur, əks effekt görənlər də. Bu gün ən çox fəsadlar hansı kosmetik xidmətlər zamanı baş verir?

- Dolğulardan istifadəyə günümüzdə tələbat yüksəkdir. Amma çalışmalıyıq ki, istifadə edilən kosmetik məhsullar keyfiyyətli olsun. Biz Səhiyyə Nazirliyinin yoxlamasından keçən kosmetik vasitələrdən yararlanırıq. Bəzən bizim mərkəzin qapısını döyüb aşağı qiymətə müxtəlif kosmetoloji məhsullar təklif edənlər olur. Amma biz onları qəbul etmirik. Bu məsələ həm də kosmetoloqun insafına bağlı məsələdir. Çox arzu edərdim ki, bu məsələyə aidiyyatı qurumlar tərəfindən nəzarət artırılsın. Tibbi təhsili olmayanların kosmetoloq kimi fəaliyyətinə icazə verilməməlidir. Bu zaman biz kosmetik xidmətlərlə bağlı fəsadlara, şikayətlərə də az rast gələrik.

73
Teqlər:
dəb, rinoplastika, çürümə, gözəllik salonu, Bakı, kosmetoloq, iynə, gel, burun
Dieqo Armando Maradona

Maradonanın həkimi ittihamlara cavab verdi

0
(Yenilənib 23:55 29.11.2020)
Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər

BAKI, 29 noyabr - Sputnik. Argentina millisinin sabiq oyunçusu Dieqo Armando Maradonanın həkimi Leopold Luke futbolçunun ölümü barədə ittihamlara reaksiya verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, həkim baş verənlərdə heç kimi, o cümlədən də özünü günahkar bilmir. O həmçinin istintaqla əməkdaşlıq etməyə hazır olduğunu da deyib. Luke vurğulayıb ki, Maradonanın evindəki tibbi heyət futbolçunun alkoqol asılılığından müalicəsi ilə məşğul idi və ürəktutmasının qarşısını ala bilmədi.

Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər.

​Maradona noyabrın 25-də 60 yaşında dünyasını dəyişib. Ölümə səbəb üərk çatışmazlığı səbəbindən ağciyərdə kəskin şişkinlik yaranması olub.

Dieqo Maradona "Barselona", "Napoli", "Nyuells Old Boyz"  klublarında oynayıb. Argentina millisi ilə 1986-cı ildə dünya çempionu olub. Futbol tarixində ən parlaq oyunçulardan hesab olunur.

0
Teqlər:
axtarış, ittiham, həkim, ölüm, Dieqo Armando Maradona