Mikrob əleyhinə maddə

Bu maddə mikrobları 30 saniyədə məhv edir

442
(Yenilənib 12:09 13.06.2016)
Sinqapurlu alimlər mikrob əleyhinə unikal maddə hazırlayıblar.

BAKI, 13 iyun-Sputnik. Sinqapurlu alimlər mikrob əleyhinə unikal maddə hazırlayıblar.

Bu maddə mikrobları nəinki tez bir zamanda məhv edir, həm də antibiotiklərə davamlı bakteriyaların inkişafına mane olur.

Sputnik Trend-ə istinadla xəbər verir ki, İmidazol oliqomer adlı birləşməni Sinqapur Biomühəndislik və Nanotexnologiyalar İnstitutunun alimləri yaradıblar. Əldə edilmiş birləşmə cəmi 30 saniyədə E. Coli bakteriyalarının 99,7 faizini məhv edir.

Sinqapur alimlərinin elmi işinin nəticələri "Small" jurnalında dərc edilib.

Zənciri xatırladan molekulyar struktur nəticəsində imidazol oliqomerlər bakteriyanın hüceyrə membranına daxil olaraq onu dağıdır və antibiotiklərə davamlı ştamların çoxalmasına yol vermir. Maddə öz effektivliyini antibiotiklərə davamlı "Staphylococcus aureus", "Pseudomonas aeruginosa" və "Candida albicans" kimi bakteriya və göbələklərdə də göstərib. O, 2 dəqiqədən az müddətdə bu mikrobların 99,9 faizini məhv edib.

Yeni birləşmə triklozana — sabun və diş məcunu kimi adi gigiyenik vasitələrin tərkibindəki komponentə alternativ olaraq yaradılıb. Suda əriyən ağ toz formasında hazırlanan bu maddə evlərdə və xəstəxanalarda sterilizə məqsədilə işlədilən spirtli spreylərdə də istifadə edilə bilər.

442
Teqlər:
Pseudomonas aeruginosa, Candida albicans, bakteriya, mikrob, Biomühəndislik və Nanotexnologiyalar İnstitutu, Sinqapur
Əlaqədar
Avropada ölümcül virus qeydə alınıb
Yeniyetmələri öldürən dəhşətli virus
Hər gün 225 mindən çox yeni virus qeydə alınır
Bu xəstəlik hər üç qadından birində var
Doğum tarixi ilə xəstəlik risklərini hesablamaq olar
Gürcüstanda epdimioloji vəziyyət

Gürcüstanda COVID-19-un üçüncü dalğası başlayıb

3
Son sutka ərzində Gürcüstanda 707 nəfərdə koronavirus təsdiqlənib. Bununla da ölkədə COVID-19 xəstələrinin ümumi sayı 288 min 396-ya çatıb.

BAKI, 11 aprel - Sputnik. Gürcüstanda koronavirusun üçüncü dalğası başlayıb. Hökumət üçüncü dalğanın daha böyük fəsadlara səbəb olmaması və genişmiqyaslı epidemiyaya çevrilməməsi üçün tədbirlər görür.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze məlumat verib. Baş epidemioloq cəmiyyəti tətbiq olunan qaydalara riayət etməyə çağırıb.

Məlumat üçün qeyd edək ki, son sutka ərzində Gürcüstanda 707 nəfərdə koronavirus təsdiqlənib. Bununla da ölkədə COVID-19 xəstələrinin ümumi sayı 288 min 396-ya çatıb. Onların da 277 min 303-ü müalicə olunub. Koronavirusdan son sutka ərzində 8 nəfər dünyasını dəyişib.

3

Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

9
(Yenilənib 20:22 11.04.2021)
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 956, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 582 nəfərdir.

BAKI, 11 aprel - Sputnik. Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 23 538 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 956, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 582 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 177 087, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 758 275, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 418 812 təşkil edir.

9
Нож в руке мужчины, фото из архива

Qazax sakini həmkəndlisi tərəfindən bıçaqlandı

0
(Yenilənib 00:00 12.04.2021)
37 yaşlı kişini mübahisə zəminində həmkəndlisi bıçaqlayıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

BAKI, 11 aprel - Sputnik. Qazaxda bıçaqlanma hadisəsi baş verib.

APA bildirir ki, hadisə rayonun Şıxlı kəndində qeydə alınıb.

Kənd sakini, 1984-cü il təvəllüdlü Məmmədov Zaur Seyfəddin oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat olunub, vəziyyətin kafi olduğu bildirilib.

Məlumata əsasən, 37 yaşlı kişini mübahisə zəminində həmkəndlisi bıçaqlayıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

0