Tut ağacı

İnsan orqanizmi üçün çox faydalı 6 bitki

2831
(Yenilənib 23:36 09.05.2016)
İnsan orqanizmi üçün 6 bitkinin faydasını sizə təqdim edirik.

Hər insan səhhətində müxtəlif problemlərlə rastlaşır. Yaranan problemlərdən həllinin bəzən təbii yollarla da tapmaq mümkündür. İnsan orqanizmi üçün 6 bitkinin faydasını sizə təqdim edirik.

Tut:

Tutun yarpağını yağış suyu ilə qaynadıb saçı yumaq saça şəffaflıq gətirir, təmizləyir və ağarmasının qarşısını alır. Tut qurusunun kompotu infaktın dərmanıdır. Qanı az olanların tut qurusunu çox yeməkləri məsləhətdir.

Körpə tut yarpağının iştaha gətirmə xüsusiyyəti var. Bunun üçün onu bişirdikdən sonra bir qədər yağda qovurub duzsuz, gündə bir dəfə (2 ay fasiləsiz) yemək lazımdır. Bu həmçinin dişin dibinin qanamasının, dişlərin çürüməsinin qarşısını alır.

Tutun meyvəsini hər səhər ac qarına yemək qanın tərkibini çox gözəl təmizləyir.

Tut yarpağını qaynadıb başı yumaq və ayaqları vanna etmək orqanizmdə qan dövranının tənzimlənməsini təmin edir.

Qanqal:

Təzə yetişmiş qanqalı soyub yemək çürümə gedən dişlərin sağlamlaşmasına kömək edir, gözün görmə qabiliyyətini artırır.

Kəklikotu:

Kəklikotu qaynadılmış suda çimmək orqanizmdə gedən duzlaşmanın və tərləmənin qarşısını alır. Hədsiz başağrısı olarsa, kəklikotunu qaynadıb başı yumaq lazımdır.

Qriplə əlaqədar burundan, gözdən su gələrsə, öskürək olarsa kəklikotunu qaynadıb buxarını 45 dəqiqə qəbul etmək lazımdır. Dörd gün ard-arda bunu etməklə yüksək nəticə əldə etmək olar.

Zeytun:

Ağızda göbələk xəstəliyi varsa, zeytunun meyvəsinin körpəsini zəylə əzib gündə 4-5 dəfə yaraya çəkib, on dəqiqə saxlamaq lazımdır. Zeytunun meyvələri tam yetişərsə, tumlarını qırıb (on dənə) ləpəsini əzərək ac qarına bir çay qaşığı yemək içkini atmağa kömək edir.

Tərxun:

Tərxunu yarpızla birlikdə qaynadıb saçı yumaq saça həm parlaqlıq bəxş edir, həm uzadır, həm də onun tökülməsinin qarşısını alır. Tərxunu qaynadıb üzü yumaq üz qırışığını açır. Tərxunun suyunu içmək tərləmənin qarşısını alır, susuzluğu azaldır.

Uzaq yola dözməyib benzin iyindən ürəyi bulananlar özləri ilə tərxun götürüb yolda iyləməklə bunun qarşısını ala bilərlər.

Gicitkən:

Gicitkən qaynadıb, baş yumaq saç tökülməsinin qarşısını alır. Yaxud ayaqları 10-15 dəqiqə gicitkən qaynadılan suda saxlamaq dırnaqların sağlamlaşmasına, gecə rahat yatmağa kömək edir.

2831
İnsan qanı dolu paketlər, arxiv şəkli

Xərçəng xəstələrinə ümid işığı: Yeni test sağ qalma şansını artıracaq

19
(Yenilənib 23:32 27.11.2020)
"Analiz Qalereyası" Amerikanın "Greil" şirkəti tərəfindən hazırlanıb. Test qanda molekulyar səviyyədə dəyişikliklər tapır və bu da xərçəngin aşkarlanmasına imkan verir.

BAKI, 28 noyabr — Sputnik. İngiltərənin Milli Səhiyyə Xidməti qandan 50 növ xərçəngin erkən əlamətlərini aşkar edən bir testi yoxlayacaq.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, "Qan Analizi Qalereyası" 165.000 xəstə üzərində test ediləcək. Əvvəlki tədqiqatlar diaqnozu çətin olan bir çox xərçəng növünü -  boyun, yumurtalıq və beyin xərçənglərini müəyyən edə bildiyini göstərmişdi.

Yeni testin effektiv olduğu sübut edilərsə, erkən mərhələlərdə xərçəng diaqnozu üçün geniş istifadə ediləcək. Bu, dördüncü mərhələdə xəstəliyin aşkarlanması halları ilə müqayisədə xəstələrin sağ qalma sürətini beş-on qat artıracaq.

"Analiz Qalereyası" Amerikanın "Greil" şirkəti tərəfindən hazırlanıb. Test qanda molekulyar səviyyədə dəyişikliklər tapır və bu da xərçəngin aşkarlanmasına imkan verir.

Milli Səhiyyə Xidməti sınaqların 2023-cü ilə qədər bitməsini planlaşdırır. Bu, 2024-2025-ci illərdə yeni qan testinin geniş yayılmasına imkan verəcək.

19
Teqlər:
İngiltərə, ABŞ, qan, test, xərçəng xəstəliyi
Tərəvəz piştaxtası, arxiv şəkli

COVID-19 xəstələrini tez sağalda bilən qidalar

52
(Yenilənib 22:58 27.11.2020)
Alimlər COVID-19-dan sağalanlar üçün pəhriz tövsiyələri hazırlayıblar. Bu tövsiyyələr C, D vitaminləri və sink ilə zəngin qidaları qəbulunu ehtiva edir

BAKI, 27 noyabr — Sputnik. Britaniya alimləri COVID-19-un müalicəsini sürətləndirən məhsulları müəyyən ediblər. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, qidaların immuniteti gücləndirməsini öyrənən araşdırmaçı Emma Derbşir və Con Delanj qida və qida əlavələrini təhlil ediblər. Araşdırmanın məqsədi COVID-19-dan sonra immuniteti bərpa edən və immuntetə yardım edən qidaları müəyyən etmək olub.

Müəlliflər tibbi qidalanmanın 65 yaşdan yuxarı insanların immunitet sisteminə təsirinə xüsusi diqqət yetiriblər.

İmmunitet sisteminin dörd komponenti var: T-limfositlər, B hüceyrələri, komplement sistemi və faqositlər. Belə ki, bu komponentlər daxil olan virus və bakteriyalara qarşı bir maneə rolunu oynayaraq vücudu infeksiyadan qoruyur.

İmmunitet anadangəlmə və adaptiv olur.

Ancaq hər iki immunitet funksiyası yaşla azalır. "İmmunitet yaşlanması"nın səbəblərindən biri də qida çatışmazlığıdır. Yaşlı insanlar bunu xüsusi immunitet qidası ilə doldurmalıdırlar. Bu, müəlliflərə görə, COVID-19 kimi ağır infeksiyalardan sonra reabilitasiya dövründə xüsusilə vacibdir.

"Zəif pəhriz, protein-enerji çatışmazlığı, vitaminlər və minerallar kimi mikroelement çatışmazlıqları suboptimal immunitet funksiyasına kömək etdiyinə dair kifayət qədər dəlil var. Bəzi pəhriz komponentləri - meyvələr, vitaminlər, antioksidantlar, minerallar və probiotiklər müqaviməti artırmağa kömək edir, tənəffüs viruslarına və xəstəliklərinə qarşı müqavimətdə əhəmiyyətli bir rol oynayır", - deyə tədqiqat müəllifləri yazırlar.

Alimlər COVID-19-dan sağalanlar üçün pəhriz tövsiyələri hazırlayıblar. Bu tövsiyyələr C, D vitaminləri və sink ilə zəngin qidaların qəbulunu ehtiva edir.

C vitamini, tənəffüs sistemi epitelisinin baryer funksiyasını gücləndirir, bu da patogenlərin inkişafını məhdudlaşdırır və alt tənəffüs yollarına enmələrinə maneə törədir.

Tədqiqatçıların fikrincə, bu, sətəlcəmin qarşısını alır. D vitamini güclü bir immunitet tənzimləyicisidir. Bəzi immun hüceyrələrin - B və T limfositlərin, makrofaqların və monositlərin səthində D vitamini reseptorları var, buna görə də bütün tənəffüs xəstəliklərində qoruyucu rol oynayır.

Müəlliflər C vitamini ilə zəngin brokkoli, qara qarağat, zənginləşdirilmiş səhər yeməyi və portağal; sink baxımından zəngin konservləşdirilmiş xərçəng, konservləşdirilmiş lobya və qaynadılmış yumurta və gündə 50 mikroqrama qədər D vitamini əlavələri qəbul etməyi məsləhət görürlər.

Tədqiqatın nəticələri göstərir ki, belə bir pəhriz saxlamaq reabilitasiya müddətini qısaldır və COVID-19-dan sağalmanı sürətləndirir.

52
Teqlər:
immunitet, vitamin, xəstəlik, xəstə, qida, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Dünyanı cənginə almış bəla
Baş nazir Əli Əsədov

İşğaldan azad olunmuş ərazilərlə bağlı konsepsiya Nazirlər Kabinetində müzakirə edilib

0
Videomüşavirədə Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən İqtisadi Şura işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı konsepsiyasının əsas parametrlərini müzakirə edib.

 

BAKI, 28 noyabr — Sputnik. Noyabrın 27-də Baş nazir Əli Əsədovun sədrliyi ilə İqtisadi Şuranın videomüşavirə formatında növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən İqtisadi Şura işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı konsepsiyasının əsas parametrlərini müzakirə edib.

Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafına dair digər məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.

0
Teqlər:
işğaldan azad edilmiş ərazilər, baş nazir, Əli Əsədov, Nazirlər Kabineti