Ağızdan gələn pis qoxu

Pis ağız qoxularından qurtulmaq istəyirsinizsə, oxuyun

10308
(Yenilənib 17:47 03.05.2016)
Mütəxəssislər ağız qoxusundan əziyyət çəkənlərə antiseptik diş pastaları və qarqara təklif edirlər. Həmçinin də bəzi bitkilərin müsbət təsirlərini də unutmaq lazım deyil.

BAKI, 3 may — Sputnik. İnsanın özünə və ətrafındakılara narahatlıq verən ağız qoxusu, burun, ağız, tənəffüs yolu və mədə problemləri nəticəsində ortaya çıxa bilər. Bunlar da çox zaman xroniki infeksiya ilə bağlıdır.

Məsələn, çürük dişlər, diş əti infeksiyaları, xroniki badamcıq (artıq ət) vəzisi iltihabı, xroniki bronxit, ağciyər xəstəlikləri, xroniki qastrit və sinus xəstəlikləri ağız qoxusuna yol açır. Məşhur inancın əksinə olaraq qəbizlik nəfəsin pis qoxumasına səbəb olmur.

Mütəxəssislər ağız qoxusundan əziyyət çəkənlərə antiseptik diş pastaları və qarqara təklif edirlər. Həmçinin də bəzi bitkilərin müsbət təsirlərini də unutmaq lazım deyil.

Sputnik Tabloid-ə istinadla ağız qoxusuna qarşı möcüzəvi təsir göstərən bitki və qarışıqlardan bəzilərini təqdim edir:

1. Kərəviz: Bir litr suya kərəviz yarpağı qatılıb qaynadılır. Bir müddət saxladıqdan sonra süzülüb gün ərzində qarqara edilərək istifadə edilir.
2. Bağayarpağı: Bir litr suyun içinə nazik doğranmış bir yemək qaşığı bağayarpağı, biyan kökü və ling otu yarpağı qatılıb bişirilir. Daha sonra süzərək gün ərzində fasilələrlə qurtumlanaraq cəmi 3 çay fincanı qədər içilir.
3. Turp: Bir litr suyun içinə bir yemək qaşığı rəndələnmiş turp, narıngi qabığı və bir ovuc sünbül qatılıb qaynadılır. Süzərək qarqara edilir.
4.Zəncirotu: Həvəngdəstədə döyülərək toz halına gətirilən bir ovuc zəncirotu kökü bir litr suyun içinə qatılıb qaynadılır. Sonra süzülüb gün ərzində fasilələrlə cəmi 3 çay fincanını keçməmək şərti ilə içilir.
5.Sürünən dirçək: Bir litr suyun içinə incə doğranmış bir ovuc sürünən dirçək otu qatılıb bişirilir. Daha sonra lazım olanda qarqara edilərək istifadə edilir.
6.Ənginar: Bir litr suya bir ovuc qaynadılmış ənginar qatılıb qaynadılır. Süzülüb qarqara edilir.
7. Badam-bal: Həvəngdəstədə döyülən badam bal ilə qarışdırılıb acqarnına bir çay qaşığı yeyilir.
8. Yovşan otu: Bir fincan qaynar suya yarım çay qaşığı yovşan otu atıb soyuduqdan sonra süzərək səhərlər qarqara edilir.

10308
Teqlər:
mədə, ağız, iy, qoxu, xəstəlik
Əlaqədar
Şokoladın qoxusu immuniteti artırır
Bu bitki sizi və evinizi xəstəliklərdən qoruyacaq
Vitamin çatışmazlığı bu xəstəliklərə səbəb olur
Tatu-nun səbəb olduğu qorxunc xəstəlik açıqlandı
Rəqəmli qələm beyin xəstəliklərinə erkən mərhələdə diaqnoz qoyacaq
COVİD-19-da ölən şəxs, arxiv şəkli

Ermənistanda bir gündə 29 nəfər koronavirusdan öldü

7
(Yenilənib 16:50 01.12.2020)
Ermənistanda son gündə daha 29 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 2193 -ə çatıb. Xəstəlikdən sağalanların sayı 110365 nəfər olub.

BAKI, 1 dekabr — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 135967-ə çatıb. Bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 843 nəfər artıb.

Ermənistanda son gündə daha 29 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 2193 -ə çatıb. Xəstəlikdən sağalanların sayı 110365 nəfər olub. Hazırda bu ölkədə 23976 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 63,2 milyonu keçib, 1,47 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

7
Teqlər:
yoluxma, COVID-19, Koronavirus, Ermənistan
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda COVID-19-dan daha 41 nəfər vəfat edib

23
(Yenilənib 15:06 01.12.2020)
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 621, ötən müddət ərzində isə ümumilikdə 1 746 198 test aparılıb.

BAKI, 1 dekabr — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4426 yeni yoluxma faktı qeydə alınıb, 1995 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 41 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 125 602 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 76 897 nəfər müalicə olunaraq sağalıb, 1 433 nəfər vəfat edib, aktiv xəstə sayı 47 272 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 621, ötən müddət ərzində isə ümumilikdə 1 746 198 test aparılıb.

23
Teqlər:
Koronavirus, COVID-19, yoluxma, Vəfat

Azərbaycanda hansı yol hərəkəti qaydaları daha çox pozulur

0
(Yenilənib 19:23 01.12.2020)
Ölkə üzrə ən çox hansı yol hərəkəti qaydalarının daha çox pozulması ilə bağlı statistika açıqlanıb. Siyahıda birinci yeri icazə verilən sürət həddinin aşılması ilə əlaqədar qayda pozuntuları tutur.
İnfoqrafika: Azərbaycanda yol hərəkəti qaydalarının pozulması ilə bağlı statistika
© Sputnik / Elnur Salayev

Azərbaycanın yol polisi əməkdaşları bu ilin yanvar-sentyabr ayları ərzində ölkə yollarında sürücülərin yol hərəkəti qaydalarını pozması ilə bağlı təxminən üç milyon fakt qeydə alıblar. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, qayda pozuntularının üçdə biri icazə verilən sürət həddinin aşılması ilə əlaqədardır.

İkinci yeri nəqliyyat vasitəsini düzgün saxlamamaq və ya səhv yerə park etməklə bağlı cərimələr tutur - 20,7%. Üçüncü yerdə isə yol işarələri və ya nişanlarının tələblərinə əməl etməməklə bağlı qayda pozuntuları durur.

Qeyd etmək lazımdır ki, koronavirus pandemiyası 2020-ci il üzrə yol hərəkəti qayadalarının pozulması statistikasına da öz təsirini göstərib. Tutulan protokolların 4.1%-i nəqliyyatda sanitar-gigiyena və karantin rejimini pozanların payına düşür.

Ümumilikdə sürücülər qayda pozuntuları ilə bağlı dövlət xəzinəsini 93,2 milyon manat həcmində cərimə ödəməli olublar.

Yol hərəkəti qaydalarının pozulması halları ilə bağlı statistika Sputnik Azərbaycan-ın İnfoqrafikasında daha geniş şəkildə öz əksini tapıb.

0