Xəstənin müalicəsi

Azərbaycanda hemofiliyalı xəstələrin sayı açıqlandı

28
2008-ci ildə ambulator şəraitdə müalicə olunan hemofiliyalı xəstələrin sayı 980, stasionar şəraitdə müalicə olunan xəstələrin sayı 577 olubsa, 2015-ci ildə ambulator şəraitdə müalicə olunan hemofiliyalı xəstələrin sayı 2482 olub.

BAKI, 3 may — Sputnik. Azərbaycanda ildən-ilə stasionar şəraitdə müalicə olunan hemofiliyalı xəstələrin sayı azalır, ev və ambulator şəraitdə müalicə olunan hemofiliyalı xəstələrin sayı artır. Trend-in məlumatına görə, bunu Elmi-Praktiki Hemofiliya Mərkəzinin rəhbəri Elmira Qədimova bu gün Mirqasımov adına Respublika Klinik Xəstəxanasında Hemofiliya mövzusuna dair keçirilən dəyirmi masada deyib.

Onun sözlərinə görə, Azərbaycanda ambulator şəraitdə müalicə olunan hemofiliyalı xəstələrin sayı 2008-ci illə müqayisədə artıb. 2008-ci ildə ambulator şəraitdə müalicə olunan hemofiliyalı xəstələrin sayı 980, stasionar şəraitdə müalicə olunan xəstələrin sayı 577 olubsa, 2015-ci ildə ambulator şəraitdə müalicə olunan hemofiliyalı xəstələrin sayı 2482, stasionar şəraitdə müalicə olunan xəstələrin sayı 310 olub. Hazırda mərkəzdə 20 nəfər ağır inhibitorlu (dərəcə) xəstə var.

E.Qədimova deyib ki, 2015-ci ildə 28 böyük cərrahi əməliyyat aparılıb. Azərbaycanda 1500-dən çox hemofiliyalı xəstənin olduğunu açıqlayan E.Qədimova bildirib ki, bu gün Azərbaycanda hemofiliyalı xəstələrin 111 nəfəri 1-5 yaşlı, 226 nəfəri 5-15 yaşlı uşaqlardır: "Bu isə o deməkdir ki, ümumi xəstələrin 22,5 faizi 1-15 yaşlı uşaqlardır".

28
Teqlər:
Elmira Qədimova, xəstə, Respublika Klinik Xəstəxanası, hemofiliya
Əlaqədar
Qıcqırma təhlükəli xəstəlikdən xəbər verə bilər
Bu insanlar yoluxucu xəstəliklə üzə-üzə qalıblar
Böyrək çatışmazlığından əziyyət çəkən xəstənin toyu oldu
Azərbaycanda talassemiya xəstəliyinə ən çox rast gəlinən rayonların adları açıqlanıb
Diktor Sabir Ələsgərov xəstəxanaya yerləşdirilib
Saatlıda qidadan zəhərlənən qadın bir həftə sonra xəstəxanada ölüb
Ekspert: Xəstə öləcəksə, İran klinikasında əməliyyata niyə külli miqdarda pul verilsin?!
Bakıda məşhur xəstəxananın "kimsəsizlər" palatasından reportaj
Sinovac CoronaVac peyvəndi, arxiv şəkli

Azərbaycanda COVID-19-a qarşı peyvəndin vurulacağı tarix açıqlandı

55
(Yenilənib 18:48 15.01.2021)
İbrahim Məmmədov bildirib ki, sərtləşdirilmiş karantin rejiminin yumşaldılıb-yumşaldılmaması barədə isə məlumatı yoxdur.

BAKI, 15 yanvar — Sputnik. Azərbaycanda vaksinasiyanın başlayacağı tarix açıqlanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov TRT Avaz-a müsahibəsində deyib.

O bildirib ki, gələn həftənin əvvəli Azərbaycanda vaksinasiyaya başlanılacaq: "Həm Türkiyə, həm də Azərbaycan Çin istehsalı peyvənd alıb. Azərbaycan Türkiyə ilə eyni vaksinləri alır. Bütün məsələlərdə olduğu kimi, bu məsələdə də Azərbaycan Türkiyə ilə həmrəylik nümayiş etdirdi".

İ.Məmmədov bildirib ki, sərtləşdirilmiş karantin rejiminin yumşaldılıb-yumşaldılmaması barədə isə məlumatı yoxdur.

55
Teqlər:
brifinq, Azərbaycan, peyvənd, Koronavirus, epidemiya, COVID-19
Koronavirus xəstəsi, arxiv şəkli

Şüa ilə koronavirusu müalicə etmək təhlükəlidir

8
(Yenilənib 01:13 15.01.2021)
"Bir insanı radiasiya ilə müalicə etməyə ehtiyac yoxdur. Müxtəlif radiasiya növləri mövcuddur. Rentgen şüaları və ultrabənövşəyi şüaların fərqi çox böyükdür"

BAKI, 15 yanvar — Sputnik. Koronavirusun radiasiya dozaları ilə müalicəsi təhlükəli ola bilər. Radiasiya və ultrabənövşəyi şüalardan səthləri və havanı dezinfeksiya etmək daha yaxşıdır. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə tibb elmləri doktoru, virusoloq Anatoli Altşteyn danışıb.

Rusiya və Özbəkistandan olan elm adamları zəif dozalı radiasiyanın koronavirusu və mutasiyalarını insana zərər vermədən məhv edə biləcəyini müəyyən ediblər.

Bu barədə əvvəllər Ural Federal Universitetinin mətbuat xidməti də məlumat vermişdi.

Universitetdən verilən məlumata görə, COVID-19-a radiasiya təsirinin tədqiqi Ural Federal Universiteti və Özbəkistan Respublikası Elmlər Akademiyasının alimləri tərəfindən aparılır. Birgə tədqiqatlar zamanı yumşaq rentgen və ultrabənövşəyi şüalanmanın koronavirusa təsirinin xüsusiyyətləri aşkar olunub.

"Bir insanı radiasiya ilə müalicə etməyə ehtiyac yoxdur. Müxtəlif radiasiya növləri mövcuddur. Rentgen şüaları və ultrabənövşəyi şüaların fərqi çox böyükdür", - deyə Altşteyn bildirib.

Belə ki, bir insana içindəki koronavirusu öldürə biləcək dozada şüa verilərsə, onun özünə zərər vermək ehtimalı böyükdür.

Virusoloq buna alternativ olaraq qeyd edib: "Səthləri şüalandırmaq ən yaxşı dezinfeksiyadır. Havada bir virusu ultrabənövşəyi şüalarla öldürmək olar". 

8
Teqlər:
təhlükə, radiasiya, şüa, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Yeni tip koronavirus pandemiyası
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusdan peyvənd vurdurur

Ərdoğan koronavirus peyvəndindən sonra: "Sapsağlamam"

0
(Yenilənib 00:05 16.01.2021)
Türkiyə Prezidentinə yanvarın 14-də Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

BAKI, 16 yanvar — Sputnik. Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sputnik Azərbaycan "Hurriyet" nəşrinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

"Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sapsağlamam. 28 gün sonra ikinci iynəmizi vurduracağıq", - deyə Ərdoğan qeyd edib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan canlı yayımda koronavirusa qarşı peyvənd edilib.

Türkiyə Prezidentinə Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

0