Dünya Bankı

Dünya Bankının nümayəndəsi Bakıya gəlib

11
(Yenilənib 16:51 07.04.2016)
Qonaq azərbaycanlı mütəxəssislərlə dünyada səhiyyənin maliyyələşməsi ilə bağlı yanaşmalar, həmçinin Azərbaycanda icbari tibbi sığorta modelinin qurulması istiqamətində fikir mübadiləsi aparıb

BAKI, 7 apr — Sputnik. Dünya Bankının tibbi sığorta üzrə eksperti Tixomir Strizrep Azərbaycan Respublikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) dəvəti ilə Bakıya gəlib. İTSDA-nın mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, qonaq və Agentliyin mütəxəssisləri dünyada səhiyyənin maliyyələşməsi ilə bağlı yanaşmaları, Azərbaycanda icbari tibbi sığorta modelinin qurulması istiqamətində fikir mübadiləsi aparıblar.

Agentliyin direktoru Zaur Əliyev Dünya Bankının eksperti ilə icbari tibbi sığorta modelinin yaradılmasında Azərbaycana davamlı texniki dəstək göstərilməsinə dair müzakirə aparıb. Tixomir Strizrep həmçinin dövlət xəstəxanalarının işi ilə tanış olub.

Qeyd edək ki, Tixomir Strizrep uzun illər Xorvatiyanın Sosial Tibbi Sığorta Fondunun rəhbəri vəzifəsində çalışıb, hazırda Dünya Bankının eksperti kimi bir çox Avropa dövlətinə tibbi sığorta sistemini qurmaqda yardım edir.

11
Teqlər:
İTSDA, Tixomir Strizrep, tibbi sığorta, Zaur Əliyev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Dünya Bankı
Əlaqədar
Bizdə aqrar sığorta niyə "işləmir"?
Gələn ildən Azərbaycanda icbari tibbi sığorta sistemi tətbiq olunacaq
Azərbaycanda yeni agentlik yaradılır
Laboratoriy işçisi, arxiv şəkli

ÜST üç dərmanın sınağını dayandırdı COVİD-19-a qarşı kömək eləmir

149
(Yenilənib 11:51 05.07.2020)
İlkin sınaq nəticələri hidroksixloroxin və lopinavi/ritonavirin COVİD-19 ilə xəstəxanalara yerləşdirilən xəstələr arasında ölüm hallarının azalmasına səbəb olmadığını göstərib

BAKI, 5 iyul – Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus diaqnozu ilə xəstəxanalara yerləşdirilən xəstələrdə hidroksixloroxin (malyariyaya qarşı dərman) və lopinavir/ritonavirin (antiretrovirus dərman) dərmanlarının sınağını dayandırıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə təşkilatın saytında yayımlanan açıqlamada bildirilib.

Bildirilib ki, ilkin sınaq nəticələri hidroksixloroxin və lopinavi/ritonavirin COVİD-19 ilə xəstəxanalara yerləşdirilən xəstələr arasında ölüm hallarının azalmasına səbəb olmadığını göstərdi.

149
Mövzu:
Dünyanı cənginə almış bəla
Koronavirus testi, arxiv şəkli

Göndərişsiz COVID-19 üçün yoxlama aparacaq laboratoriyaların siyahısı genişlənib

89
Həkim göndərişi olmadan koronavirus üçün yoxlama aparacaq laboratoriyaların siyahısı genişləndirilib.

BAKI, 4 iyul - Sputnik. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş, həkim göndərişi olmadan COVID-19 üçün yoxlama aparacaq laboratoriyaların siyahısı genişlənib. 

Bu barədə TƏBİB-dən məlumat verilib. 

Həmin laboratoriyalar bunlardır: 

- Referans kliniki laboratoriya mərkəzi;

- Leyla klinikası;

- Memorial klinikası

- Bona Dea xəstəxanası;

- İnci laboratoriyası;

- Bakı Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi (XTİNM);

- Kaspian Hospital;

- Talassemiya mərkəzi;

- UltraLab.

89
Əməkdar artist Tofiq Hüseynov

Əməkdar artist Tofiq Hüseynov vəfat edib

25
(Yenilənib 20:37 05.07.2020)
Aktyor bir saat əvvəl evində dünyasını dəyişib. Xatırladaq ki, Tofiq Hüseynov xərçəng xəstəliyindən əziyyət çəkirdi.

BAKI, 5 iyul – Sputnik. Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Əməkdar artist Tofiq Hüseynov vəfat edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Akademik Milli Dram teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı məlumat yayıb.

Qeyd edilir ki, aktyor bir saat əvvəl evində dünyasını dəyişib.

Xatırladaq ki, Tofiq Hüseynov xərçəng xəstəliyindən əziyyət çəkirdi.

"Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətovun və teatrın kollektivi adından Tofiq Hüseynovun yaxınlarına dərin hüznlə başsağlığı verir, mərhuma Allahdan rəhmət diləyirik. Tofiq Hüseyov iyulun 6-da öz vəsiyyətinə uyğun olaraq Xırdalan qəbiristanlığında anasının və atasının yanında torpağa tapşırılacaq. Ruhu şad olsun!

Tofiq Əbdülrəhim oğlu Hüseynov 1949-cu il iyun 24-də Bakı şəhərində anadan olmuşdur.

Tofiq Əbdülrəhim oğlu Hüseynov 1971-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirmişdir.Tofiq Hüseynov bir çox teatrların səhnəsində çalışmış, müxtəlif obrazlar oynamışdı. Bunlar: Rza bəy (“O olmasın, bu olsun”,Ü.Hacıbəyov),Əzrayıl (“Bu meydan, bu şeytan”,F.Aşurov),Mərd Mazarov (“Adamın adamı”,Anar),Hacı Namazalı (“Danabaş kəndinin məktəbi” C.Məmmədquluzadə),Tülkü (“Cücələrim” T.Mütəlibbov ),Cəbi (“Hacı Qəmbər”,N.Vəzirov ),Şah Kreon (J.Anuy “Medeya”),Vəzir Zəban (O.Altunbay “Tomris”) obrazlarıdır.

Tofiq Hüseynov 2001-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışır.Teatrın repertuarındakı müxtəlif janrlı tamaşalarda rollar oynayıb.

Onlardan:Komiyonçu “Kəllə”(N.Hikmət),Knyaz Orbeliani “Brüsseldən məktublar”( H.Həsənov),Oqtay “Rəqabət”(B.Vahabzadə),Hacı Kərim “Ölülər” (C.Məmmədquluzadə), Rüstəm xan(“Eloğlu”,A.Şaiq),Qala rəisi(“Xurşidbanu Natəvan”,İ.Əfəndiyev),Bekar Ağabala “Dirilən adam”( Mir Cəlal),Katib “Ölüləri qəbiristanlıqda basdırın”( İ.Şıxlı),Ağamusa Fərəcov “Dəlilər və ağıllılar” (İ.Əfəndiyev),Əcəl “Alın yazısı”( T.Minnullin) və digər obrazları tamaşaçı maraqla qarşılayıb.

Aktyor “Meteranpaj”(Kamayev),”3-mollanın sərgüzəşti”(Mola Vəli),”Şkafda adam”(Ər),Molla Nəsrəddinin lətifələri əsasında eyniadlı əsərin tamaşalarında, “Marş” (Komandir),“Dəvətnamə”(Briqadir),”O dünyadan salamlar”(Əli bəy), “Bahar ərəfəsində”(Direktor) və s.filmlərə çəkilib.

Tofiq Hüseynov 2009-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb", - deyə o bildirib.

25