Təzyiq

Təzyiqi dərmansız aşağı salmağın yolu

5448
(Yenilənib 22:54 01.04.2016)
Arterial təzyiqin xroniki qalxması orqanizmə ciddi ziyan vurur və bir çox pozulmalara yol açır.

BAKI, 1 aprel-Sputnik. Axşam saatlarında qida, çay və spirtli içkiləri qəbul etməyin! 

Sputnik azadqadin.az-a istinadən bildirir ki, arterial təzyiqin xroniki qalxması orqanizmə ciddi ziyan vurur və bir çox pozulmalara yol açır.

Bu səbəbdən özünüzdə tez-tez arterial təzyiqin artmasını müşahidə edirsinizsə, mütləq həkimə müraciət edin. Həkim arterial təzyiqin qalxmasının səbəbini araşdıracaq və bu səbəbdən asılı olaraq sizə lazım olan müalicə təyin edəcək.

İnsanda arterial təzyiqin qalxmasına bəzi xəstəliklər səbəb ola bilər. Bu xəstəliklər arasında:
— Böyrək xəstəlikləri (piyelonefrit, qlomerulonefrit).
— Qalxanvari vəzi xəstəlikləri (tireotoksikoz).
— Böyrəküstü vəzilərin şişləri.
— Ateroskleroz.
— Bəzi ürək və damar xəstəlikləri (ürək qüsurları və s.).
— Baş və onurğa beyini xəstəlikləri və travmaları və s.

Lakin bəzən tam sağlam insanlarda arterial təzyiq tez-tez səbəbsiz olaraq qalxır. Belə insanlar həkimlərə müraciət edir, müayinələrdən keçir və s., ancaq təzyiqin qalxmasına səbəb olan amil aşkar olunmur. Həkimlərin müşahidələrinə görə, bir çox hallarda belə insanlara heç bir xüsusi müalicə tələb olunmur. Sadə qaydalara əməl etməklə onlar təzyiqi normaya sala bilərlər.

Həkimlərin tövsiyələri belədir:

1. Duzun qəbulunu azaldın!

Müasir insanlar həddən artıq çox miqdarda duz qəbul edir. Duz böyrəklərin fəaliyyətini çətinləşdirir və orqanizmdə mayeni saxlayır ki, bu da ödemlərə və təzyiqin qalxmasına səbəb olur.

Bu səbəbdən təzyiqiniz qalxırsa, duzun qəbulunu azaldın. Duzlu, hisə verilmiş qidalar, müxtəlif şorabalar, konservlər, kolbasa-sosis, fast-fud qidaları, çipsi qidalanmadan çıxarılmalıdır. Qidalara daha az miqdarda duz əlavə edin (qida şit olmalıdır). Bir müddətdən sonra siz belə qidalara öyrəşəcəksiniz. Gün ərzində 1 çay qaşığı duzla kifayətlənin.

Nəzərinizə çatdıraq ki, duzdan tam imtina etmək olmaz. Bu da sağlamlığımız üçün ziyanlıdır.

2. Axşam saatlarında qida, çay və spirtli içkiləri qəbul etməyin!

İnsan qidanın əsas hissəsini səhər və günorta saatlarında qəbul etməlidir. Bu halda qida ilə orqanizmə daxil olan kalorilər daha tez sərf olunur, həzm prosesləri normal gedir, orqanizm isə yüklənmir. Axşam saatlarında qəbul olunan qida isə (xüsusilə yatmazdan əvvəl) yalnız artıq çəki və arterial təzyiqinin qalxması kimi problemlərə səbəb olacaq. Şam yeməyi mümkün qədər yüngül olmalıdır (məsələn, salat və ya sıyıq, yoqurt, meyvələr, kefir və s.).

Axşam saatlarında çayın, suyun həddən artıq qəbulu təzyiqin artmasına səbəb olur. Artıq maye böyrəkləri yükləyir ki, bu da təzyiqin artmasına səbəb olur.

3. Daha çox hərəkət edin!

Həkimlərin müşahidələrinə görə, azhərəkətli həyat tərzi hipertoniyanın əsas səbəblərindən biridir. Əgər insan günün bir çox hissəsini oturursa, qanın damarlarda hərəkəti çətinləşir, qan daha "ağır" hərəkət edir, damarlar gərginləşir və bu da təzyiqin artmasına gətirib çıxardır.

Bu səbəbdən insan gün ərzində daha çox hərəkət etməlidir — piyada gəzməli, bədən tərbiyəsi ilə məşğul olmalı, daha az uzunmalı və oturmalıdır.
Üzgüçülük, yoqa təziyiqi çox yaxşı salır.

4. Kifayət qədər yatın və dincəlin!

Normal gecə yuxusu insanın sağlamlığı üçün olduqca önəmlidir. Əgər insan gecələr müxtəlif səbəblərə görə (iş, təhsil, yuxusuzluq və s.) yatmırsa, onun endokrin sisteminin fəzliyyəti pozulur. Hormonal pozulmalar isə bir çox hallarda təzyiqin qalxmasına səbəb olur.

Həkim müşahidələrinə görə, gecə vaxtı 6 saatdan az yatan insanlarda hipertoniya riski artır.

Müasir insanların bir çox hissəsi həddən artıq çox işləyir, yorulur, daim gərgin olur. Gərgin insanın orqanizmində damarlar da gərginləşir və bu da təzyiqin artmasına səbəb olur. Gün ərzində dincəlmək üçün vaxt tapın — mütaliə edin, uzanıb sakit müsiqiyə qulaq asın, açıq havada gəzin və s. Bu gərginliyin azalmasına kömək edəcək.

5. Neqativ xəbərlərdən uzaq olun!

Televizor, İnternet və s. kütləvi informasiya vasitələri gün əzrində insana çoxlu sayda neqativ məlumatları təqdim edir (qətl hadisələri, qəzalar, müharibələr və s.). Belə məlumatlar insanın sinir sistemində gərginlik yaradır, onu daim stress vəziyyətdə saxlayır. Bu isə, təbii ki, təzyiqin artmasına səbəb olur.

6. Düzgün qidalanın, artıq çəki yığmayın!

Piylənmə hipertoniyanın və bir çox digər pozulmaların əsas səbəblərindən biridir.

Təzə meyvə və tərəvəzlərin qəbulu ürək əzələsinə və qan damarlarına çox müsbət təsir edir, onların sağlamlığını qoruyur. Çuğundur və çuğunduq şirəsi, sitrus meyvələri, sarımsaq, qara qarağat, itburnu dəmləməsi damarlar üçün xüsusilə xeyirlidir.

Bundan əlavə insanın qidalanmasında kalium və maqnezium mineralları ilə zəngin olan qidalar olmalıdır. Bu iki mineral ürəyin normal fəaliyyəti üçün olduqca vacibdir. Qarabaşaq, yulaf yarmasından sıyıqlar, lobya, ərik və qara qavalı qurusu, xurma, badımcan, göyərti, qoz-fındıq bu minerallarla zəngindir.

Nəzərinizə çatdıraq ki, sadaladığımız qaydalara daim əməl etmək lazımdır. Yalnız bu halda təzyiqiniz normal səviyyədə olacaq.

5448
Teqlər:
xurma, kalium, qarabaşıq, sarımsaq, çuğundur, təzyiq, qan
Əlaqədar
Qan xərçənginin qarşısını alan meyvə
Vitaminlər, arxiv şəkli

B2 vitamini hansı problemlərə səbəb olur?

21
Həzm sistemi də B2 vitamini çatışmazlığından da əziyyət çəkə bilər. Bu zaman maddələr mübadiləsi pozulur.

BAKI, 29 noyabr — Sputnik. Perdana Universitetinin mütəxəssisləri B2 vitamini çatışmazlığını təhlükəsi barədə danışıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, alimlər, vitamin B2 və ya riboflavinin antioksidan xüsusiyyətlərə sahib olduğunu, sərbəst radikalları təsirsiz hala gətirə bilmə qabiliyyətinə malik olduğunu və bəzi xəstəliklərin yaratdığı oksidləşmə zərərini azalda bildiyini qeyd edib. 

Yüksək səviyyədə sərbəst radikallar hüceyrələrə və toxumalara zərər verə bilər. Bu isə sonradan xərçəng, ürək-damar xəstəlikləri, diabet və Alzheimer xəstəliyi riskini artırır.

Eyni zamanda riboflavinin çatışmazlığı artan oksidləşdirici stres ilə əlaqədardır. Bu da hematopoetik sistemin funksiyaların pisləşməsinə, anemiya və eritroid hipoplaziyasına səbəb ola bilər.

Həzm sistemi də B2 vitamini çatışmazlığından da əziyyət çəkə bilər. Bu zaman maddələr mübadiləsi pozulur.

Bununla yanaşı mütəxəssislər bu maddənin orqanizm üçün lazımlı miqdarda olmamasının miqrenə, saç tökülməsinə, katarakta səbəb olduğunu qeyd edib.

21
Poz verən qadınlar, arxiv şəkli

Əvvəldən idi hüsnü-camalı... ya ucuz iynə ilə burun itirənlər

78
(Yenilənib 21:53 29.11.2020)
"Qan burun damarında dövr edə bilmədiyindən, qarşısı tıxandığından həmin yerdə tədricən göyərmə, nekrozlaşma, el arasında dediyimiz çürümə baş verir".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 29 noyabr — Sputnik. Son vaxtlar sosial şəbəkələrdə burunun formasının əməliyyatsız dəyişdirilməsi ilə bağlı kosmetoloji xidmətlər təklif olunur. Burun korreksiyası adlanan bu xidmətə tələbat, demək olar ki, xeyli yüksəkdir. Rinoplastika əməliyyatı etdirməyə maddi imkanları olmayan və buna risk etməyən şəxslər kosmetoloqlara üz tutaraq burunlarını korreksiya etdirirlər. Bu kosmetoloji xidmətə günü-gündən artan maraq fəsadları ilə bağlı şikayətləri də artırıb. Sosial şəbəkələrdə burun korreksiyasından sonra burun nayihəsi nekrozlasan qadınların çoxsaylı şəkilləri yayılır. Onlar kosmetoloqlar tərəfindən burun korreksiyası etdirdikdən sonra burunlarının çürüdüyündən şikayətlənirlər. Sputnik Azərbaycan mövzunun aktuallığını nəzərə alaraq bu sahədə tanınmış kosmetoloq, Ay VİP Studionun direktoru Aytac Əsədova ilə söhbətləşib.

- Aytac xanım, son vaxtlar burun korreksiyası bir növ dəbə düşüb. Bu kosmetoloji xidmətdən yararlananlar arasında burnunun çürüməsindən şikayətlənənlər də az deyil. Bu kosmetoloji xidmət və onun fəsadları haqqında oxucularımıza məlumat verərdiniz...

- Bu aktual mövzuya toxunduğunuz üçün təşəkkür edirəm. Öncə qeyd edim ki, burun korreksiyası adlandırdığımız kosmetoloji xidmətə tələbat, doğrudan da çoxdur. Gün ərzində biz bəzən 20 belə şəxs qəbul edirik. Onlar arasında təkcə burnunun görünüşündə dəyişiklik etmək istəyənlər yox, rinoplastik əməliyyata müraciət edənlər də var. Bəzən rinoplastik əməliyyat etdirəndən sonra burnun ucunda sallanma olur. Ona görə də, xüsusilə xanımlar kosmetoloqlara müraciət edib burunlarında yaranmış bu qüsurları aradan qaldırmaq üçün burun korreksiyası etdirirlər. Amma qeyd etdiyiniz kimi, bu heç də hər kəsdə uğurlu alınmır. Hətta deyərdim ki, bəzən çox böyük fəsadlara, burnun nekrozlaşmasına gətirib çıxardır.

- Burun korreksiyası zamanı nekrozlaşmaya səbəb olan amil nədir?

- Qeyd etdiyim kimi, burnun formasında dəyişiklik üçün müxtəlif nayihələrə gel vurulur. Bəzən insanlar buna adi kosmetoloji xidmət kimi yanaşırlar. Amma əslində bu çox böyük peşəkarlıq tələb edən kosmetik xidmətdir. Mən öz tələbələrimə də deyirəm ki, burun korreksiyası və işıq dolğusu sizin ən sonda edəcəyiniz iş olmalıdır. Çox təəssüf ki, üz anatomiyasından xəbərdar olmayan, iynə vurmağı bacarmayan şəxslər bu gün kosmetoloq həkim kimi fəaliyyət göstərirlər. Əzələyə iynə vurmağı bacarmayan insanın çox sayda damarın keçdiyi burun nayihəsinə iynə vurması çox təhlükəlidir. Onlar iynəni buruna vurarkən müəyyən tibbi prosedurlara əməl etməlidirlər. İynə buruna yeridildikdən sonra geri çəkilməlidir. Biz şprisin burunda damara düşmədiyinə əmin olmalıyıq. Naşı kosmetoloqlar bunu bilmirlər. Onlar şprisin içindəki geli buruna yeridirlər. Bu zaman həmin gel damara daxil olur. Beləcə damarda qanın dövr etməsinin qarşısını alır. Qan həmin nayihədə damarda dövr edə bilmədiyindən, qarşısı tıxandığından həmin yerdə tədricən göyərmə, nekrozlaşma, el arasında dediyimiz çürümə baş verir.

- Dediklərinizdən belə bəlli olur ki, bu əslində çox riskli bir kosmetik xidmətdir. Bəs bunun müalicəsi mümkündürmü?

- Əlbəttə ki, mümkündür. Amma vaxtında müraciət etmədikdə çox böyük fəsadlar verə bilər. Biz öncə müalicə edərək burun damarına vurulmuş o geli əridib damardan kənarlaşdırmalıyıq. Əks halda çürümənin qarşısını almaq çətin olar.

- Bu xidmətdən yararlanan qadınlara bir peşəkar kimi nə tövsiyə edərdiniz?

- İlk tövsiyəm odur ki, burun korreksiyası ilə bağlı müraciət etdikdə kosmetoloqun peşəkarlığına əmin olsunlar. Bu gün müxtəlif kosmetoloqlar öz Instagram səhifələrində qüsursuz burunları fotoşopla düzəldərək öz əl işləri kimi səhifələrdə yayırlar. Bu şəkilləri görən qadınlar hesab edirlər ki, bu qüsursuz burun onların əl işləridir. Beləcə, aldanaraq burun korreksiyası etdirirlər. Bu zaman fəsadlar ortaya çıxır.

- Burun korreksiyası üçün kosmetoloq hansı biliklərə malik olmaldır?

- İlk növbədə kosmetoloqun mütləq şəkildə tibbi təhsili olmalıdır. Dünən dırnaq qaynaq edənlər, lazer edənlər burun korreksiyası xidməti təklif edirlər. Əlbəttə ki, bu yolverilməzdir. Kosmetoloq hansısa sertifikatı alıbsa, bu onun peşəkarlığına dəlalət etmir. Kosmetoloq həkim kimi fəaliyyət göstərənlərin mütləq şəkildə tibbi biliyi olmalıdır. Bu bilikləri olmasa, onlar, əlbəttə ki, iynəni üzün hansı nahiyəsindən vurmağın fəsadlara səbəb olacağını bilməyəcəklər. Çox təəssüf ki, bu gün adi evdar qadınlar da işsizlik problemlərini həll etmək üçün kosmetoloq kimi fəaliyyət göstərirlər. Bu da qeyd etdiyiniz fəsadların yaranmasına gətirib çıxarır.

- Müasir dövrümüzdə xanımlara göstərilən kosmetik xidmətlərin çeşidi günü-gündən artır. Gözəlləşmək üçün bu yenilikləri sınaqdan keçirənlər arasında arzusuna çatanlar da olur, əks effekt görənlər də. Bu gün ən çox fəsadlar hansı kosmetik xidmətlər zamanı baş verir?

- Dolğulardan istifadəyə günümüzdə tələbat yüksəkdir. Amma çalışmalıyıq ki, istifadə edilən kosmetik məhsullar keyfiyyətli olsun. Biz Səhiyyə Nazirliyinin yoxlamasından keçən kosmetik vasitələrdən yararlanırıq. Bəzən bizim mərkəzin qapısını döyüb aşağı qiymətə müxtəlif kosmetoloji məhsullar təklif edənlər olur. Amma biz onları qəbul etmirik. Bu məsələ həm də kosmetoloqun insafına bağlı məsələdir. Çox arzu edərdim ki, bu məsələyə aidiyyatı qurumlar tərəfindən nəzarət artırılsın. Tibbi təhsili olmayanların kosmetoloq kimi fəaliyyətinə icazə verilməməlidir. Bu zaman biz kosmetik xidmətlərlə bağlı fəsadlara, şikayətlərə də az rast gələrik.

78
Teqlər:
dəb, rinoplastika, çürümə, gözəllik salonu, Bakı, kosmetoloq, iynə, gel, burun
Dieqo Armando Maradona

Maradonanın həkimi ittihamlara cavab verdi

0
(Yenilənib 23:55 29.11.2020)
Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər

BAKI, 29 noyabr - Sputnik. Argentina millisinin sabiq oyunçusu Dieqo Armando Maradonanın həkimi Leopold Luke futbolçunun ölümü barədə ittihamlara reaksiya verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, həkim baş verənlərdə heç kimi, o cümlədən də özünü günahkar bilmir. O həmçinin istintaqla əməkdaşlıq etməyə hazır olduğunu da deyib. Luke vurğulayıb ki, Maradonanın evindəki tibbi heyət futbolçunun alkoqol asılılığından müalicəsi ilə məşğul idi və ürəktutmasının qarşısını ala bilmədi.

Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər.

​Maradona noyabrın 25-də 60 yaşında dünyasını dəyişib. Ölümə səbəb üərk çatışmazlığı səbəbindən ağciyərdə kəskin şişkinlik yaranması olub.

Dieqo Maradona "Barselona", "Napoli", "Nyuells Old Boyz"  klublarında oynayıb. Argentina millisi ilə 1986-cı ildə dünya çempionu olub. Futbol tarixində ən parlaq oyunçulardan hesab olunur.

0
Teqlər:
axtarış, ittiham, həkim, ölüm, Dieqo Armando Maradona