Gicitkan

Siz nədən əziyyət çəkirsizsə, gicitkən məhz onun dərmanıdır

15586
(Yenilənib 11:20 21.03.2016)
Fizuli Hüseynov: "Gicitkənin tərkibi bir Mendeleyev cədvəlidir".

BAKI, 20 mart-Sputnik. Baharda təbiət canlanır, min bir dərdin dərmanı olan bitkilər də torpaqdan başlarını çıxarmağa başlayırlar. Biz oxuculara gicitkəndən danışmaq istəyirik. Dalamağı ilə bizi əsəbləşdirən gicitkən əslində çox faydalı bir bitki olduğu üçün, onu adamların dostu da adlandıra bilərik. Təzə gicitkənin faydaları onun qurusundan çox olduğu üçün, sizə təzə gicitkən mövsümünü qaçırmamağı tövsiyə edirik. 

Bitkilər üzrə mütəxəssis Fizuli Hüseynov deyir ki, "gicitkənin tərkibi bir Mendeleyev cədvəlidir". Sanki bütün vitamin və minerallar bu bitkinin içinə qoyulub.

"İndi yaz gəlir insan orqanizmi qışdan çıxanda bədəndə vitamin-mineral əksikliyi əmələ gəlir, əsasən də uşaqlarda. Deməli, əlinizə rezin əlcək geyinib gicitkəni dərin suda yuyun və qayçi ilə doğrayıb bir stəkanın yarsına qədər tökün, üstünə su əlavə edib blenderlə qarışdırın, təzə gicitkən şirəniz hazırdır. Bu şirədən gündə 2 stəkan, yeməkdən əvvəl 1 stəkan için. Bu, insan bədənində çatmayan bütün vitaminləri və mineralların yerini dolduracaqdır. Əsasən də dəmirlə zəngindir, anemiyalı xəstələr sizin üçün çox faydalıdır." — deyə mütəxəssis bildirir.

Onun sözlərinə görə, təzə gicitkən şirəsi damarlarda oksigenin miqdarını artırır və toxumaların qidalanmasını yaxşılaşdırır, qəbizliyi aradan götürür, böyrəklərin daş və qumlarını təmizləyir. Təzə gicitkən şirəsi dərini təravətləndirir, immuniteti artırır, Bundan başqa təzə gicitkəndə zəngin K vitamini vardır. Bu vitamin təzə qan yaradır və sümük iliyində problemlər olanlar üçün faydalıdır. Təzə gicitkəni dərin, süpürgə kimi düzəldin, saunada və ya hamamda dizlərinizi, belinizi təzə gicitkənlə döydürün. Revmatizmdə, bel ağrılarında və orqanizmi qüvvətləndirmək üçün çox faydalıdır (tələbə vaxtı bunu çox etmişik). Təzə gicitkəni ət maşınından keçirin, tökülmüş saçların yerinə lopa kimi qoyun, yeni tük gətirəcək, olan saçlarınızı qalınlaşdıracaq. Bunu zob üzərinə qoyanda düyünlər kiçilir. bunu daban mahmızı üzərinə qoyanda mahmız kiçilir, bu oynaqların duzlaşmasında oynaq üzərinə qoyulur, bunu podaqra üzərinə qoyanda şiş kiçilir, belin alt tərəfində tüklər bədənə girib infeksiya törədirlər (çox təhlükəli olur) bunu həmin büzdümün üstünə qoyanda keçir, bunu dəmrovların üzərinə qoyanda dəmrov və ekzema əhəmiyyətli dərəcədə azalır, bunu lipomaların üstünə qoyanda kiçilir.

Təzə gicitkən şirəsini 10 gün içib 1 həftə fasilə vermək lazımdır, çünki qanı qatılaşdıra bilər. Gicitkən kökləri prostat vəzin adenomasında (şişlərində) çay kimi dəmlənilib içilir.

15586
Teqlər:
Mendeleyev, gicitkən, mineral, bitki, vitamin, dərman
Əlaqədar
Bu bitki sizi və evinizi xəstəliklərdən qoruyacaq
Bu bitki sizi bağırsaq xərçəngindən və qəbizlikdən xilas edə bilər
Qadınları qoruyan bitki
Görün xiyar nə qədər faydalı bitkidir
Möcüzəvi bitki: təkcə meyvə deyil, bir şəfa mənbəyidir
Qanda qlükozanın miqdarının yoxlanılması

Şəkərlə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar

8
(Yenilənib 23:07 16.01.2021)
"Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".

BAKI, 16 yanvar — Sputnik. "Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "Virtual Diabet Məktəbi" layihəsi üzrə Anlaşma Memorandumunun imzalanması mərasimində deyib. O bildirib ki, diabetlə əlaqəli fəsadlaşmaların sayının artması universal tibbi təminat baxımından dövlət büdcəsinə ağır maliyyə yükü yaradır:

"İlkin profilaktik tədbirləri və əhali arasında maarifləndirməni gücləndirməklə xəstəliklə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar. Bu baxımdan Anlaşma Memorandumu mənfi tendensiyanı müsbətə doğru çevirməkdə yeni imkanlar açır".

Agentliyin İdarə Heyətinin sədri deyib ki, hər il dünyada ölümlərin 11.3%-i şəkərli diabetlə bağlı olur.

8
Laboratoriya işçiləri, arxiv şəkli

Azərbaycanda COVID-19-a qarşı Vaksinasiya Strategiyası təsdiqlənib

5
Bu gün Azərbaycanda vaksinasiyanın yanvarın 18-də başlanacağı məlum olub. Peyvəndləmə iki mərhələdə aparılacaq.

BAKI, 16 yanvar - Sputnik. Baş Nazir Əli Əsədov “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nı təsdiq edib.

Sputnik Azərbaycan bildirir ki, Nazirlər Kabinetinin saytında dərc olunmuş sənədə görə, Strategiyanın Tədbirlər Planında nəzərdə tutulmuş icraçı orqanlar (qurumlar) zəruri tədbirlərin müəyyən edilmiş müddətlərdə yerinə yetirilməsini təmin etməli və işlərin gedişatı barədə məlumatları mütəmadi olaraq Nazirlər Kabinetinə təqdim etməlidirlər.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, bu gün Azərbaycanda vaksinasiyanın yanvarın 18-də başlanacağı məlum olub. Peyvəndləmə iki mərhələdə aparılacaq. Öncə səhiyyə işçiləri və 65 yaşdan yuxarı şəxslər, hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət; ikinci mərhələdə isə tibbi cəhətdən yüksək risk qrupu; 50 yaş və daha yuxarı, ən az bir xroniki xəstəliyi olan şəxslər; təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar və digərləri vaksinasiya olunacaqlar.

 

5
Teqlər:
Nazirlər Kabineti, strategiya, vaksinasiya, vaksin, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya
Rəssamın rəngləri və fırçaları, arxiv şəkli

Adi karandaşla canlı kimi görünən qəhrəmanlarımız: bunlar 14 yaşlı uşağın əl işidir - FOTO

17
(Yenilənib 23:32 16.01.2021)
Yardımlıdan olan yeniyetmə Vətən müharibəsi şəhidlərinin portretlərini sadə karandaşla yaradır. O inanır ki, gələcəkdə məşhur fırça ustası olacaq

BAKI, 16 yanvar - Sputnik, Kəmalə Əliyeva. Akademik təhsilinin olmamasına rəğmən, on dörd yaşlı Səməd İskəndərli karandaşla unikal əsərlər yaradır. O, daha çox Qarabağ müharibəsinin qəhrəmanlarının portretlərini çəkir. Sputnik Azərbaycan bildirir ki, gənc rəssam üçün hazırda ən böyük çətinlik işləmək üçün şəraitin olmaması və rassam ləvazimatlarının yoxluğudur. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

Səməd Yardımlı rayonunun Sırıq kəndində yaşayır. O, rəsmlə uşaqlıqdan maraqlanır. Maliyyə problemlərinə görə ailəsi ona inkişaf etməkdə yardım edə bilmir. Müəllimlə çalışmaq imkanı olmayan Səməd internetdə müxtəlif videoçarxlara baxaraq öyrənir. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

"Təəssüf ki, valideynlərim mənə rəssamlıq üçün lazım olanları ala bilmirlər, çünki bu ləvazimatlar çox bahadır. Əvvəl ancaq sadə karandaşla çəkməyə başladım. Sonra mənim xaricdə yaşayan dostum tanışları vasitəsilə mənə rəngli karandaşlar göndərdi, indi də onlardan istifadə edirəm. Onun sayəsində öz üzərimdə daha çox işləmək arzusu yarandı", - Səməd deyir.

© Photo : Courtesy of Samed Iskenderli
Səməd İskəndərli

Gənc istedad qohumlarını, tanışlarını, müxtəlif filmlərin qəhrəmanlarını çəkir. Son işləri isə Vətən müharibəsinin qəhrəmanlarına həsr olunub. Onun sözlərinə görə, hər dəfə şəhidlərin portretlərini yaradanda böyük məsuliyyət hiss edir və çalışır ki, hər yeni işi öncəkindən daha yaxşı alınsın. 

Səməd əmindir ki, gələcəkdə məşhur rəssam olacaq və onun əsərlərini hər kəs tanıyacaq. 

17
Teqlər:
Yardımlı, yeniyetmə, rəssam, Qarabağ
Mövzu:
Sözlə deyə bilmədiklərimizin izharı - sənət