xərçəng hüceyrələri

Cohanna Badviq: Xərçəng xəstəliyindən dərmansız 3 aya xilas olmaq mümkündür

10765
(Yenilənib 21:37 17.03.2016)
Sadə kənd kəsmiyi qorxunc bəladan qurtarmağın ən sadə yolu imiş.

BAKI, 17 mart-Sputnik. Dünyadakı sağalmaz bəlalardan hesab olunan xərçəngdən əslində çox sadə üsullarla qurtulmaq mümkün imiş. 

Sputnik budwigcenter-ə istinadla xəbər verir ki, xərçəng üzrə mütəxəssis Cohanna Badviq (Dr. Johanna Budwig)3 aya bu xəstəlikdən qurtarmağın mümkün olduğunu açıqlayıb.

Doktor Cohanna Badviq
budwig-diet.co.uk
Doktor Cohanna Badviq

Onun sözlərinə görə, xərçəng xəstəliyinin əsas səbəbi rafinə olunmuş (yəni, emal edilmiş)yağlar və karbohidratlardır. Təbii yağ turşularının orqanizmdə çatışmazlığı orqanizmdə infarkta, aterskleroza, peptik xoraların yaranmasına səbəb olur.

"Kəsmik — möhtəşəm dərmandır! Ancaq onu qeyd etmək lazımdır ki, bu, dükan südündən alınan kəsmik yox, təbiətin təmiz suyu, göy otu ilə bəslənən kənd inəklərinin südündən alınmış, süni maya ilə deyil, limon suyu ilə hazırlanmış kəsmik olmalıdır." — deyə Badviq bildirib.

Onun reseptinə görə, 4 litr qaynanmış südün üzərinə 1 st. limon suyu tökülür. Süd çürüyən kimi torbadan süzülür. Çürüntülərin qaynayıb rezin kimi olmasına imkan verilməməlidir.

Həkim Badviq onu da qeyd edib ki, yağ turşuları əsasən soyuq sıxma ilə əldə olunmuş kətan toxumu yağında zəngindir. Kəsmik isə karbohidratlarla zəngindir.
Resept çox sadədir: 2x.q kətan toxumu yağı 100-150 qr təzə kəsmiklə yaxşıca qarışdırılır, yeyilir. Bu reseptə güvənən xəstələr 3 aydan sonra özündə müsbət dinamikanı hiss edəcək.

10765
Teqlər:
kəsmik, Dr. Johanna Budwig, resept, xərçəng, orqanizm
Əlaqədar
Bu bitki sizi bağırsaq xərçəngindən və qəbizlikdən xilas edə bilər
Xərçəng daha bir jurnalistin həyatına son qoydu
Mədə xərçəngini törədən ağ düşmən
Döş xərçənginə tutulmaq istəmirsinizsə...
Qadınlar döş xərçəngindən necə yaxa qurtara bilərlər?
İnsan qanı dolu paketlər, arxiv şəkli

Xərçəng xəstələrinə ümid işığı: Yeni test sağ qalma şansını artıracaq

3
(Yenilənib 23:32 27.11.2020)
"Analiz Qalereyası" Amerikanın "Greil" şirkəti tərəfindən hazırlanıb. Test qanda molekulyar səviyyədə dəyişikliklər tapır və bu da xərçəngin aşkarlanmasına imkan verir.

BAKI, 28 noyabr — Sputnik. İngiltərənin Milli Səhiyyə Xidməti qandan 50 növ xərçəngin erkən əlamətlərini aşkar edən bir testi yoxlayacaq.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, "Qan Analizi Qalereyası" 165.000 xəstə üzərində test ediləcək. Əvvəlki tədqiqatlar diaqnozu çətin olan bir çox xərçəng növünü -  boyun, yumurtalıq və beyin xərçənglərini müəyyən edə bildiyini göstərmişdi.

Yeni testin effektiv olduğu sübut edilərsə, erkən mərhələlərdə xərçəng diaqnozu üçün geniş istifadə ediləcək. Bu, dördüncü mərhələdə xəstəliyin aşkarlanması halları ilə müqayisədə xəstələrin sağ qalma sürətini beş-on qat artıracaq.

"Analiz Qalereyası" Amerikanın "Greil" şirkəti tərəfindən hazırlanıb. Test qanda molekulyar səviyyədə dəyişikliklər tapır və bu da xərçəngin aşkarlanmasına imkan verir.

Milli Səhiyyə Xidməti sınaqların 2023-cü ilə qədər bitməsini planlaşdırır. Bu, 2024-2025-ci illərdə yeni qan testinin geniş yayılmasına imkan verəcək.

3
Teqlər:
İngiltərə, ABŞ, qan, test, xərçəng xəstəliyi
Tərəvəz piştaxtası, arxiv şəkli

COVID-19 xəstələrini tez sağalda bilən qidalar

34
(Yenilənib 22:58 27.11.2020)
Alimlər COVID-19-dan sağalanlar üçün pəhriz tövsiyələri hazırlayıblar. Bu tövsiyyələr C, D vitaminləri və sink ilə zəngin qidaları qəbulunu ehtiva edir

BAKI, 27 noyabr — Sputnik. Britaniya alimləri COVID-19-un müalicəsini sürətləndirən məhsulları müəyyən ediblər. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, qidaların immuniteti gücləndirməsini öyrənən araşdırmaçı Emma Derbşir və Con Delanj qida və qida əlavələrini təhlil ediblər. Araşdırmanın məqsədi COVID-19-dan sonra immuniteti bərpa edən və immuntetə yardım edən qidaları müəyyən etmək olub.

Müəlliflər tibbi qidalanmanın 65 yaşdan yuxarı insanların immunitet sisteminə təsirinə xüsusi diqqət yetiriblər.

İmmunitet sisteminin dörd komponenti var: T-limfositlər, B hüceyrələri, komplement sistemi və faqositlər. Belə ki, bu komponentlər daxil olan virus və bakteriyalara qarşı bir maneə rolunu oynayaraq vücudu infeksiyadan qoruyur.

İmmunitet anadangəlmə və adaptiv olur.

Ancaq hər iki immunitet funksiyası yaşla azalır. "İmmunitet yaşlanması"nın səbəblərindən biri də qida çatışmazlığıdır. Yaşlı insanlar bunu xüsusi immunitet qidası ilə doldurmalıdırlar. Bu, müəlliflərə görə, COVID-19 kimi ağır infeksiyalardan sonra reabilitasiya dövründə xüsusilə vacibdir.

"Zəif pəhriz, protein-enerji çatışmazlığı, vitaminlər və minerallar kimi mikroelement çatışmazlıqları suboptimal immunitet funksiyasına kömək etdiyinə dair kifayət qədər dəlil var. Bəzi pəhriz komponentləri - meyvələr, vitaminlər, antioksidantlar, minerallar və probiotiklər müqaviməti artırmağa kömək edir, tənəffüs viruslarına və xəstəliklərinə qarşı müqavimətdə əhəmiyyətli bir rol oynayır", - deyə tədqiqat müəllifləri yazırlar.

Alimlər COVID-19-dan sağalanlar üçün pəhriz tövsiyələri hazırlayıblar. Bu tövsiyyələr C, D vitaminləri və sink ilə zəngin qidaların qəbulunu ehtiva edir.

C vitamini, tənəffüs sistemi epitelisinin baryer funksiyasını gücləndirir, bu da patogenlərin inkişafını məhdudlaşdırır və alt tənəffüs yollarına enmələrinə maneə törədir.

Tədqiqatçıların fikrincə, bu, sətəlcəmin qarşısını alır. D vitamini güclü bir immunitet tənzimləyicisidir. Bəzi immun hüceyrələrin - B və T limfositlərin, makrofaqların və monositlərin səthində D vitamini reseptorları var, buna görə də bütün tənəffüs xəstəliklərində qoruyucu rol oynayır.

Müəlliflər C vitamini ilə zəngin brokkoli, qara qarağat, zənginləşdirilmiş səhər yeməyi və portağal; sink baxımından zəngin konservləşdirilmiş xərçəng, konservləşdirilmiş lobya və qaynadılmış yumurta və gündə 50 mikroqrama qədər D vitamini əlavələri qəbul etməyi məsləhət görürlər.

Tədqiqatın nəticələri göstərir ki, belə bir pəhriz saxlamaq reabilitasiya müddətini qısaldır və COVID-19-dan sağalmanı sürətləndirir.

34
Teqlər:
immunitet, vitamin, xəstəlik, xəstə, qida, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Dünyanı cənginə almış bəla