Səhiyyə Nazirliyi

Nazirlik regionlarda seminarlar keçirir

10
Bu silsilədən olan növbəti tədbirlər Səhiyyə Nazirliyinin Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Kardiocərrahiyyə şöbəsinin mütəxəssisləri tərəfindən həyata keçirilib

BAKI, 14 mart — Sputnik. Səhiyyə Nazirliyi (SN) regionlarda səhiyyə mütəxəssislərin hazırlıq səviyyəsinin artırılması məqsədi ilə elmi seminarların keçirilməsi sahəsində tədbirləri davam etdirir. Nazirliyin mətbuat didmətindən Sputnik-ə verilən məlumata görə, bu silsilədən olan növbəti tədbirlər M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Kardiocərrahiyyə şöbəsinin mütəxəssisləri tərəfindən həyata keçirilib.

12 mart tarixində Göyçay şəhərində keçirilmiş elmi seminar "Bradikardiyaların müalicəsində süni ritm aparıcılarının tətbiqi"nə həsr olunub. Seminarda Göyçay həkimləri ilə yanaşı, Zərdab, Beyləxan, Ucar rayonlarından olan mütəxəssislər iştirak edib. Gələcəkdə bu tip elmi seminarların keçirilməsi davam etdiriləcək.

Qeyd etmək lazımdır ki, Səhiyyə Nazirliyi kadr resurslarının inkişafına böyük əhəmiyyət verir. Bu sıradan olan tədbirlər çərçivəsində ölkədə səhiyyə mütəxəssislərinin sertifikasiyası həyata keçirilir, həkimlər, otra tibb heyəti müxtəlif təlimlərə cəlb olunur, Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitunda ixtisasartırma kursları təşkil edilir.

 

10
Teqlər:
Göyçay, Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, seminar, Səhiyyə Nazirliyi
Əlaqədar
İran Azərbaycan səhiyyəsinin inkişafına dəstək verəcək
Səhiyyə nazirliyi: İyun ayınadək hamilə qalmayın
Səhiyyə Nazirliyi: ölkədə epidemioloji sabitlik qorunur
Səhiyyə Nazirliyi: 5500 nəfərdə talassemiya daşıyıcısı aşkarlanıb
Səhiyyə Nazirliyi həkimləri səfərbər etdi
Hindistanda epidemioloji vəziyyət

Hindistan koronavirus əleyhinə dərmanın satışına başladı - 64 manata

1
Patentsiz dərman satışının başlaması, Hindistanın bir sıra əyalətlərində səlahiyyətli orqanların koronavirus xəstələri üçün dərmanların olmaması və tədarükündə fasilələr olması ilə əlaqədardır.

BAKI, 13 avqust — Sputnik. Hindistanın dərman şirkəti Zydus Cadila COVID-19 müalicəsi üçün olan virus əleyhinə Remdac preparatının satəşəna başlayıb.

Remdac preparatının satışı hazırda ancaq Hindistanda həyata keçirilir. O tərkibində virusa qarşı olan patentləşdirilməmiş ən ucuz remdesivir əsası daşıyır.

Hazırda 100 mq olan dərmanın qiyməti 2800 rupiyə - 63,75 qəpiyə satılır.

Patentsiz dərman satışının başlaması, Hindistanın bir sıra əyalətlərində səlahiyyətli orqanların koronavirus xəstələri üçün dərmanların olmaması və tədarükündə fasilələr olması ilə əlaqədardır.

1
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda daha 211 nəfər COVID-19-dan sağalıb

274
(Yenilənib 17:37 13.08.2020)
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 520, ötən müddət ərzində isə ümumilikdə 812 033 test aparılıb.

BAKI, 13 avqust - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 91 yeni yoluxma faktı qeydə alınıb, 211 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Sputnik Azərbaycan (@sputnik.az)

İndiyədək ölkədə ümumilikdə 33 917 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 31 269 nəfər müalicə olunaraq sağalıb, 500 nəfər vəfat edib, aktiv xəstə sayı 2 146 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 520, ötən müddət ərzində isə ümumilikdə 812 033 test aparılıb.

274