Qan donoru, Arxiv şəkli

Azərbaycanda talassemiya xəstəliyinə ən çox rast gəlinən rayonların adları açıqlanıb

183
(Yenilənib 15:22 04.03.2016)
Çingiz Əsədov: Əvvəllər RLS-ə görə Qəbələ qan xəstəliyi baxımından riskli ərazi sayılırdı.

BAKI, 4 mart-Sputnik. "Hazırda Azərbaycanda qan xəstəliyi baxımından ümumi fon yaxşıdır".

Sputnik APA-ya istinadla xəbər verir ki, bunu respublikanın baş hematoloqu Çingiz Əsədov deyib. Onun sözlərinə görə, əvvəllər RLS-ə görə Qəbələ qan xəstəliyi baxımından riskli ərazi sayılırdı:

"Orada qan xəstələrinin sayı daha çox idi. İndi isə bütün ekoloji standartlara riayət edilir, təbii şüalanma var. Hazırda Şəki, Ağdaş, Kürdəmirdə talassemiya xəstəliyinə daha çox rast gəlinir. Talassemiya xəstələrinin sayı cənub rayonlarında da çoxdur".

Hazırda Azərbaycanda 1000 nəfər leykoz xəstəsinin qeydiyyatda olduğunu deyən Ç. Əsədovun sözlərinə görə, ölkədə bu xəstələrin sayı digər ölkələrlə müqayisədə daha azdır.

Ç.Əsədov qeyd edib ki, Azərbaycanda bu xəstələrin sayının az olması son illər ekoloji vəziyyətin yaxşılaşması və qidalanmanın düzgün olması ilə əlaqədardır: "Hazırda əsas məqsəd leykozlu xəstələrin tam sağalmasıdır. Əgər əvvəllər onların ömrünün uzadılması nəzərdə tutulurdusa, indi tam sağalması qarşıya məqsəd qoyulur".

183
Teqlər:
Ağdaş, Qəbələ RLS, Qəbələ, hematoloq, leykoz, talassemiya, qan, Kürdəmir, Şəki
Əlaqədar
Bu xəstəlik hər üç qadından birində var
Qanvermə aksiyasında iştirak edən 5 nəfərdə xəstəlik aşkarlanıb
Tatu-nun səbəb olduğu qorxunc xəstəlik açıqlandı
Doğum tarixi ilə xəstəlik risklərini hesablamaq olar
Yaşlı adam, arxiv şəkli

Koronavirusa yoluxma insanı 10 yaş qocaldır, həmçinin...

1
Koronavirusun ağır formaları mətnlərin və sözlərin mənasını dərk etmə qabiliyyətinə təsir edir. Buna baxmayaraq, xəstəliyə yoluxmuş insanlarda emosional sahə, məkan yaddaşı və rəqəmləri əzbərləmək qabiliyyəti dəyişməz qalıb.

BAKI, 25 oktyabr — Sputnik. Böyük Britaniya alimləri apardıqları araşdırma zamanı koronavirus xəstəliyinin insanların İQ səviyyəsini endirdiyini müəyyən edib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu intelektual bacarıqlar və yaddaşla əlaqələndirilib. Mütəxəssislərin sözlərinə görə, koronavirusa yoluxan şəxslər xəstəliyə yoluxmayan yaşıdları ilə müqayisədə məntiq testlərini həll etməkdə çətinlik çəkiblər. Bundan əlavə, şəxslərin İQ səviyyəsi xəstəliyi hansı ağırlıqda keçirmələri ilə də birbaşa əlaqəlidir. Tədqiqat zamanı alimlər 84 könüllünün məntiqi bacarıqlarını və yaddaşlarını araşdırıblar.

Müəyyən edilib ki, koronavirusa yoluxan insanlar sağlam insanlarla müqayisədə 65 faiz geri qalıb. Mütəxəssislərin fikrincə, bu xəstələrin 10 yaş yaşlanmasına bərabərdir.

Koronavirusun ağır formaları mətnlərin və sözlərin mənasını dərk etmə qabiliyyətinə təsir edir. Buna baxmayaraq, xəstəliyə yoluxmuş insanlarda emosional sahə, məkan yaddaşı və rəqəmləri əzbərləmək qabiliyyəti dəyişməz qalıb.

1
İtaliyada epdimioloji vəziyyət

İtaliyada sabahdan yeni qadağalar tətbiq olunacaq

16
İtaliyada bu günə qədər 504 min 509 nəfər koronavirusa yoluxub, 37 min 210 nəfər vəfat edib. 264 min 117 nəfər isə xəstəlikdən sağalıb.

BAKI, 25 oktyabr - Sputnik. İtaliyada epidemioloji vəziyyətin pisləşməsi səbəbindən oktyabrın 26-dan məhdudiyyətlər artırılır.

Sputnik Azərbaycan “Qafqazinfo”ya istinadla məlumat verir ki, bu gün İtaliya Baş Nazirinin Mətbuat xidməti tərəfindən açıqlanan yeni qaydalara uyğun olaraq bütün kinoteatr, teatr, idman zalları və hovuzlar bağlanacaq.

Restoran və barlar işə davam edəcək, lakin vaxt məhdudiyyəti ilə - axşam saat 6-dək.

Qeyd edək ki, İtaliyada bu günə qədər 504 min 509 nəfər koronavirusa yoluxub, 37 min 210 nəfər vəfat edib. 264 min 117 nəfər isə xəstəlikdən sağalıb.

16