Qrip

Ölkədə qripə yoluxma səviyyəsi ümumi vəziyyətdən yüksəkdir

25
(Yenilənib 12:23 04.02.2016)
Səhiyyə Nazirliyi: "Mövsümlə əlaqədar qriplə xəstələnmə səviyyəsi yüksəkdir. Amma ölkədə epidemioloji vəziyyət stabildir. Vəziyyəti nəzarətdə saxlayırıq"

BAKI, 4 fev — Sputnik. "Qış mövsümü olduğuna görə hər il olduğu kimi, istər-istəməz qriplə xəstələnmə səviyyəsi ümumi vəziyyətdən bir qədər yüksəkdir". Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Sanitar-epidemioloji xidmət sektorunun müdiri Viktor Qasımov deyib.

Onun sözlərinə görə, artıq bir müddətdir ölkədə epidemioloji vəziyyət stabildir: "Vəziyyəti nəzarətdə saxlayırıq".

Qasımov qeyd edib ki, gündəlik olaraq monitorinq işləri aparılır. Sektor müdiri onu da qeyd edib ki, Azərbaycanda "donuz qripi" aşkarlanmayıb.

25
Teqlər:
donuz qripi, Səhiyyə Nazirliyi, xəstələnmə, qrip, Qış mövsümü
Əlaqədar
"Azərbaycanda "donuz qripi" qeydə alınsa..."
Dağıstanda “donuz qripi”nə yoluxanların sayı 77 nəfərə çatıb
Nazirlik: donuz qripi ilə bağlı lazımi dərman ehtiyatı yaradılıb
Bu üsulla qripi məğlub edin