Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Səhiyyə Nazirliyi: ölkədə epidemioloji sabitlik qorunur

© Photo : REPORTSəhiyyə nazirliyi
Səhiyyə nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirlik: Bir çox ölkələrdə və regiondakı epidemioloji gərginliyə baxmayaraq, respublikada epidemioloji sabitlik qorunub saxlanılıb.

BAKI, 11 yan — Sputnik. Bir çox ölkələrdə və regiondakı epidemioloji gərginliyə baxmayaraq, respublikada epidemioloji sabitlik qorunub saxlanılıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Sputnik-ə verilən xəbərə görə, profilaktik və əksepidemik tədbirlərin səmərəli həyata keçirilməsi, müasir immunlaşdırma strategiyaların tətbiqi və çevik epidemioloji nəzarət sisteminin təşkili nəticəsində bu gün difteriya, poliomielit, qızılca, məxmərək, göyöskürək xəstəliklərinin ölkədə müşahidə edilməməsi, görülmüş işlərin bariz nümunəsidir: “Ölkədə həyata keçirilmiş genişmiqyaslı tibbi-profilaktika tədbirləri nəticəsində artıq 3 ildir ki, malyariyanın yerli yoluxması baş vermir. Son illərdə epidemiya və pandemiyaların baş verməsi təhlükəsinin qarşısının alınması istiqamətində yoluxucu xəstəliklərin monitorinqi aktual məsələyə çevrilib”.

Bildirilib ki, 2010-cu ildən tətbiqinə başlanılan Yoluxucu Xəstəliklərin Elektron Müşahidə Sistemi daima yenilənir və təkmilləşdirilir: “Bu sistem vasitəsi ilə ölkəmizdə qeydə alınan hər bir yoluxucu xəstəlik hadisəsi barədə onlayn rejimində məlumat almaq, operativ tədbirləri həyata keçirmək, epidemioloji vəziyyəti, hətta rayon səviyyəsində təhlil etmək imkanları mövcuddur. Qeyd etmək lazımdır ki, müvafiq məlumatların birbaşa Ümumdünya Səhiyyə Təşkilatına ötürülməsi təşkilat tərəfindən dəstəklənmiş və artıq mütəmadi olaraq bu proses həyata keçirilir. Respublika əhalisinin sanitariya-epidemioloji salamatlığının qorunması sahəsində təhlükəsiz ərzaq məhsulları və su ilə təchizatı müstəsna rol oynayır. Bu məqsədlə Səhiyyə Nazirliyi tərəfindən alınan ən müasir laborator avadanlıq, kadrların yenidən hazırlanması hesabına mikrobioloji və toksikoloji müayinələrin beynəlxalq standartlar səviyyəsində aparılması təmin olunur”.

Qeyd olunub ki, ölkə ərazisinin təhlükəli yoluxucu xəstəliklərdən qorunması yolunda aparılmış məqsədyönlü tədbirlərin həyata keçirilməsi ölkə səhiyyəsinin prioritet fəaliyyət istiqaməti olaraq Səhiyyə Nazirliyinin rəhbərliyi tərəfindən hər zaman diqqət mərkəzində saxlanılır.

Xəbər lenti
0