Dərmanlar

Apteklərdə hələ qadağan olunmuş dərmanlar satılır

432
(Yenilənib 12:28 24.02.2016)
Səhiyyə Nazirliyinin qadağan etdiyi dərmanlara tələbat artıb, apteklərə hələlik heç bir qadağa qoyulmadığı bildirilir

BAKI, 8 yan — Sputnik. Bir neçə gün öncə Səhiyyə Nazirliyi tərəfindən 844 adda dərmanının satışının dayandırılması xəbərini vermişdik. Bununla əlaqədar Sputnik əməkdaşı bir neçə aptekə baş çəkərək, mövcud vəziyyətlə maraqlanıb. Beləliklə:

Bakıxanov qəsəbəsində yerləşən apteklərdən birinə daxil oldum. Ədzaçıya yaxınlaşıb "Qadağan olunan dərmanları satırsınız?" deyə sual versəydim, əliboş oranı tərk etmək məcburiyyətində qalacaqdım. Axı heç kim məsuliyyət daşımaq istəmir.

Alıcı kimi aptekə daxil olub bir dərman aldım. Və fürsətdən istifadə edib suallarımı verməyə başladım:
— Xanım, ləğv olunan dərmanlardan sizdə satışda var?
— Niyə soruşursunuz?
— İstifadə etdiyim dərman da bu dərmanlar siyahısındadır. Ona görə soruşdum.
— Bəli, bizdə hələ ki satış davam etdirilir. Hələlik heç bir qadağa yoxdur. Həm də alıcılar gəlib o dərmanları alırlar. Hansı dərmandır deyin, bazada varsa, verim.
— Yox hələ lazım deyil. Sadəcə soruşdum.

Təşəkkürümü bildirib çıxdım. Növbəti aptek "Avromed" firmasına məxsus idi. Daxil olub yenə də bir dərman və hesabı ödəyən zaman sualımı ünvanladım. Xanım çox səlist və rahat şəkildə sualımı cavablandırdı.

Dedi ki, xəbər təzə yayılanda hamı qorxmuşdu ki, dərmanlar satışda olmayacaq: "Bu, belə deyil. Əslində lisenziyası olmayan dərmanların satışı dayandırılıb. Bizə də qanun qəbul olan gündən qadağan edildi satışlar. Biz seriyaları Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənməyən dərmanlar satmırıq. Xəstələrə də dərman alarkən diqqətli olmağı tövsiyyə edirik".

432
Teqlər:
əczaçı, səhiyyə, qadağa, aptek, dərman, tibbi yardım
Əlaqədar
İki uşaq anası dərmandan zəhərlənib
Həkimlər nikbindir: dərman qadağası böhrana səbəb olmayacaq
Dərman qadağası konkret ölkələrə şamil edilmir
Tarif Şurası 3540 dərmanın qiymətini təzələdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan: “Türkiyədə koronavirus peyvəndinin sınaqları uğurlu oldu“

5
Son sutkada ölkədə COVID-19-a 1 182 yoluxma qeydə alınıb. Beləliklə, Türkiyədə koronavirusa yoluxma hallarının sayı 240 804 nəfərə yüksəlib.

BAKI, 10 avqust - Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Türkiyə yeni koronavirusa qarşı özünün vaksinini hazırlayan ölkələr siyahısında ABŞ və Çindən sonra üçüncü yeri tutur.

“Report“ xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, Türkiyə Elm və Texnologiya Araşdırma Təşkilatı (TÜBİTAK) tərəfindən yaradılan COVID-19-a qarşı 8 vaksin və 10 preparatın hazırlanması üzərində iş gedir.

"Türkiyə həkimləri tərəfindən hazırlanan koronavirusa qarşı iki vaksin heyvanlar üzərində sınaqlardan müvəffəqiyyətlə keçib. Onlardan birinin insanlar üzərində kliniki sınaqlarına icazə verilib", - dövlət başçısı bildirib.

Son sutkada ölkədə COVID-19-a 1 182 yoluxma qeydə alınıb. Beləliklə, Türkiyədə koronavirusa yoluxma hallarının sayı 240 804 nəfərə yüksəlib.

5
ABŞ-da epdimioloji vəziyyət

ABŞ-da daha bir azərbaycanlı koronavirusdan ölüb

14
Şəhər restoranlarının birində uzun müddət aşpaz işləmiş azərbaycanlı koronavirusa yoluxduğundan klinikaya yerləşdirilib.

BAKI, 9 avqust - Sputnik. ABŞ-ın Nyu-York ştatının Nyu-Roşel şəhərində azərbaycanlı aşpaz COVID-19-dan vəfat edib.

"Report"un məlumatına görə, bu, Qazaxıstan vətəndaşı, əslən Bakıdan olan 55 yaşlı Rzayev Ağagül Ağaməhəmməd oğludur.

Şəhər restoranlarının birində uzun müddət aşpaz işləmiş azərbaycanlı koronavirusa yoluxduğundan klinikaya yerləşdirilib. İki həftəlik müalicə kursu keçən soydaşımız ötən gecə dünyasını dəyişib. A.Rzayevin meyitinin Qazaxıstanın Almatı şəhərinə gətirilərək yaxınlarının məzarlarının yanında dəfn olunacağı gözlənilir.

Qeyd edək ki, buna qədər ABŞ-da daha iki azərbaycanlı COVID-19-dan dünyasını dəyişib.

14
Velosipedçi, arxiv şəkli

Özünü Niderlandda hesab edən 21 azərbaycanlı cərimə edilib

0
(Yenilənib 12:55 10.08.2020)
Qaydalara əməl etməyən 21 velosipedçi barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb, cərimə protokolları tərtib olunub

BAKI, 10 avqust — Sputnik. Masallı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları velosipedçilərin hərəkətinin tənzimlənməsi məqsədilə reyd keçirib.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, keçirilən reyd zamanı avtomobil yollarında hərəkət edərək, qəza şəraiti yaradan velosipedçilər saxlanılıb. Onlarla profilaktik söhbətlər aparılıb və bu formada hərəkət etmələrinin həm özləri, həm də digər hərəkət iştirakçılarının həyatı üçün təhlükəli olduğu bildirilib.

Qaydalara əməl etməyən 21 velosipedçi barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb, cərimə protokolları tərtib olunub.

Qeyd edək ki, dünyada ən çox velosipeddən istifadə edənlər Niderlandda yaşayırlar. Bu ölkədə velosipedlərin sayı, demək olar ki, əhalinin sayına bərabərdir və təqribən 16 milyon ədəd təşkil edir.

 

0
Əlaqədar
Sən vurmadın, mən yıxılmadım, günahkar kimdir?
Millət vəkilindən maraqlı təklif - Bir gün...
"İşə piyada gedib-gəlin" - Elə bilirdiniz, polisimiz bu fəndi bilmir?